El Pais qəzetinin məlumatına görə…

Kataloniya jeneralitetinin rəhbəri Kim Torra İspaniya prokurorluğunun sabiq yerli siyasətçilərə qarşı ittiham irəli sürməsindən sonra hökumət şurasının təcili iclasını çağırıb. Bu barədə məlumat hökumətin “Twitter” səhifəsində yerləşdirilib.El Pais qəzetinin məlumatına görə, ittiham tərəfi regional hökumətin sabiq sədr müavini Oriol Junkeras üçün 25 il, Katoloniya parlamentinin və milli assambleyasının sabiq sədrləri Karme Furkadey və Jordi Sançes üçün 17 il həbs cəzası istəyib. İttiham edilənlər arasında, həmçinin kabinetin beş sabiq müşaviri və digər şəxslər də var.Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90 faizindən çoxu müstəqilliyin lehinə səs verib.Oktyabrın 21-də krallıq hökumətinin başçısı Mariano Rahoy konstitusiyanın indiyədək istifadə olunmayan 155-ci maddəsini tətbiq edərək Kataloniyanın lideri Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Bundan sonra muxtariyyətin liderlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, parlamentin sabiq üzvlərinə və separatçı ictimai təşkilatların başçılarına qarşı üsyan və qiyamın təşkili, həmçinin dövlət vəsaitinin israf olunması ittihamı üzrə cinayət işləri açılıb.xeber100.com

Noyabr 2, 2018 4:01

NHK telekanalının məlumatı əsasında…

Yaponiyanın Baş naziri Şinzo Abe və hindistanlı həmkarı Narendra Modi oktyabrın 29-da Tokioda 12-ci sammitlərini keçirəcəklər.NHK telekanalı xəbər verir ki, hər iki lider ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədirlər.Oktyabrın 28-də Ş.Abe və N.Modi Yaponiyanın mərkəzi hissəsində yerləşən Yamanaşi prefekturasına səfər ediblər və yapon lider hindistanlı həmkarını doğma Narusava kəndindəki iqamətgahına dəvət edib.Birlikdə nahar edən liderlər qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə müzakirələr aparıblar. N.Modi Şinzo Abenin evində ilk yüksək səviyyəli qonaq olub.Hər iki lider ertəsi gün keçiriləcək ikitərəfli sammitdə iştirak etmək üçün bazar günü axşam Tokioya dönüblər.Oktyabrın 29-da keçiriləcək sammit zamanı Ş.Abe və N.Modinin Hind və Sakit okeanlarında azad və aşkarlıq şəraitində hərəkəti təmin etmək məqsədilə birgə hərbi təlimləri genişləndirmək barədə razılığa gələcəkləri də gözlənilir.Həmçinin Hindistanın qərbində yüksəksürətli dəmir yolunun çəkilməsinə hər iki hökumətin yardım etməsi üçün razılığın əldə ediləcəyi də nəzərdə tutulur. Hökumətlər arasında həmin dəmir yolu xəttində Yaponiyanın “Şinkansen” superekspresslərinin istifadə edilməsi barədə razılıq artıq əldə edilib.xeber100.com

Oktyabr 29, 2018 11:40