10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında…

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin yeni hesabatında bildirilir ki, 2017-ci ildə öldürülən təxminən 87 min qadının yarısından çoxu öz partnyorları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.Azərtac xəbər verir ki, təşkilatın dəyərləndirməsinə görə, hesabat dövründə bütün dünyada təxminən 50 min qadın öldürülüb. Bu, hər gün 137, hər saat isə 6 qadının qətlə yetirilməsi deməkdir.“Qətl qurbanlarının böyük əksəriyyətinin kişilər olmasına baxmayaraq, gender bərabərsizliyi, ayrı-seçkilik və neqativ stereotiplərin nəticəsi hələ də qadınlara baha başa gəlir”, - deyə idarənin icraçı direktoru Yuri Fedotov dərc olunmuş hesabata daxil edilən bəyanatda bildirir.Hesabat Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə dərc edilib. Tədqiqatların nəticəsi, həmçinin göstərir ki, Afrika və Amerika qitəsində yaşayan qadınlar öz partnyorları və ailə üzvləri tərəfindən qətlə yetirilmə riskinə daha çox məruz qalırlar.xeber100.com

Noyabr 27, 2018 12:56

Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə…

Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə, gələn il çex iqtisadiyyatının avrozona ölkələri səviyyəsində 85 faizə çatması ilə əlamətdar olacaq.Azərtac xəbər verir ki, ölkənin ötən il üçün göstəricisi 83 faiz olub, cari ildə isə 84 faiz həddinə çatmaq nəzərdə tutulur. Əgər artım tempi qorunub saxlanılarsa, 2019-cu ildə Çexiya bu göstəriciyə bir faiz də əlavə edə bilər.Bundan başqa, ölkədə qiymətlərin səviyyəsi də artır. 2017-ci ildə ölkənin orta göstəriciləri avrozona səviyyəsinin 66 faizini təşkil edib, 2019-cu ildə isə bu rəqəmin 71 faizə çatacağı gözlənilir.xeber100.com

Noyabr 26, 2018 11:19

6,4 bal gücündə zəlzələ baş verib

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində azı 70 nəfər xəsarət alıb.AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Tehran Universitetinin geofiziki seysmoloji mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.xeber100.com

Noyabr 26, 2018 11:15

İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib

Noyabrın 26-da İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsü ilə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü təsbit etməli olan qanun layihəsi əhali tərəfindən rədd edilib. Partiyanın apardığı kampaniyada İsveçrənin beynəlxalq saziş, müqavilə və konvensiyalarla bağlı müstəqil qərar verməsi, eləcə də beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qərarlarda beynəlxalq hüquq deyil, milli hüququn üstün tutulması tələb olunurdu. Kampaniyanın konkret hədəfləri sırasında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlara İsveçrənin tabe olmaması hüququnun referendumla təsdiqlənməsi idi. Lakin səsvermədə iştirak edən əhalinin 67 faizi bu təşəbbüsə mənfi cavab verib.Eyni zamanda, əhali bir qrup təşəbbüsçü tərəfindən referenduma çıxarılan və fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifini əks etdirən məsələyə də mənfi münasibət göstərib və səsvermədə iştirak edənlərin 54 faizi bu qanun layihəsinin əleyhinə səs veriblər.xeber100.com

Noyabr 26, 2018 11:12

Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma təsdiq edilib

Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini (Brexit) təsdiq ediblər. RİA "Novosti" xəbər verir ki, bunu öz "Twitter" mikrobloqunda Avropa Şurasının rəhbəri Donald Tusk yazıb.xeber100.com

Noyabr 25, 2018 2:50

“Gallup International” təşkilatı sosioloji rəy sorğusu keçirib

“Gallup International” təşkilatı noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə sosioloji rəy sorğusu keçirib.Azərtac xəbər verir ki, respondentlərə “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualı təqdim olunub.Rəyi soruşulanların 52 faizi müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili, 48 faizi isə “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeyə səs verəcəklərini bildirib. Respondentlərin 37 faizi qərar vermədiyini, 9 faizi isə səsvermədə iştirak etməyəcəyini deyib.Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə müstəqil namizəd Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadze arasında gedəcək.xeber100.com

Noyabr 23, 2018 4:00

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-ın neft ehtiyatları 447 milyon barrelə çatır.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib. Bu, 2017-ci ilin dekabrından indiyədək maksimum göstəricidir.Bazar proqnozları isə ehtiyatların 2,9 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 10,3 milyon barrel artmışdı.ABŞ-ın benzin ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel azalaraq 225,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların barrel azalacağı istiqamətində idi.xeber100.com

Noyabr 22, 2018 12:34

G20 sammitinin təhlükəsizliyini 22 min polis qoruyacaq

Argentina hakimiyyəti hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını İyirmilər Qrupu (G20) liderlərinin Buenos-Ayresdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunmasına cəlb edəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib. Onun sözlərinə görə, nazirliyin daha 700 əməkdaşı təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olacaq.Ölkənin nəqliyyat naziri Gilyermo Detriç isə öz növbəsində sammitin keçiriləcəyi günlərdə ölkənin paytaxtı Buenos-Ayresin mərkəzinə yaxın ərazidə yerləşən Xorxe Nyuberi adına aeroportun kommersiya reysləri üçün bağlanacağını, şəhərdə bütün qatar reyslərinin ləğv olunacağını, limanın, həmçinin metronun fəaliyyət göstərməyəcəyini bildirib.Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.xeber100.com

Noyabr 21, 2018 2:23

Çexiya parlamenti etimadsızlıq məsələsinə dair iclas keçirəcək

Noyabrın 23-də səhər saat 9-da Çexiya parlamentinin aşağı palatasında sosial-demokratların və ANO partiyasının koalisiyalı hökumətinə etimadsızlıq bildirilməsi məsələsinə dair iclas keçiriləcək.Azərtac xəbər verir ki, Avropa İttifaqından ayrılan subsidiyalardan sui-istifadə halları ilə bağlı qalmaqallı “Leylək yuvası” işində yeni faktlar aşkar ediləndən sonra müxalifətçi deputatlar parlamentin növbədənkənar iclasının çağırılmasını tələb ediblər. İlk növbədə indiki hökumət başçısı Andrey Babişə və onun iki övladına qarşı ittihamlar irəli sürülür.Hökumətə etimadsızlıq bildirilməsi üçün parlamentin 200 deputatından 101 nəfərin bu təklifə səs verməsi zəruridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, müxalifətin parlamentdə cəmi 92-i səsi var. Buna görə də müxalifət hakim koalisiyadan azı 9 deputatı öz tərəfinə cəlb etməlidir. Lakin bu günə qədər ANO fraksiyasının heç bir üzvü baş nazirə etimadsızlıq göstərmək niyyətində olduğunu bəyan etməyib.xeber100.com

Noyabr 20, 2018 1:36

“The Economist” jurnalı yazır…

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, İspaniya “Brexit” sazişinin prinsipcə əleyhinə səs verəcək, çünki bu sazişdə Hibraltarın gələcək statusu aydın göstərilməyib.Baş nazir “The Economist” jurnalına müsahibəsində deyib: “Hibraltar Böyük Britaniyaya məxsus deyil. Biz bir ölkə olaraq, Hibraltarın gələcəyi məsələsinin Birləşmiş Krallıq ilə Avropa İttifaqı arasında müzakirə olunmasını güman edə bilmərik. Bu məsələ İspaniya ilə Birləşmiş Krallıq arasında müzakirə olunmalıdır”.Azərtac xəbər verir ki, London ilə Brüssel arasında sazişin 184-cü maddəsi İspaniya üçün problem yaradıb. Həmin maddədə keçid dövrü başa çatandan, Böyük Britaniya Aİ-dən çıxandan sonra aparılacaq danışıqlar və sazişlərin yerinə yetirilməsindən bəhs edilir, lakin konkret tarix göstərilmir.İspaniyanın xarici işlər naziri Jozep Borrel bildirib ki, İspaniya hökuməti heç şübhəsiz həmin maddənin anlaşılmaz olduğunu israr edir və Hibraltarın qəti statusu İspaniya ilə danışıqların mövzusu olmalıdır.xeber100.com

Noyabr 20, 2018 1:31
    Page 101 of 301« First«...102030...99100101102103...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az