23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa İttifaqı Brexit üzrə sammit keçirilməsini dəstəkləyib

Avropa İttifaqı ölkələrinin dövlət başçıları və nümayəndələri Donald Tuskun Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə noyabr ayında təcili sammit keçirilməsi təklifini dəstəkləyib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə sentyabrın 20-də Avstriya kansleri Sebastyan Kurts Avropa İttifaqının Zalsburqda keçirilən qeyri-formal sammitində məlumat verib.Onun sözlərinə görə, Böyük Britaniya və Avropa İttifaqı Brexitə əvvəlki kimi müxtəlif istiqamətlərdən yanaşır. “Aİ liderləri bu təklifi dəstəkləyib və noyabr ayında təcili sammit keçiriləcək. Tereza Mey öz mövqeyini ortaya qoyub, bu gün 27 ölkə bu məsələni müzakirə edə bilər. Hər iki tərəf yalnız qarşılıqlı güzəştlərə gediləcəyi təqdirdə məsələnin həll oluna biləcəyini anlayır”, - deyə Sebastyan Kurts bildirib.Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının tərkibindən formal olaraq 2019-cu il martın 29-da çıxmalıdır. Bundan sonra nəzərdə tutulan keçid dövrü 2020-ci ilin sonunadək davam edəcək.xeber100.com

Sentyabr 20, 2018 2:17

Xaricilərin vətəndaşlıq alması proseduru sadələşdirilib

Türkiyə xaricilərin vətəndaşlıq alması prosedurunu xeyli sadələşdirib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq fərman imzalayıb.Anadolu informasiya agentliyi xəbər verir k, fərmana əsasən, vətəndaşlıq almaq üçün nəzərdə tutulan fiksasiya kapitalının həcmi 2 milyon dollardan 500 min dollara, tələb olunan daşınmaz əmlakın minimum qiyməti isə 1 milyon dollardan 250 min dollara endirilib. Həmçinin xarici vətəndaşın 100 nəfəri işə götürməsi ilə bağlı maddədə dəyişikliklər edilib. Bundan sonra vətəndaşlıq hüququ almaq üçün 50 nəfəri işə götürmək kifayət edəcək. Eyni zamanda, Türkiyə vətəndaşlığı əldə etmək üçün tələb olunan və ölkənin banklarına yatırılan depozitin həcmi də 3 milyon dollardan 500 min dollara qədər azaldılıb.Xatırladaq ki, bu yaxınlarda fransız aktyoru Jerar Depardye Türkiyə vətəndaşlığı almaq istədiyini və oktyabr ayında bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini bildirmişdi.xeber100.com

Sentyabr 19, 2018 1:20

Amerika Neft İnstitutunun məlumatı əsasında…

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,2 milyon barrel artaraq 397,1 milyon barrelə çatıb.Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları azalmışdı.Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.xeber100.com

Sentyabr 19, 2018 1:13

Neft və təbii qaz axtarışına dair müqavilə imzalanıb

Misir “Royal Dutch Shell” və “Petronas” şirkətləri ilə neft və təbii qaz axtarışına dair müqavilə imzalayıb.Azərtac xəbər verir ki, bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb.Bildirilir ki, Qərbi Nil Deltasında 8 quyunun qazılmasını nəzərdə tutan razılaşmanın dəyəri 1 milyard dollardır.Misin, həmçinin İngiltərənin “Rockhopper”, “Kuwait Energy” və Kanadanın “Dover Corporation” şirkətləri ilə neft və təbii qaz kəşfiyyatı üzrə 10 milyon dollarlıq saziş imzalayıb.xeber100.com

Sentyabr 18, 2018 3:42

“iOS12” əməliyyat sistemi yenilənib

“Apple” şirkəti “iOS12” əməliyyat sistemini yeniləyib.Azərtac xəbər verir ki, korporasiyanın nümayəndələrinin məlumatına görə, yeni sistem proqram və kameranın məhsuldarlığını artırır. İndi şəkillərin albomlarda axtarışı həm yerlər, həm də açar sözlər və tətbiq edilmiş effektlər üzrə mümkündür. Bundan başqa, yeni əməliyyat sistemində “FaceTime” tətbiqində qrup zənglərinə 32-dək istifadəçi dəvət etmək olar. Əməliyyat sistemi yeni modellərlə yanaşı, “iPad Air”, “iPhone 5s”, 6-cı “iPod Touch” üçün əlçatandır.xeber100.com

Sentyabr 18, 2018 3:38

Fici sahillərində 6,5 maqnituda gücündə zəlzələ olub

Sakit okeanın Fici Respublikası sahillərində 6,5 maqnituda gücündə zəlzələ olub.TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.Təbii fəlakətin ocağı 77 min insanın yaşadığı paytaxt Suvadan 810 km məsafədə və 570 km dərinlikdə yerləşib.Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Sentyabr 17, 2018 11:41

Ukraynada keçiriləcək prezident seçkilərində…

Ukraynada keçiriləcək prezident seçkiləri ölkəmizin demokratiya istiqamətində növbəti imtahanı olacaq.Milli.az bildirir ki, bu sözləri Ukraynanın Baş naziri Vladimir Qroysman Kiyevdə keçirilən beynəlxalq konfransda çıxışında deyib."Ukraynanın bir çox siyasətçiləri seçki kampaniyası zamanı əvvəlkindən daha çox populist olacaqlar. Düşünürəm ki, gələcəkdə təhlükəsiz, keyfiyyətli, müasir Ukrayna üçün sadəcə populist çıxışlar yox, konkret işlər görmək lazımdır", - deyə V.Qroysman əlavə edib.xeber100.com

Sentyabr 15, 2018 9:07

Sloveniya parlamentində hökumətin andiçmə mərasimi baş tutub

İyun ayında Sloveniyada keçirilmiş növbədənkənar seçkilərdən üç ay sonra ölkə parlamentində yeni hökumətin andiçmə mərasimi baş tutub.Azərtac xəbər verir ki, parlament regional siyasətçi Maryan Şaretsin rəhbərliyi ilə beş partiyanın təmsilçilərindən təşkil olunmuş minoritar hökumətin tərkibini təsdiqləyib. Parlamentin 90 üzvündən 45 nəfər yeni kabinetin tərkibinin lehinə, 34 nəfər isə əleyhinə səs verib, digər deputatlar bitərəf qalıblar. Səsvermədən dərhal sonra 16 nazirin andiçmə mərasimi keçirilib.Qeyd edək ki, bu hökumət ölkə tarixində seçkilərdə mütləq səs çoxluğunu yığa bilməyən siyasi qüvvələrin təşkil etdiyi ilk minoritar hökumətdir. Yeni hökuməti təqdim edən Baş nazir Maryan Şarets öz çıxışında ölkədaxili siyasətdə islahatlar aparılacağına, xüsusilə də səhiyyə sisteminin yenilənməsi, bürokratik maneələrin ləğvi və iqtisadiyyatyönümlü siyasətin yürüdüləcəyinə dair vəd verib.xeber100.com

Sentyabr 14, 2018 2:23

“Apple” şirkəti yeni smartfon modellərini nümayiş edib

“Apple” şirkəti yeni “iPhone” smartfon modellərini nümayiş edib.RİA Novosti agentliyi xəbər verir ki, şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunan mərasimdə 3 yeni “iPhone” modeli – “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” təqdim olunub. Bu modellər bir-birindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər.“iPhone Xr” modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq -749 dollar. Onun müxtəlif - sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. “iPhone Xs” modeli paslanmaz dəmirdən hazırlanıb və qızılı, gümüşü, səmavı boz rəngdə olacaq. Suya davamlı olan smartfon 999 dollara satışa çıxarılacaq. “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.“iPhone” modelləri üçün ən böyük yeniliklərdən biri də onların iki nömrəli olmasıdır.Bunlardan başqa, “Apple Watch 4”ün də təqdimatı baş tutub.xeber100.com

Sentyabr 13, 2018 1:17

Mehr xəbər agentliyinin məlumatı əsasında…

İran İslam Respublikasının Finlandiyadakı səfirliyi qarşısında aksiya keçirilib.Azərtac xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.Bildirilir ki, günorta saatlarında bir qrup şəxs Helsinki şəhərində yerləşən səfirliyin önünə gələrək burada aksiya keçiriblər. Səfirliyin əməkdaşları bu şəxslərin nəyə etiraz etdiklərini və aksiyanın səbəbini soruşduqda cavab ala bilməyiblər.Sonra bir neçə aksiya iştirakçısı İranın səfirliyin binası qarşısına sancılmış milli bayrağını çıxararaq yandırıb. Hadisənin gərginləşdiyini görən səfirliyin əməkdaşları polis çağırmaq məcburiyyətində qalıblar. Hadisə yerinə gələn polis 4 nəfəri həbs edib.Finlandiya polisi hələlik aksiya iştirakçıları və həbs olunanlar haqqında məlumat verməyib.İranın Xarici İşlər Nazirliyi baş verən insidentlə əlaqədar narahatçılığını və məsələnin tez bir zamanda araşdırılmasını ifadə edib.xeber100.com

Sentyabr 12, 2018 3:08
    Page 106 of 299« First«...102030...104105106107108...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az