10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İnsan hüquqlarını pozduğuna görə İrana qarşı sanksiyalar tətbiq edilib

Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İrana qarşı növbəti dəfə sanksiyalar tətbiq edib. İranın 32 fiziki və 2 hüquqi şəxsinin adları sanksiyalar siyahısına əlavə olunub. Bu şəxslər etiraz aksiyasında iştirak edənlərə qarşı qəddarcasına davranıb və insanların ən sadə hüquqlarını belə qorumaqdan imtina ediblər. Adları sanksiyalar siyahısına salınanların Avropa İttifaqı ölkələrinə girişi qadağan olunub və onların Avropa banklarındakı aktivləri dondurulub. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bəyan edib ki, fevralın 24-də İrana qarşı tətbiq olunacaq növbəti sanksiyalar paketi də açıqlanacaq.xeber100.com

Fevral 21, 2023 2:40

Ağ ev Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır

Bayden administrasiyası ixracat nəzarəti ilə bağlı yeni tədbirlər və Rusiya əleyhinə sənayenin əsas sahələrinə yönələn yeni sanksiyalar paketini tətbiq etməyi planlaşdırır. Bu barədə “Bloomberg News” agentliyi məlumatlı mənbələrə istinadla bildirib. Məlumatda deyilir ki, yeni sanksiyalar Rusiyanın müdafiə və enerji sektorlarına, maliyyə müəssisələrinə və bir sıra fiziki şəxslərə qarşı yönələcək. Daha sonra bildirilir ki, ABŞ və onun müttəfiqləri Rusiyanın üçüncü ölkələrdən aldığı dəstəyi pozmaqdan ötrü sanksiyalardan yayınma hallarını aradan qaldırmağın mümkünlüyü məsələsini nəzərdən keçirə bilərlər. Aİ-nin yeni sanksiyalar barədə təklifinə Rusiyaya PUA-lar və digər hərbi texnika, nəqliyyat vasitələri, elektronika və nadir torpaq metalları tədarük etməsi hesab olunan İran təşkilatları da daxildir. Daha əvvəl bu ay ABŞ Rusiyanın kiberməkanda fəaliyyəti ilə bağlı bu ölkə əleyhinə yeni sanksiyalar tətbiq etmişdi. Sanksiyalar yeddi nəfərə, o cümlədən 6 rusiyalı və 1 Ukrayna vətəndaşına qarşı yönəldilmişdi.xeber100.com

Fevral 20, 2023 3:30

Ş.Rustaveli adına beynəlxalq hava limanında etibarlı sistem tətbiq olunacaq

Gürcüstanın Ş.Rustaveli adına beynəlxalq hava limanında baqajın yoxlanılmasında yeni müasir və etibarlı sistem tətbiq olunacaq. Bu barədə Tbilisi beynəlxalq aeroportundan məlumat verilib. Bildirilib ki, fevral və mart aylarında baqaj karuselləri bir neçə gün işləməyəcək. Lakin sərnişinlər heç bir diskomfort hiss etməyəcək və baqajın çeşidləmə zonalarına daşınmasına hava limanının əməkdaşları cavabdeh olacaq. Hollandiyanın Vanderlande şirkəti tərəfindən aparılan işlər iki ay ərzində yekunlaşacaq. Qeyd edək ki, Tbilisi hava limanının genişləndirilməsinə ehtiyac olması barədə əvvəllər də məlumat verilmişdi. Hazırda gələcək illər üçün investisiya və inkişaf planları üzərində iş gedir. Planda yeni terminalın tikintisi də var.xeber100.com

Fevral 17, 2023 2:36

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatı əsasında…

Filippində 6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Leqaspi şəhərindən 89 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.xeber100.com

Fevral 15, 2023 2:21

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə…

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 7 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, bu günə qədər isə ümumilikdə 7 milyon 507 min 868 test icra olunub.xeber100.com

Fevral 14, 2023 2:44

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatı…

İtaliya zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə 1 milyon avro maliyyə yardımı ayırıb. Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. “Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş, minlərlə insanın həlak olması və yaralanması, infrastrukturun və binaların zədələnməsi və dağılması ilə nəticələnən şiddətli zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin təklifi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına ümumilikdə 1 milyon 750 min avro maliyyə yardımı köçürülüb. Sözügedən yardımın 1 milyon avrosu Türkiyə Qızıl Aypara Cəmiyyətinə, 750 min avrosu isə Suriya Qızıl Aypara Cəmiyyətinə ayrılıb”, - deyə nazirliyin məlumatında bildirilir.xeber100.com

Fevral 11, 2023 7:48

Gürcüstan parlamenti yeni qanun qəbul edib

Gürcüstan parlamenti gender bərabərliyi ilə əlaqədar maraqlı qanun qəbul edib. Yeni qanuna əsasən ölkənin Seçki Məcəlləsinə dəyişiklik ediləcək. Yeni dəyişiklikdə əsasən seçkilər zamanı proporsional siyahıda qadınların sayının artırılması nəzərdə tutulub. Belə ki, 2024-cü ildə və 2028-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyaların deputatlığa namizədlərlə bağlı təqdim edəcəyi siyahıda hər dörd nəfərdən birinin qadın olması nəzərdə tutulub. 2032-ci ildə keçiriləcək seçkilərdə isə təqdim olunacaq siyahıda hər 3 nəfərdən biri qadın olmalıdır. Səsvermə zamanı 88 deputat layihənin lehinə, 3 deputat isə əleyhinə olub. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının parlamentdəki fraksiyasının sədr müavini Qivi Mikanadze bildirib ki, bu qanun ölkədə gender bərabərliyi ilə bağlı kvotanı artıracaq və qadınların siyasətdəki rolunu genişləndirəcək.xeber100.com

Fevral 11, 2023 7:43

Avropa İttifaqı donor konfransı təşkil edəcək

Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək. TRT telekanalı xəbər verir ki, bu barədə Aİ Komissiyasından verilən açıqlamada bildirilib. Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, yüksək səviyyəli konfrans Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.xeber100.com

Fevral 9, 2023 1:57

Anadolu agentliyi: Zəlzələ nəticəsində Suriyada 3 min 162 nəfər həyatını itirib

Regionda baş vermiş güclü zəlzələ nəticəsində Suriyada azı 3 min 162 nəfər həyatını itirib. Anadolu agentliyi xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, Dəməşqin nəzarətində olan bölgələrdə 1262 nəfər həlak olub, 2 min 285 nəfər xəsarət alıb. Eyni zamanda, ölkənin şimalında müxalif qüvvələrin nəzarətində olan bölgələrdə isə azı 1900 nəfərin öldüyü, 2 min 950 nəfərin yaralandığı bildirilir. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda, Fələstində və Kipr adasında hiss olunub.

Fevral 9, 2023 1:44

Türkiyəyə 50 xilasedici və 11 mütəxəssisdən ibarət həkim briqadası göndərilib

Rusiya Türkiyəyə əlavə olaraq 50 xilasedici və 11 mütəxəssisdən ibarət həkim briqadası göndərib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Rusiya tibbi briqadasının tərkibində psixoloq, cərrah, travmatoloq və anestezioloq-reanimatoloq var.xeber100.com

Fevral 8, 2023 2:01
    Page 13 of 301« First«...1112131415...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az