05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

KXDR məsələsi müzakirə ediləcək

Cənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri xanım Kan Kyun-hva, Taro Kono və Mayk Pompeo bu həftə Yaponiyada görüşərək, Şimali Koreya mövzusunu müzakirə edəcəklər.Yonhap agentliyi xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo iyulun 5-də Pxenyana səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikası ilə nüvə silahının ləğvi üzrə əldə olunan razılaşmanın icrasına dair müzakirələr aparacaq. Bundan sonra Yaponiyaya səfər edəcək Mayk Pompeo Cənubi koreyalı və yaponiyalı həmkarları ilə danışıqlar aparacaq.Qeyd edək ki, Mayk Pompeonun bu səfəri ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın Sinqapur görüşündən sonra Birləşmiş Ştatların yüksəkvəzifəli rəsmisinin Pxenyana ilk səfəridir.xeber100.com

İyul 3, 2018 12:43

Prezident seçkilərində pensiyaların iki dəfə artırılması vəd olunub

Meksikada prezident seçkilərində liderlik edən Andres Manuel Lopes Obrador iyulun 1-də ölkədə pensiyaları iki dəfə artırmağı vəd edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Milli Seçki İnstitutunun ilkin məlumatlarına əsasən, sol qüvvələrin lideri Lopes Obrador seçkilərdə 47, 22 faiz səs toplayıb. İkinci yerdə Rikardo Anayya (27,03 faiz), sonrakı yerlərdə Xose Antonio Mid (16,91 faiz) və Xayme Rodriges Kalderon (6,22 faiz) gedir. Artıq hər üç namizəd Lopes Obradorun qələbəsini etiraf edib.“İlk gündən qocalar üçün pensiyanı iki dəfə artıracağıq və bu pensiyanın universal olacağına zəmanət veririk”, - deyə yeni seçilmiş prezident qeyd edib. O, həmçinin ölkədə korrupsiyaya qalib gələcəklərinə də söz verib.Lopes Obrador hakimiyyətin təhvil verilməsi barədə danışıqlar aparmaq üçün iyulun 3-də ölkənin hazırkı Prezidenti Enrike Penya Nieto ilə görüşünün planlaşdırıldığını bildirib.Qeyd edək ki, yeni prezident bu postda vəzifələrinin icrasına cari il dekabrın 1-də başlayacaq.xeber100.com

İyul 2, 2018 3:57

TASS informasiya agentliyinin məlumatına görə…

ABŞ-ın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi İdarəsi və ölkənin Hərbi Hava Qüvvələri B61-12 idarəolunan nüvə bombasının sınağını keçirib.TASS informasiya agentliyi xəbər verir ki, sınaqlardan 2-si iyunun 9-da Nevada ştatında yerləşən “Tonopa” poliqonunda baş tutub. Sınaq zamanı nüvə başlığı olmayan bomba B-2 “Spirit” bombardmançı təyyarəsindən atılıb.“Uçuş sınaqları B61-12 bombasının dizaynının sistem tələblərinə cavab verdiyini və onun milli təhlükəsizlik tələblərinə uyğun gəldiyini nümayiş etdirib”, - deyə Milli Nüvə Təhlükəsizliyi İdarəsinin nümayəndəsi general Maykl Lutton bildirib.B61-12 idarəolunan bombanın istifadəsi ABŞ-ın nüvə arsenalındakı B61 bombasının mövcud variantlarını əvəzləməyə imkan verəcək. Bu bombaların 2020-ci ildə istehsal olunacağı bildirilir.xeber100.com

İyul 2, 2018 3:50

ABŞ-da etiraz aksiyası keçirilir

ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub.CNN telekanalının verdiyi xəbərə görə, aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.xeber100.com

İyul 1, 2018 4:08

4,3 bal gücündə zəlzələ baş verib

Yunanıstanın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib.Apa-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.Yerli vaxtla saat 03:36-da qeydə alınan yeraltı təkanların episentri Metoni şəhərindən 30 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.xeber100.com

İyun 30, 2018 5:47

Avropa İttifaqına üzv ölkələrin hökumət başçılarının görüşü keçirilir

Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçılarının ikigünlük görüşü keçirilir. Azərtac xəbər verir ki, bu sammit qaçqınlar probleminin Aİ səviyyəsində beynəlxalq həllinə nail olmaq üçün Almaniya kansleri Angela Merkelin son imkanı ola bilər. Əks halda AFR-in daxili işlər naziri yaranmış vəziyyəti öz daxili tədbirləri ilə tənzimləyəcək.Problemin əsas subyekti sənədi olmayan, yaxud Aİ-nin digər ölkələrində, xüsusilə İtaliyada qeydiyyatdan keçmiş, lakin Almaniyada sığınacaq almaq ümidi ilə Avropanın şimalına hərəkət edən qaçqınlardır. Məsələ ilə bağlı Aİ çərçivəsində yaxın günlərdə təsirli tədbirlər görülməsə, növbəti həftədən Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkənin cənub sərhədini bu miqrantların üzünə bağlamaq niyyətindədir.

İyun 29, 2018 11:39

“Huawei” şirkəti ilk smartfonunu təqdim edəcək

Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.“life.ru” saytı bildirir ki, “Huawei” şirkəti 2019-cu ilin iyununda “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən “Digitimes” nəşri yazıb.“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulması olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə imkan verəcək. “Huawei” şirkəti “5G” mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.xeber100.com

İyun 29, 2018 11:17

JAXA aerokosmik agentliyinin məlumatı əsasında…

Yaponiyaya məxsus “Hayabusa-2” zondu kosmosda 3 illik səyahətdən sonra hədəfinə - Ryuqu asteroidinin 20 kilometrliyinə çatıb.Azərtac xəbər verir ki, Yaponiyanın JAXA aerokosmik agentliyinin məlumatına əsasən, zond bu müddət ərzində 3,2 milyard kilometr məsafə qət edib.Kosmik zond 2014-cü ildə fəzaya buraxılaraq Yerdən 2,8 milyard kilometr məsafədə yerləşən asteroidə doğru yola düşüb. O, diametri 900 metr olan Ryuqu asteroidinin yaxınlığında yarım il qalaraq üç dəfə torpaq nümunəsi götürməyə çalışacaq və sonra Yerə qayıdacaq. Onun ilk cəhdi payız aylarına planlaşdırılıb.Qeyd edək ki, “Hayabusa-2” zondunun sələfi “Hayabusa” 2010-cu ildə İtokava asteroidində analoji tapşırıq yerinə yetirib. Ryuqunun orbiti Yerlə Marsın orbitləri yaxınlığından keçdiyi üçün alimlər burada su və orqanik maddələrin aşkarlanacağına ümid edirlər.xeber100.com

İyun 27, 2018 2:03

“RİA Novosti” agentliyinin məlumatına görə…

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib."RİA Novosti" agentliyinin verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: "Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər".xeber100.com

İyun 24, 2018 8:23

Prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.“Anadolu” agentliyinin verdiyi xəbərə görə, ilk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur.İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).xeber100.com

İyun 24, 2018 8:14
    Page 113 of 299« First«...102030...111112113114115...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az