Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 2 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,8 milyon barrel azalacağını nəzərdə tuturdu.ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 3,8 milyon barrel artıb. Benzin ehtiyatlarının 2 milyon barrelədək azalması gözlənilirdi.Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 871 min barrel azalıb. İstehsalın 1,1 milyon barrel azalacağı planlaşdırılırdı.Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.xeber100.com