05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“RİA Novosti”nin məlumatı əsasında…

Qəzza zolağında baş verən silahlı qarşıdurmalardan sonra “Həmas” İsrailə atəşkəsi bərpa etmək üçün razılığa gəldiyini açıqlayıb.“RİA Novosti” xəbər verir ki, "Həmas"ın məlumatına görə, İsraillə atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub. Lakin bununla bağlı İsrail tərəfindən heç bir mövqe bildirilməyib. Yayılan məlumatı təsdiq etməyən İsrail mediası isə Təl-Əvivin də eskalasiyada maraqlı olmadığı haqqında məlumat dərc edib.Sözügedən razılaşma haqqında daha əvvəl də məlumat yayılmışdı. Razılaşmanın Misir vasitəsilə əldə olunduğu deyilirdi. Lakin hər iki tərəf arasında davam edən gərgin münasibətlər informasiyanın əsassız olduğunu sübuta yetirmişdi.Qeyd edək ki, “Həmas” ötən gecə İsrailin cənubunu raket atəşinə tutub. İsrail tərəfi isə Qəzza zolağındakı döyüş bölgələrini bombalayıb. Ancaq səhər saatlarında qarşıdurma zonasında sabitlik bərpa olunub, itki qeydə alınmayıb.xeber100.com

May 30, 2018 3:07

İran parlamentinin xüsusi iclasında

Əli Laricani yenidən İran İslam Şurası Məclisinin (parlamentin) sədri seçilib.Azərtac xəbər verir ki, parlamentin xüsusi iclasında keçirilən sədr seçkilərində 279 deputat iştirak edib ki, bunların da 147–si Ə.Laricaninin lehinə səs verib. Ə.Laricaninin rəqibi Məhəmməd Rza Arif isə 123 səs alaraq məğlub olub. İran parlamenti 296 deputatdan ibarətdir.Xatırladaq ki, İran qanunlarına əsasən parlament hər iki ildən bir idarə heyətini yenidən seçir.xeber100.com

May 30, 2018 3:03

“Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək

2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək.Azərtac xəbər verir ki, bu haqda “Economic Daily News” nəşri məlumat yayıb.Məlumata görə, yeni qurğunun dizaynı artıq internetdə əlçatandır. Üç kamera ənənəvi yerdə yerləşdiriləcək. Belə kameranın stereoskopik “3D” görüntü üçün istifadə olunacağı bildirilir. İki obyektiv müxtəlif bucaqlardan obyektin təsvirini qeydə alacaq, üçüncü obyektiv isə daha güclü miqyası böyütmə üçün nəzərdə tutulub.xeber100.com

May 30, 2018 3:00

İsrail parlamenti təklif edilmiş qərar layihəsini gündəlikdən çıxarıb

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar təklif edilmiş qərar layihəsini gündəlikdən çıxarıb.RİA Novosti agentliyi xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.Bildirilir ki, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. “Belə ki, qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, - spikerin mətbuat katibi vurğulayıb.xeber100.com

May 29, 2018 12:51

Rusiya mətbuatının məlumatı əsasında…

Rusiyada bu ilin sonuna qədər facebook bağlana bilər.Rusiya mətbuatı xəbər verir ki, bunu ölkənin "Roskomnadzor" nəzarətedici orqanının rəhbəri Aleksandr Jarkov bildirib. O qeyd edib ki, milyonlarla istifadəçisi olan sosial şəbəkənin Rusiyanın daxili qanunlarını pozması ilə əlaqədar monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə facebook külli miqdarda cərimələnə bilər.Onun sözlərinə görə, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır. “Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər facebook rəhbərliyi Rusiya qanunlarına məhəl qoymazsa, o zaman bu ilin sonunda ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq”, - deyə Aleksandr Jarkov vurğulayıb.Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 50 milyon rubl cərimə tətbiq edib.xeber100.com

May 29, 2018 12:43

5,7 bal gücündə zəlzələ baş verib

Çinin şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Tszilin əyalətində, ocağı 2 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.xeber100.com

May 28, 2018 2:11

Güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Merilend ştatının Ellikot şəhərində güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu Merilend ştatın qubernatoru Larri Hoqan bəyan edib.Məlumata əsasən, 2016-cı ildə güclü güclü yağış və daşqınlarla üzləşmiş şəhər yenidən su altında qalıb.Yerli hökumət əhalini təhlükəli əraziləri tərk etməyə, xəbərləri izləməyə və təlimatlara riayət etməyə çağırıb.Qeyd edək, Ellikot şəhərində 70 minədək insan yaşayır.xeber100.com

May 28, 2018 2:06

Almaniya Federal Hesablama Palatasının hesabatında

Almaniya Federal Hesablama Palatasının hesabatında Almaniya ordusunun acınacaqlı durumda olması əksini tapıb.Apa-nın məlumatına görə, bu barədə "Bild" nəşri məlumat yayıb.Hesablama Palatası Almaniya müdafiə naziri Ursulu fon der Lyayenni hərbi texnikanın istifadəyə yararsız durumda olmasını gizlətməkdə ittiham edib. Sənəddə qeyd edilir ki, müdafiə nazirinin hərbi gəmi və təyyarələrin döyüşə hazır olması barədə bəyanatı həqiqətə uyğun deyil. Hesabatda nəzərə çatdırılır ki, keçən il heç bir sualtı qayıq istismara yararlı olmayıb. Döyüş gəmilərinin və tankların yarıdan azı, hərbi vertolyotların isə 1/3-i istismar üçün yararlı olub. Sənəddə qeyd olunur ki, müdafiə nazirinin döyüşə hazır olduğunu bəyan etdiyi gəmilər idarə olunan raketlər, müvafiq silahlar olmayıb, sualtı qayıqlar üçün isə heyət çatışmır.xeber100.com

May 27, 2018 2:36

Kolumbiyanın NATO-ya daxil olması rəsmiləşdiriləcək

Kolumbiyanın prezidenti Xuan Manuel Santos NATO ilə tərəfdaşlığa dair razılaşmanın əldə edildiyini bəyan edib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısı özünün “Tvitter” hesabında yazıb.“Gələn həftə biz Kolumbiyanın NATO-ya qlobal tərəfdaş qismində daxil olmasını rəsmiləşdirəcəyik", X.M.Santos yazıb.Onun sözlərinə görə, Kolumbiya belə imtiyazı olan yeganə Latın Amerikası ölkəsi olacaq.xeber100.com

May 26, 2018 10:12

Yonhap agentliyinin məlumatı

KXDR ordusunun hərbçiləri xarici jurnalistlərin iştirakı ilə mayın 24-də “Phunqeri” nüvə poliqonunda üç sınaq şaxtasını partladıb.Cənubi Koreyanınyi Yonhap agentliyi xəbər verir ki, poliqondakı yerüstü müşahidə məntəqələri və digər obyektlər də məhv edilib. “KXDR-in Nüvə Silahı İnstitutu nüvə sınaqlarının dayandırılması məsələsində şəffaflıq nümayiş etdirmək üçün 2018-ci il mayın 24-də şimal sınaq poliqonunun sökülməsi mərasimini həyata keçirib”, - institutun mərasim başa çatdıqdan sonra yayılan bəyanatında belə deyilir.Poliqonun sökülmə prosesini beş ölkədən - Koreya Respublikası, Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan jurnalistlər izləyiblər.Qeyd edək ki, 6 nüvə sınağından 5-i poliqonun şimal şaxtasında aparılıb. Poliqonda ümumilikdə 4 şaxta mövcud olub. Birinci şaxta cəmi bir dəfə - ilk yeraltı sınağın həyata keçirildiyi 2006-cı ildə istifadə olunub və sonra bağlanılıb.xeber100.com

May 25, 2018 4:15
    Page 117 of 299« First«...102030...115116117118119...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az