02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə…

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 7 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, bu günə qədər isə ümumilikdə 7 milyon 507 min 868 test icra olunub.xeber100.com

Fevral 14, 2023 2:44

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatı…

İtaliya zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə 1 milyon avro maliyyə yardımı ayırıb. Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. “Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş, minlərlə insanın həlak olması və yaralanması, infrastrukturun və binaların zədələnməsi və dağılması ilə nəticələnən şiddətli zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin təklifi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına ümumilikdə 1 milyon 750 min avro maliyyə yardımı köçürülüb. Sözügedən yardımın 1 milyon avrosu Türkiyə Qızıl Aypara Cəmiyyətinə, 750 min avrosu isə Suriya Qızıl Aypara Cəmiyyətinə ayrılıb”, - deyə nazirliyin məlumatında bildirilir.xeber100.com

Fevral 11, 2023 7:48

Gürcüstan parlamenti yeni qanun qəbul edib

Gürcüstan parlamenti gender bərabərliyi ilə əlaqədar maraqlı qanun qəbul edib. Yeni qanuna əsasən ölkənin Seçki Məcəlləsinə dəyişiklik ediləcək. Yeni dəyişiklikdə əsasən seçkilər zamanı proporsional siyahıda qadınların sayının artırılması nəzərdə tutulub. Belə ki, 2024-cü ildə və 2028-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyaların deputatlığa namizədlərlə bağlı təqdim edəcəyi siyahıda hər dörd nəfərdən birinin qadın olması nəzərdə tutulub. 2032-ci ildə keçiriləcək seçkilərdə isə təqdim olunacaq siyahıda hər 3 nəfərdən biri qadın olmalıdır. Səsvermə zamanı 88 deputat layihənin lehinə, 3 deputat isə əleyhinə olub. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının parlamentdəki fraksiyasının sədr müavini Qivi Mikanadze bildirib ki, bu qanun ölkədə gender bərabərliyi ilə bağlı kvotanı artıracaq və qadınların siyasətdəki rolunu genişləndirəcək.xeber100.com

Fevral 11, 2023 7:43

Avropa İttifaqı donor konfransı təşkil edəcək

Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək. TRT telekanalı xəbər verir ki, bu barədə Aİ Komissiyasından verilən açıqlamada bildirilib. Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, yüksək səviyyəli konfrans Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.xeber100.com

Fevral 9, 2023 1:57

Anadolu agentliyi: Zəlzələ nəticəsində Suriyada 3 min 162 nəfər həyatını itirib

Regionda baş vermiş güclü zəlzələ nəticəsində Suriyada azı 3 min 162 nəfər həyatını itirib. Anadolu agentliyi xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, Dəməşqin nəzarətində olan bölgələrdə 1262 nəfər həlak olub, 2 min 285 nəfər xəsarət alıb. Eyni zamanda, ölkənin şimalında müxalif qüvvələrin nəzarətində olan bölgələrdə isə azı 1900 nəfərin öldüyü, 2 min 950 nəfərin yaralandığı bildirilir. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda, Fələstində və Kipr adasında hiss olunub.

Fevral 9, 2023 1:44

Türkiyəyə 50 xilasedici və 11 mütəxəssisdən ibarət həkim briqadası göndərilib

Rusiya Türkiyəyə əlavə olaraq 50 xilasedici və 11 mütəxəssisdən ibarət həkim briqadası göndərib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Rusiya tibbi briqadasının tərkibində psixoloq, cərrah, travmatoloq və anestezioloq-reanimatoloq var.xeber100.com

Fevral 8, 2023 2:01

Bosniya və Herseqovina Nazirlər Şurasının növbədənkənar iclasında

Bosniya və Herseqovina Nazirlər Şurası zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə Türkiyəyə təxminən 10 milyon türk lirəsi məbləğində vəsaitin ayrılması təklifini qəbul edib. Şuranın növbədənkənar iclasında sözügedən maliyyə yardımının zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə göndəriləcəyi bildirilib. Həmçinin Bosniya və Herseqovinanın axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün bu vaxtadək zəlzələ bölgələrinə 129 nəfərlik heyət göndərdiyi də qeyd olunub.xeber100.com

Fevral 8, 2023 1:57

“Equinor” kompaniyası rekord məbləğdə illik gəlir əldə etdiyini açıqlayıb

Avropanın ən iri enerji şirkətlərindən biri olan Norveçin “Equinor” kompaniyası rekord məbləğdə illik gəlir əldə etdiyini açıqlayıb. 2022-ci ildə dünyada enerji daşıyıcılarının qiymətlərinin artması fonunda şirkətin gəlirləri üç dəfədən də çox artaraq bir il əvvəlki 10 milyard dollardan 28,7 milyard dollara qalxıb. Bununla yanaşı, “Equinor”un satışları da 66 faiz artaraq 150,8 milyard dollar təşkil edib. “Equinor” özünün britaniyalı rəqibləri “Shell” və BP, həmçinin amerikalı “ExxonMobil” və “Chevron” kimi, gəlirlərini Ukraynadakı müharibə nəticəsində artırıb. Belə ki, Rusiyadan təbii qazın Avropaya nəqlinin dayandırılması ötən il qiymətlərin rekord səviyyəyə qalxmasına səbəb olub. “Equinor” şirkətinin lider olduğu Norveç isə Avropada ən böyük qaz tədarükçüsünə çevrilib. Gəlirlərin rekord səviyyədə artması Norveç şirkətinə imkan verəcək ki, öz səhmdarları ilə münasibətlərdə daha səxavətli olsun. Şirkət dividendlərin ödənilməsi və səhmlərin alınmasına 17 milyard dollar yönəltməyi planlaşdırır. “Equinor”, həmçinin bəyan edib ki, cari ildə neft-qaz hasilatının 3 faiz artırılması istiqamətində işlərə 10-11 milyard dollar sərmayə qoyacaq.xeber100.com

Fevral 8, 2023 1:53

Birləşmiş Millətlər Təşkilatı Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər

Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər. Bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib. Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.xeber100.com

Fevral 8, 2023 1:44

Finlandiya hökuməti humanitar yardım paketi ayrılması barədə qərar qəbul edib

Finlandiya hökuməti Türkiyə və Suriyada zəlzələ zonasında olan zərərçəkənlərə təcili humanitar yardım paketi ayrılması barədə qərar qəbul edib. Finlandiyanın xarici siyasət idarəsi xəbər verir ki, bu ölkənin hökuməti Türkiyə və Suriyaya 1 milyon avro məbləğində humanitar yardım göndərəcək. Nazirliyin məlumatında bildirilir ki, humanitar yardım Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri vasitəsilə çatdırılacaq. Təqdim ediləcək paketə ərzaq məhsulları, çadırlar və dərman preparatları daxildir.xeber100.com

Fevral 7, 2023 2:21
    Page 12 of 299« First«...1011121314...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az