23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Brussels Airlines” aviakompaniyasının tətili 34 min sərnişinə təsir edəcək

Mayın 14-də “Brussels Airlines” aviakompaniyasının pilotlarının tətili 34 min sərnişinə təsir edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, tətildə iştirak edən pilotlar əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılması tələbini irəli sürür. Tətil səbəbdən hər 4 reysdən 3-ü ləğv olunub. İki gün davam edəcək tətillər ümumilikdə 60 min sərnişinə zərər vuracaq. Kompaniya indiyə qədər 55 min sərnişinlə əlaqə qura bilib və onların əksəriyyətinə yeni reyslər təklif olunub. Digər sərnişinlər isə kompensasiya alacaq və ya kompaniyaya qarşı iddia qaldıracaq.Kompaniyanın rəhbərliyi və həmkarlar ittifaqı arasında danışıqlar davam edir.Ekspertlərin hesablamalarına görə, mayın 14-də və 16-da keçiriləcək tətillər 557 min reysə və 60 min sərnişinə təsir edəcək, habelə aviaşirkətə təxminən 10 milyon avro zərər vuracaq. 2018-ci ilin ilk kvartalında aviasiya daşıyıcısının zərəri 26 milyon avro təşkil edib.xeber100.com

May 14, 2018 4:29

Nazirlər Kabinetinin təcili iclası keçirilib

Prezident Donald Trampın ABŞ-ın İran ilə Qərb dövlətləri arasında imzalanmış sazişdən birtərəfli qaydada çıxmasını bəyan etdikdən sonra İran Nazirlər Kabinetinin təcili iclası keçirilib.Azərtac xəbər verir ki, bu gün Prezident Həsən Ruhaninin sədrliyi ilə keçən iclasda İranın bundan sonra atacağı addımlar nəzərdən keçirilib. Prezident H.Ruhani nazirliklərə müvafiq göstərişlər verib.xeber100.com

May 10, 2018 3:41

BMT Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləyir

Yaponiya, Çin və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının həyata keçirilməsinə tərəfdardırlar.Azərtac xəbər verir ki, bu barədə Baş nazir Şinzo Abe üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Yaponiya, Çin və Cənubi Koreya liderlərinin qəbul etdiyi birgə bəyannamə barədə məlumat verərkən bildirib.“BMT Təhlükəsizlik Şurasının qətnamələri tam həyata keçirilməlidir. Bu, bizim üç ölkənin vahid mövqeyidir. Qarşıda duran kompleks vəzifələrin həlli üçün üç ölkə razılaşdırılmış şəkildə hərəkət edəcəklər. Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə, Şimal-Şərqi Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə istiqamətlənən bu yaxşı imkandan faydalanmaq üçün beynəlxalq ictimaiyyətlə əlaqələri gücləndirmək və Şimali Koreya tərəfindən konkret addımlara nail olmaq lazımdır”, - deyə Baş nazir vurğulayıb.xeber100.com

May 10, 2018 3:32

Malayziyada keçirilən parlament seçkilərində

Malayziyada keçirilən parlament seçkilərində son 60 ildə ilk dəfə müxalifət qalib gəlib və nəticədə 92 yaşlı Mahathir Məhəmmədin Baş nazir olacağı gözlənilir.Interfax informasiya agentliyi xəbər verir ki, onu Baş nazir qismində Malayziyanın kralı V Məhəmməd təsdiq etməlidir.Mahathir Məhəmmədin “Pakatan Harapan” (Ümid alyansı) koalisiyası ölkə parlamentinin nümayəndələr palatasında 222 yerdən 121-nə, hakim “Barisan Nasional” (Milli cəbhə) partiyası isə 79 yerə sahib olub.1957-ci ildən hakimiyyətdə olan “Milli cəbhə” partiyasının sədri, Malayziyanın hazırkı Baş naziri Nəcib Rəzzak “xalqın iradəsini” qəbul edəcəyini bildirib.Qeyd edək ki, Mahathir Məhəmməd bundan əvvəl 20 ildən çox (1981-2003-cü illər) Malayziyanın Baş naziri postunu tutub. Bu vəzifəyə yenidən təyin ediləcəyi təqdirdə 92 yaşlı siyasətçi dünyanın ən qocaman lideri olacaq.xeber100.com

May 10, 2018 3:23

Rusiyanın Nazilər Kabineti tam tərkibdə istefa verib

Rusiya hökuməti istefaya gedib. Bu gün Vladimir Putinin növbəti müddətdə prezident səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar ölkənin Nazilər Kabineti tam tərkibdə istefa verib.Azərtac xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, dövlət başçısı iki həftədən gec olmayaraq Dövlət Dumasına yeni baş nazirin namizədliyini təklif etməlidir. Bu dəfə Prezident Vladimir Putin andiçmə mərasimindən dərhal sonra Dmitri Medvedevin namizədliyini irəli sürüb. Bu təklifə mayın 8-də parlament tərəfindən baxılacağı gözlənilir.Daha sonra Nazirlər Kabinetinin başçısı öz müavinləri, federal nazirlər və icra hakimiyyəti federal orqanlarının strukturu barədə təkliflərini Prezidentə təqdim edəcək.xeber100.com

May 7, 2018 4:42

Tunisdə ilk dəfə bələdiyyə seçkiləri keçirilir

Bu gün Tunisdə son 7 ildə ilk dəfə bələdiyyə seçkiləri keçirilir.Apa-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, yerli idarəetmə orqanları uğrunda 57 min namizəd mübarizə aparır.Siyasətçilərin əksəriyyəti ilk dəfə namizədliyini irəli sürüb. Namizədlərin 49 faizi qadındır.Seçki ilə bağlı təhlükəsizliyin təmin edilməsinə 60 min polis və əsgər cəlb edilib. Dünən Tunis prezidenti Beji Kaid as-Sebsi xalqa müraciətində bu seçkiləri tarixi seçki adlandırıb və insanları səs verməyə çağırıb.Qeyd edək ki, 2011-ci ildə dövlət başçısı Zin al-Abidin Bel Əli devriləndən sonra ölkədə yalnız parlament və prezident seçkiləri keçirilib.xeber100.com

May 6, 2018 5:21

Havay adalarında təcili təxliyə elan edilib

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.Apa-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.xeber100.com

May 5, 2018 10:12

Uçan avtomobilin ilk testi üçün hazırlıqlar başa çatıb

Yaponiyada uçan avtomobilin ilk testi üçün hazırlıqlar başa çatıb. Sınaqlar may ayında Ayti prefekturasının Toyoda şəhərində, avtomobil istehsalı nəhəngi “Toyota Motor” konserninin mənzil-qərargahının və zavodlarının yerləşdiyi poliqonda pilotsuz avtomatik rejimdə həyata keçiriləcək.TASS informasiya agentliyi xəbər verir ki, o, kvadrokopter kimi uçmağa imkan verən 4 vintlə, avtomobil rejimində hərəkət etmək üçün 3 təkərlə təchiz olunub. İki nəfər üçün nəzərdə tutulan avtomobilin uzunluğu 3,7 metr, hündürlüyü 1,5 metrdir.Konstruktorların planına əsasən, maşın 10 metr hündürlüyə qalxa və saatda 100 kilometr sürətlə uça biləcək. Uçan avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya qədər hazır olacağı nəzərdə tutulur. Versiyalardan birinə görə, uçan avtomobildən Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunacaq və onun sürücüsü Olimpiya məşəlini yandıracaq.Hazırlanmasında “Toyota Motor” konserninin, NEC elektrotexnika kompaniyasının və “Cartivator” şirkətinin iştirak etdikləri uçan avtomobilin 2025-ci ilədək bazara çıxarılacağı planlaşdırılır.xeber100.com

May 4, 2018 4:37

5,6 bal gücündə zəlzələ olub

İranın Cənub-Qərbində 5,6 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, Tehran Universitetinin seysmoloji mərkəzinin məlumatına görə, Yasuc şəhəri yaxınlığında baş verən zəlzələ Fars və İsfahan şəhərlərində də hiss olunub. İlkin məlumatlara görə, 18 nəfər xəsarət alıb. Bölgədəki bəzi kəndlərdəki evlərə zərər dəyib.xeber100.com

May 2, 2018 4:11

Al-Sumaria” telekanalının məlumatı

İraqın paytaxtından şimalda yerləşən Ət-Tərmiyə şəhərində silahlıların hücumu nəticəsində azı 7 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.“Al-Sumaria” telekanalının yaydığı məlumata görə, hücum İŞİD terror qruplaşmasının “yatmış” yuvaları tərəfindən həyata keçirilib və müəyyən insanlara yönəlib.Ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, hazırda şəhərin giriş-çıxış yolları bağlanıb və silahlıların axtarışı üzrə əməliyyat başlayıb. Bununla yanaşı, İraqın təhlükəsizlik qüvvələrinin mətbuat xidməti Ət-Tərmiyə şəhərində İŞİD dəstələrinin olması barədə KİV-in informasiyasını təkzib edib.xeber100.com

May 2, 2018 4:09
    Page 120 of 299« First«...102030...118119120121122...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az