05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiyanın Kansay beynəlxalq aeroportunda…

“Korean Air” şirkətinə məxsus “Boeing 737” tipli təyyarə Yaponiyanın Kansay beynəlxalq aeroportunda kiçik qəza törədib. Təyyarənin quyruğu uçuş zolağına enərkən yerə toxunub. Pilotlar enməni davam etdirmədən havaya qalxmaq qərarını veriblər.Yonhap agentliyi xəbər verir ki, Cənubi Koreyanın ən böyük hava yolları şirkəti olan “Korean Air”in təyyarəsi havada dövrə vurduqdan sonra normal eniş edib. Bildirilir ki, təyyarəyə zədə dəyməyib, sərnişinlərdən xəsarət alan olmayıb.Cənubi Koreyanın Nəqliyyat Nazirliyi hadisə ilə əlaqədar araşdırma aparır.xeber100.com

Aprel 10, 2018 4:41

Birləşmiş Millətlər Təşkilatı təcili iclas keçirəcək

Aprelin 9-da Suriyadakı vəziyyətlə bağlı iki təcili iclas keçiriləcək. Doqquz ölkə BMT TŞ-in təcili iclasının çağırılması tələbini dəstəkləyib.TASS agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın daimi nümayəndəliyi “Tvitter” hesabında yazıb.“Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada vəziyyəti müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.“Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” mövzusunda iclaslardan biri Rusiya Federasiyasının təşəbbüsü ilə baş tutacaq.xeber100.com

Aprel 9, 2018 3:04

“Süddeutsche Zeitung” qəzeti yazır…

Macarıstanda parlament seçkilərində FİDES partiyası mandatların mütləq əksəriyyətinin səsini qazanıb.Almaniyanın “Süddeutsche Zeitung” qəzeti xəbər verir ki, ölkənin qanunverici orqanında 199 yer uğrunda 23 partiya üzrə namizədlər və birmandatlı dairələrdən namizədliyini irəli sürmüş 1547 siyasətçi mübarizə aparıb.Səslərin 64,5 faizinin hesablanmasından sonra sonra Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi sağ mühafizəkarlar başda olmaqla FİDES partiyası parlamentdəki mandatların 49,2 faiz səsini toplayıb. İkinci güclü siyasi qüvvə “Yobbik” sağ radikal partiyasıdır.Qələbə qazanacağı halda Orban ardıcıl üçüncü olmaqla dördüncü dəfə Macarıstan hökumətinə rəhbərlik edəcək.xeber100.com

Aprel 9, 2018 2:59

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatı

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, yeraltı təkanların episentri Bakı vaxtı ilə 01.16-da Ankaradan 147 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.xeber100.com

Aprel 8, 2018 12:13

Frans-Press agentliyinin məlumatına görə…

Bu gün Macarıstanda parlament seçkiləri keçirilir.Apa-nın Frans-Press agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 6.00-da açılıb, saat 19.00-da bağlanacaq.Macarıstanda səsvermə hüququna malik 7,9 milyon vətəndaş var. Seçkidə əsas mübarizənin baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası, radikal sağ Yaxşı Macarıstan Uğrunda Hərəkat Partiyası, Macarıstan Sosialist Partiyası, yaşıllar, Demokratik Koalisiya Partiyası və liberallar arasında gedəcəyi gözlənilir. Sosioloji sorğular seçkilərdə 2010-cu ildən ölkəni idarə edən FİDES Partiyasının qalib gələcəyini göstərir.xeber100.com

Aprel 8, 2018 12:04

Türkiyə mətbuatının məlumatı əsasında…

Türkiyənin Van əyalətində 3,6 bal gücündə zəlzələ baş verib.“Haberturk”ün verdiyi xəbərə görə, yerli vaxtla saat 22:14-də qeydə alınan yeraltı təkanların episentri Özalp rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.Eyni ərazidə 20 dəqiqə sonra 2,8 maqnitudalı təkan qeydə alınıb.xeber100.com

Aprel 7, 2018 4:18

ABŞ Senatının xarici işlər üzrə komitəsində

Aprelin 12-də ABŞ Senatının xarici işlər üzrə komitəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təsdiqi ilə bağlı dinləmələr keçiriləcək.Apa-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu komitənin sədri Bob Korker bəyan edib.Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir. O bu vəzifəni M. Pompeonun namizədliyi Konqres tərəfindən rəsmən təsdiq edilənədək tutacaq.xeber100.com

Aprel 7, 2018 4:13

ANSA informasiya agentliyinin məlumatı

2017-ci ildə İtaliyada ev təsərrüfatlarının gəlirləri 1,7 faiz çoxalıb ki, bu da 2011-ci ildən bəri müşahidə edilən ən böyük artımdır.ANSA informasiya agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.Agentliyinin məlumatına görə, ailələrin alıcılıq qabiliyyəti 0,6 faiz artsa da, bu göstərici əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə (1,3 faiz) aşağıdır. 2017-ci ildə ölkənin ev təsərrüfatlarının istehlak xərcləri 2,5 faiz artıb.Agentlik onu da qeyd edib ki, keçən il bu ölkədə qənaət etmək qabiliyyəti 8,5 faizdən 7,5 faizə düşüb ki, bu da 2012-ci ildən bəri qeydə alınan ən aşağı rəqəmdir.xeber100.com

Aprel 6, 2018 4:44

“Toyota” korporasiyası Çin bazarında

Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.xeber100.com

Aprel 6, 2018 4:42

Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Aprelin 5-də Filippinin Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.ABŞ Geoloji Xidməti xəbər verir ki, yeraltı təkanların episentri Tarraqona yaşayış məntəqəsindən 45 kilometr cənub-şərqdə, ocağı 64, 4 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Aprel 5, 2018 4:54
    Page 123 of 299« First«...102030...121122123124125...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az