“Vyana Şəhər Xətləri” Şirkəti sınaq yoxlanışına başlayıb

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən “Vyana Şəhər Xətləri” Şirkəti sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaq yoxlanışına başlayıb.Azərtac xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcəklər. Nəqliyyata buraxılmazdan əvvəl isə bu il ərzində mikroavtobuslar sınaqdan keçiriləcək, sərnişinlərlə hərəkət edəcəkləri marşrut üzrə test yoxlanışları aparılacaq və onların hərəkət cədvəli üzrə yol və ətraf ərazini “öyrənməsi” təmin ediləcəkdir. Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobusların müvafiq proqram təminatı təkmilləşdirilməli, yeni texnologiyanın seriya istehsalına hazirlanması üçün bir sıra texniki işlər görülməli, eləcə də nəqliyyat qanunvericiliyində dəyişikliklər aparılmalıdır.Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq. Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə onun hərəkətini nizamlayan sürücü-operator olacaqdır.xeber100.com

Aprel 13, 2018 2:06

AİB-in 2018-ci il üzrə İnkişaf Perspektivləri hesabatında

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okeanı regionunda ümumi daxili məhsulun artımının 2018-ci ildə 6 faiz, 2019-cu ildə isə 5,9 faiz olacağını proqnozlaşdırır.Azərtac xəbər verir ki, bu barədə AİB-in 2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) adlı yeni hesabatında bildirilir.Hesabatda deyilir ki, yüksəkgəlirli yeni sənayeləşmiş iqtisadiyyatlar istisna olmaqla, iqtisadi artımın 2018-ci ildə 6.5 faiz və 2019-cu ildə 6,4 faiz olacağı gözlənilir.Çin Xalq Respublikasında (ÇXR) iqtisadi artım 2018-ci ildə 6,6 faiz, 2019-cu ildə isə 6,4 faiz yavaşlayacaq. Ölkə daxilində və xaricdə güclü tələbat ÇXR-də aparılan iqtisadi islahatlarla birgə davamlı iqtisadi artımın və makroiqtisadi stabilliyin bünövrəsini qoyur.Cənubi Asiyada iqtisadi artım dünyada ən sürətli artımlardan biridir və regionun ən iri iqtisadiyyatı Hindistanın iqtisadi artımının bərpası ilə stimullaşır. Hindistanın iqtisadi artımının 2017-ci maliyyə ilində proqnozlaşdırılan 6,6 faizdən sonra 2018-ci maliyyə ilində 7,3 faiz, 2019-cu ildə isə 7,6 faizə çatacağı gözlənilir.Cənubi Asiya qlobal ticarətin və əmtəə məhsullarının qiymətlərinin artmasından faydalanmağa davam edir. Subregionun 2017-ci ildə iqtisadi artım tempinin (5,2 faiz) həm 2018, həm də 2019-cü ildə saxlanacağı gözlənilir. Yüksək investisiyalar və ölkədaxili istehlak İndoneziya, Filippin və Taylandda iqtisadi artımı sürətləndirəcək, sənaye bazasında genişlənmə isə Vyetnamda iqtisadi artımı stimullaşdıracaq.Mərkəzi Asiyada iqtisadi artımın əmtəə qiymətlərinin artması fonunda 2018-ci ildə 4 faiz, 2019-cu ildə isə 4,2 faiz olacağı gözlənilir.xeber100.com

Aprel 11, 2018 3:17