30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Süddeutsche Zeitung” qəzeti yazır…

Macarıstanda parlament seçkilərində FİDES partiyası mandatların mütləq əksəriyyətinin səsini qazanıb.Almaniyanın “Süddeutsche Zeitung” qəzeti xəbər verir ki, ölkənin qanunverici orqanında 199 yer uğrunda 23 partiya üzrə namizədlər və birmandatlı dairələrdən namizədliyini irəli sürmüş 1547 siyasətçi mübarizə aparıb.Səslərin 64,5 faizinin hesablanmasından sonra sonra Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi sağ mühafizəkarlar başda olmaqla FİDES partiyası parlamentdəki mandatların 49,2 faiz səsini toplayıb. İkinci güclü siyasi qüvvə “Yobbik” sağ radikal partiyasıdır.Qələbə qazanacağı halda Orban ardıcıl üçüncü olmaqla dördüncü dəfə Macarıstan hökumətinə rəhbərlik edəcək.xeber100.com

Aprel 9, 2018 2:59

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatı

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, yeraltı təkanların episentri Bakı vaxtı ilə 01.16-da Ankaradan 147 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.xeber100.com

Aprel 8, 2018 12:13

Frans-Press agentliyinin məlumatına görə…

Bu gün Macarıstanda parlament seçkiləri keçirilir.Apa-nın Frans-Press agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 6.00-da açılıb, saat 19.00-da bağlanacaq.Macarıstanda səsvermə hüququna malik 7,9 milyon vətəndaş var. Seçkidə əsas mübarizənin baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası, radikal sağ Yaxşı Macarıstan Uğrunda Hərəkat Partiyası, Macarıstan Sosialist Partiyası, yaşıllar, Demokratik Koalisiya Partiyası və liberallar arasında gedəcəyi gözlənilir. Sosioloji sorğular seçkilərdə 2010-cu ildən ölkəni idarə edən FİDES Partiyasının qalib gələcəyini göstərir.xeber100.com

Aprel 8, 2018 12:04

Türkiyə mətbuatının məlumatı əsasında…

Türkiyənin Van əyalətində 3,6 bal gücündə zəlzələ baş verib.“Haberturk”ün verdiyi xəbərə görə, yerli vaxtla saat 22:14-də qeydə alınan yeraltı təkanların episentri Özalp rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.Eyni ərazidə 20 dəqiqə sonra 2,8 maqnitudalı təkan qeydə alınıb.xeber100.com

Aprel 7, 2018 4:18

ABŞ Senatının xarici işlər üzrə komitəsində

Aprelin 12-də ABŞ Senatının xarici işlər üzrə komitəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təsdiqi ilə bağlı dinləmələr keçiriləcək.Apa-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu komitənin sədri Bob Korker bəyan edib.Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir. O bu vəzifəni M. Pompeonun namizədliyi Konqres tərəfindən rəsmən təsdiq edilənədək tutacaq.xeber100.com

Aprel 7, 2018 4:13

ANSA informasiya agentliyinin məlumatı

2017-ci ildə İtaliyada ev təsərrüfatlarının gəlirləri 1,7 faiz çoxalıb ki, bu da 2011-ci ildən bəri müşahidə edilən ən böyük artımdır.ANSA informasiya agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.Agentliyinin məlumatına görə, ailələrin alıcılıq qabiliyyəti 0,6 faiz artsa da, bu göstərici əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə (1,3 faiz) aşağıdır. 2017-ci ildə ölkənin ev təsərrüfatlarının istehlak xərcləri 2,5 faiz artıb.Agentlik onu da qeyd edib ki, keçən il bu ölkədə qənaət etmək qabiliyyəti 8,5 faizdən 7,5 faizə düşüb ki, bu da 2012-ci ildən bəri qeydə alınan ən aşağı rəqəmdir.xeber100.com

Aprel 6, 2018 4:44

“Toyota” korporasiyası Çin bazarında

Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.xeber100.com

Aprel 6, 2018 4:42

Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Aprelin 5-də Filippinin Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.ABŞ Geoloji Xidməti xəbər verir ki, yeraltı təkanların episentri Tarraqona yaşayış məntəqəsindən 45 kilometr cənub-şərqdə, ocağı 64, 4 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Aprel 5, 2018 4:54

Türkiyə ilə sərhəddə yunan hərbi qüvvələrinin sayı artırılacaq

Yunanıstanın müdafiə naziri Panos Kammenosun verdiyi bəyanata əsasən, Türkiyə ilə sərhəddə yunan hərbi qüvvələrinin sayı artırılacaq.Azərtac xəbər verir ki, məlumata görə, Egey dənizində yerləşən adalara və Evros bölgəsinin hər birinə 3500 hərbçi göndəriləcək. Əsas səbəb kimi iki ölkə arasında münasibətlərin pisləşməsi göstərilir.Qeyd edək ki, iki ölkə arasında münasibətlər martın əvvəlində Türkiyənin Evros bölgəsi yaxınlığında iki yunan hərbçini saxlaması nəticəsində gərginləşib.xeber100.com

Aprel 5, 2018 4:44

Baltik ölkələrinə 70 milyon dollar ayrılacaq

ABŞ Litva, Latviya və Estoniyaya 100 milyon dollar məbləğində iriçaplı döyüş sursatları verməyi planlaşdırır. Həmçinin hərbi yardıma əlavə olaraq 70 milyon dollar ayrılacaq.Azərtac xəbər verir ki, Ağ Evin Prezident Donald Trampın Baltik ölkələrinin liderləri ilə zirvə görüşünün nəticəsinə dair bəyanatında hərbi yardımın bu dövlətlərin milli silahlı qüvvələrinin və milli təhlükəsizlik qüvvələrinin imkanlarını möhkəmləndirəcəyi qeyd edilir. ABŞ-ın beş mindən çox hərbi qulluqçusu Baltik regionunda olduqca böyük tədbir sayılan Saber Strike təlimlərində çoxmillətli qüvvələrə qoşulacaq.Qeyd edək ki, Latviya, Litva və Estoniya rəhbərləri hazırda ABŞ-da işgüzar səfərdədirlər.xeber100.com

Aprel 4, 2018 3:44
    Page 125 of 301« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az