05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Türkiyə ilə sərhəddə yunan hərbi qüvvələrinin sayı artırılacaq

Yunanıstanın müdafiə naziri Panos Kammenosun verdiyi bəyanata əsasən, Türkiyə ilə sərhəddə yunan hərbi qüvvələrinin sayı artırılacaq.Azərtac xəbər verir ki, məlumata görə, Egey dənizində yerləşən adalara və Evros bölgəsinin hər birinə 3500 hərbçi göndəriləcək. Əsas səbəb kimi iki ölkə arasında münasibətlərin pisləşməsi göstərilir.Qeyd edək ki, iki ölkə arasında münasibətlər martın əvvəlində Türkiyənin Evros bölgəsi yaxınlığında iki yunan hərbçini saxlaması nəticəsində gərginləşib.xeber100.com

Aprel 5, 2018 4:44

Baltik ölkələrinə 70 milyon dollar ayrılacaq

ABŞ Litva, Latviya və Estoniyaya 100 milyon dollar məbləğində iriçaplı döyüş sursatları verməyi planlaşdırır. Həmçinin hərbi yardıma əlavə olaraq 70 milyon dollar ayrılacaq.Azərtac xəbər verir ki, Ağ Evin Prezident Donald Trampın Baltik ölkələrinin liderləri ilə zirvə görüşünün nəticəsinə dair bəyanatında hərbi yardımın bu dövlətlərin milli silahlı qüvvələrinin və milli təhlükəsizlik qüvvələrinin imkanlarını möhkəmləndirəcəyi qeyd edilir. ABŞ-ın beş mindən çox hərbi qulluqçusu Baltik regionunda olduqca böyük tədbir sayılan Saber Strike təlimlərində çoxmillətli qüvvələrə qoşulacaq.Qeyd edək ki, Latviya, Litva və Estoniya rəhbərləri hazırda ABŞ-da işgüzar səfərdədirlər.xeber100.com

Aprel 4, 2018 3:44

Yeni hökumət yaratmaq üçün məsləhətləşmələr başlayacaq

İtaliya prezidenti Sergio Matarella yeni hökuməti yaratmaq üçün aprelin 4-də Senatın sədri Mariya Elizabetta Alberti Kasellati ilə məsləhətləşmələrə başlayacaq.İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, ölkə prezidenti məsləhətləşmələri parlamentin aşağı palatasının spikeri Roberto Fiko və sabiq prezident Corco Napolitano ilə də davam etdirəcək.Qeyd edilir ki, aprelin 5-də İtaliya prezidentinin iqamətgahında ölkədəki bır sıra partiyaların rəhbərləri ilə də görüşlər keçiriləcək.xeber100.com

Aprel 3, 2018 1:12

Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin məlumatı

Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların episentri paytaxt San-Salvadordan 84 km cənub-şərqdə, ocağı 80 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Aprel 3, 2018 1:08

İndoneziya hökuməti xəbərdarlıq edib

İndoneziya hökuməti iyunda keçiriləcək ümumi yerli seçkilərlə əlaqədar yalan məlumatlar yayacağı təqdirdə “Facebook” sosial şəbəkəsinin ölkədə bağlana biləcəyi barədə xəbərdarlıq edib.“The Straits Times” nəşri xəbər verir ki, belə bir bəyanatla İndoneziyanın kommunikasiyalar və informasiya naziri Rudiantara çıxış edib.Nazirin sözlərini sitat gətirən nəşr yazıb: “Əgər lazım gələrsə, heç bir tərəddüd etmədən mən platformanın bağlanması barədə göstəriş verəcəyəm”. Rudiantara xatırladıb ki, onun rəhbərlik etdiyi qurum ötən il “Teleqram”ın messencerini bütün ölkədə bağlayıb. Bundan əlavə, nazir bildirib ki, o, “Facebook”un nümayəndələrindən bu sosial şəbəkənin Britaniyanın “Cambridge Analytica” şirkəti ilə əməkdaşlığı barədə tam hesabat da tələb edib. Onun sözlərinə görə, bununla bağlı hələlik bir cavab verilməyib. Nazir qeyd edib ki, fərdi məlumatların sızmasına cavabdeh olan sosial şəbəkənin nümayəndələri qanun qarşısında məsuliyyət daşıyırlar və belə bir hadisə baş verəcəyi təqdirdə onlar 12 il müddətinədək azadlıqdan məhrum edilə bilərlər.xeber100.com

Aprel 3, 2018 1:02

Ukrayna parlamenti Cinayət Məcəlləsində dəyişiklik edib

Ukrayna Ali Radası ölkədə qanunsuz silah gəzdirmə və istifadəsinə görə cəzaları sərtləşdirir.Azərtac Ali Radanın saytına istinadla xəbər verir ki, parlament Cinayət Məcəlləsinə dəyişiklik edərək qanunsuz olaraq silahın, partlayıcı maddənin saxlanılması, istifadəsi, başqasına verilməsi və satılmasına görə azadlıqdan məhrumetmənin 6 ildən 10 ilə qədər artırılması təklifi ilə çıxış edir.Yaxın vaxtlarda qanun layihəsinin Ali Radanın müzakirəsinə çıxarılması gözlənilir.Qeyd edək ki, mövcud qanunvericiliyə görə, qanunsuz olaraq silahın, partlayıcı maddənin saxlanılması, istifadəsi, başqasına verilməsi və satılmasına görə azadlıqdan məhrumetmə 3 ildən 7 ilə qədərdir.xeber100.com

Aprel 2, 2018 3:35

İrimiqyaslı hərbi təlimlər başlayıb

ABŞ və Cənubi Koreya növbəti birgə irimiqyaslı hərbi təlimlərə başlayıb.“Gazeta.ru”nun verdiyi xəbərə görə, təlimlərə Cənubi Koreya Silahlı Qüvvələrinin 300 minədək hərbçisi və 11 500 amerikalı hərbçi cəlb edilib.Məlumata görə, Şimali Koreyanı qıcıqlandırmamaq məqsədi ilə təlimlərdə yalnız müdafiə vasitələrindən istifadə etmək qərara alınıb.xeber100.com

Aprel 1, 2018 2:55

Papua-Yeni Qvineyanın şərq sahillərində sunami təhlükəsi elan edilib

Papua-Yeni Qvineyanın şərq sahillərində baş verən 7,2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.ABŞ Sakit okean Sunami Xəbərdarlığı Mərkəzi xəbər verir ki, zəlzələdən sonra Papua-Yeni Qvineyanın bəzi rayonlarında qabarma zamanı dalğaların hündürlüyünün 1 metrdən artıq olacağı bildirilir.Eyni zamanda, Solomon adalarında da 0,3 metr hündürlükdə sunami gözlənilir.xeber100.com

Mart 30, 2018 2:44

5,1 bal gücündə zəlzələ baş verib

Martın 30-da səhər saatlarında Yaponiyanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.Azərtac Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Meteoroloqlar sunami xəbərdarlığı elan etsələr də, onu bir neçə dəqiqədən sonra ləğv ediblər. Zəlzələnin Fukuşima, İbaraki, Çiba və paytaxt regionu daxil olmaqla Yaponiyanın şimal-şərqində yerləşən altı prefekturada hiss olunduğu bildirilir.xeber100.com

Mart 30, 2018 2:38

ANSA agentliyinin məlumatına görə…

Aprelin 8-də baş tutacaq Roma marafonunda rekord sayda insan öz gücünü sınayacaq.İtaliyanın ANSA agentliyi xəbər verir ki, yarışda 14100 marafonçunun iştirakı gözlənilir.Təşkilatçılar məlumat veriblər ki, iştirakçılardan 7670-i italyan, 6430 nəfər isə ayrı-ayrı 130 ölkədən qatılacaq idmançılar olacaq.xeber100.com

Mart 29, 2018 3:05
    Page 124 of 299« First«...102030...122123124125126...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az