23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İrimiqyaslı hərbi təlimlər başlayıb

ABŞ və Cənubi Koreya növbəti birgə irimiqyaslı hərbi təlimlərə başlayıb.“Gazeta.ru”nun verdiyi xəbərə görə, təlimlərə Cənubi Koreya Silahlı Qüvvələrinin 300 minədək hərbçisi və 11 500 amerikalı hərbçi cəlb edilib.Məlumata görə, Şimali Koreyanı qıcıqlandırmamaq məqsədi ilə təlimlərdə yalnız müdafiə vasitələrindən istifadə etmək qərara alınıb.xeber100.com

Aprel 1, 2018 2:55

Papua-Yeni Qvineyanın şərq sahillərində sunami təhlükəsi elan edilib

Papua-Yeni Qvineyanın şərq sahillərində baş verən 7,2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.ABŞ Sakit okean Sunami Xəbərdarlığı Mərkəzi xəbər verir ki, zəlzələdən sonra Papua-Yeni Qvineyanın bəzi rayonlarında qabarma zamanı dalğaların hündürlüyünün 1 metrdən artıq olacağı bildirilir.Eyni zamanda, Solomon adalarında da 0,3 metr hündürlükdə sunami gözlənilir.xeber100.com

Mart 30, 2018 2:44

5,1 bal gücündə zəlzələ baş verib

Martın 30-da səhər saatlarında Yaponiyanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.Azərtac Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Meteoroloqlar sunami xəbərdarlığı elan etsələr də, onu bir neçə dəqiqədən sonra ləğv ediblər. Zəlzələnin Fukuşima, İbaraki, Çiba və paytaxt regionu daxil olmaqla Yaponiyanın şimal-şərqində yerləşən altı prefekturada hiss olunduğu bildirilir.xeber100.com

Mart 30, 2018 2:38

ANSA agentliyinin məlumatına görə…

Aprelin 8-də baş tutacaq Roma marafonunda rekord sayda insan öz gücünü sınayacaq.İtaliyanın ANSA agentliyi xəbər verir ki, yarışda 14100 marafonçunun iştirakı gözlənilir.Təşkilatçılar məlumat veriblər ki, iştirakçılardan 7670-i italyan, 6430 nəfər isə ayrı-ayrı 130 ölkədən qatılacaq idmançılar olacaq.xeber100.com

Mart 29, 2018 3:05

Myanma parlamentində keçirilən seçkidə…

Myanma parlamentində keçirilən seçkidə Vin Mint ölkənin yeni prezidenti seçilib.Xarici KİV-lər xəbər verir ki, martın 21-də Thin Çjonun istefası ilə əlaqədar prezident vəzifəsinə bu gün parlamentdə seçki keçirilib. Vin Min böyük səs çoxluğu ilə dövlət başçısı vəzifəsinə seçilib.Qeyd edək ki, 66 yaşlı Vin Min 2011-2016-cı illərdə ölkənin kommersiya naziri, 2016-cı ilin fevralından cari il martın 11-dək parlamentin sədri vəzifəsində çalışıb.xeber100.com

Mart 28, 2018 4:19

Azad iqtisadi zona yaradılır

Martın 28-də Ukrayna və İsrail hökumət nümayəndələri iki ölkə arasında azad iqtisadi zonanın yaradılması haqqında razılaşmaya dair danışıqları başa çatdırıblar.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Ukrayna Baş nazirinin birinci müavini Stepan Kupiv jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında azad iqtisadi zonanın yaradılması Ukrayna mallarının ixracının artmasına öz töhfəsini verəcək. Bundan başqa, iki ölkə arasında idxal rüsumları azaldılacaq, ticarət əməliyyatları artacaq.Ukraynanın Baş naziri Vladimir Qroysman isə vurğulayıb ki, bu razılaşma Ukrayna mallarının ixracatına yeni imkanlar açacaq və ukraynalı biznesmenlər üçün yeni bazar yaradacaq. Onun sözlərinə görə, 2017-ci ildə Ukraynadan İsrailə ixrac həcmi 781,2 milyon dollar olub.xeber100.com

Mart 28, 2018 4:16

Beynəlxalq konfrans işə başlayıb

Özbəkistanın paytaxtı Daşkənddə Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfrans işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Özbəkistan və Əfqanıstan prezidentləri Şavkat Mirziyoyev və Məhəmməd Əşrəf Qani, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiti Yamamoto, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini və digər rəsmi şəxslər iştirak edirlər. Tədbirə Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Hindistan, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qırğızıstan, Tacikistanın və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri və ya müavinləri də qatılıblar. Ümumiyyətlə, konfransda 20 ölkənin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri iştirak edirlər.xeber100.com

Mart 27, 2018 3:20

Misirdə prezident seçkiləri keçirilir

Misirdə prezident seçkilərində səsvermənin ikinci günü başlanıb. Yerli vaxtla səhər saat 09:00-da seçkim məntəqələri yenidən milyonlarla misirli üçün öz qapılarını açıb. Daha fəal seçicilər səsvermə məntəqələrinin açılmasına bir saat qalmış oraya gəliblər.Azərtac xəbər verir ki, Misir sakinləri gələcək dövlət başçısını iki namizəd arasından seçəcəklər. Dövlət başçısı vəzifəsinə iki namizəd iddia edir – seçkilərin favoriti, ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri Musa Mustafa Musa.Səsvermənin birinci günü sakit şəraitdə və kifayət qədər fəal keçib. Seçicilərin yüksək fəallığı müşahidə olunub. Onların çoxu hələ səsvermə məntəqələri açılana qədər növbə tutublar. Səsvermə prosesində qadınlar xüsusi fəallıq göstəriblər. Misirin Milli Seçki Komissiyasının məlumatına görə, Qahirədə, Giza, İsgəndəriyyə, Qalubiyyə, Asyut və Asuan əyalətlərində, həmçinin Sinay yarımadasının şimalında və Misirin yeni inzibati paytaxtında seçicilərin yüksək fəallığı müşahidə olunub.xeber100.com

Mart 27, 2018 3:17

Niderlandda “Səssiz yürüş” aksiyası keçirilib

Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüş” aksiyası keçirilib.AAK-dan Apa-ya verilən məlumata görə, bu il erməni terrorçularının azərbaycanlılara qarşı törətdoyo soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunur.Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya istirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.xeber100.com

Mart 26, 2018 2:54

6,4 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Saumlaki yaşayış məntəqəsindən 214 km şimal-qərbdə, ocağı 171 km dərinlikdə yerləşib.Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Mart 26, 2018 12:05
    Page 125 of 299« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az