03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Gem Diamonds Ltd” kompaniyasının məlumatı

Dünya tarixi ərzində ölçüsünə görə ən böyük almazlardan biri martın 12-də Belçikanın Antverpen şəhərində keçirilən hərracda 40 milyon dollara satılıb.Xarici KİV-lər xəbər verir ki, bu barədə Böyük Britaniyanın almaz hasilatı ilə məşğul olan “Gem Diamonds Ltd” kompaniyası məlumat yayıb.Bu ilin yanvar ayında Afrikanın Lesoto krallığında yerləşən Letsenq mədənində tapılmış 910 karatlıq almaz “Lesoto əfsanəsi” (Lesotho Legend) adlanır. O, rəngsiz və qatışığı olmayan qiymətli daşdır.Xatırladaq ki, Letsenq mədəni “Gem Diamonds” və Lesoto hökumətinin müştərək mülküdür. Ölçüsünə görə dünyanın 15-ci ən böyük almazı olan 603 karatlıq “Lesotonun vədi” də 2006-cı ildə bu mədəndə tapılmışdı.xeber100.com

Mart 13, 2018 4:15

Türkiyə Böyük Millət Məclisi yeni qanun layihəsi qəbul edib

Türkiyə Böyük Millət Məclisi siyasi partiyaların seçki ittifaqına dair qanun layihəsi qəbul edib.Azərtac xəbər verir ki, bu layihə hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətdə olan Millətçi Hərəkat Partiyası tərəfindən hazırlanmış 26 maddəlik sənəddir. Qanuna əsasən, eyni binada yaşayan seçicilər yaşayış yerinin saxlanılması və eyni seçki dairəsində qalmaları şərti ilə müxtəlif seçki məntəqələrində qeydiyyata düşə biləcəklər.xeber100.com

Mart 13, 2018 4:06

Ukrayna Kosmik Agentliyi kosmodrom tikməyi planlaşdırır

Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikməyi planlaşdırır.Azərtac yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna tərəfi bu təkliflə hələ 2016-cı ildə çıxış edib.Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var. Bu çox real təklifdir. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik.Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kvadrat kilometr sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.xeber100.com

Mart 12, 2018 3:55

Avropa İttifaqı yeni makro-maliyyə layihəsi çərçivəsində

Avropa İttifaqı yeni makro-maliyyə layihəsi çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində kredit ayırmağa hazırdır.Azərtac xəbər verir ki, bu fikri Kiyevdə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini söyləyib.Onun sözlərinə görə, Ukraynada iqtisadiyyatın inkişafı Avropa İttifaqının marağındadır. Bu yardım Ukrayna iqtisadiyyatının inkişafı və struktur islahatlarına ayrılacaq.“Bu dəstək onu göstərir ki, Avropa İttifaqı ilə Ukrayna arasında dostluq sözdə yox, əməldədir”, - deyə F.Moqerini əlavə edib.xeber100.com

Mart 12, 2018 3:53

Təhlükəsizlik məsələləri ABŞ Konqresində müzakirə ediləcək

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Brüsselə rəsmi səfərini başa çatdıraraq, ABŞ-a səfərə yola düşüb.“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.“Gürcüstanın milli təhlükəsizlik məsələləri səfərin əsas məqsədidir. Bir neçə tədbir nəzərdə tutulub. Onlardan biri – regional təhlükəsizlik məsələləri və ölkə qarşısında duran çağırışların ABŞ Konqresində müzakirəsi. Prezident ABŞ Senatında da analoji çıxışlar edəcək”, - deyə David Rakviaşvili bildirib.Onun sözlərinə görə, səfər çərçivəsində bir neçə mühümlər keçiriləcək, universitetlərdə çıxışlar da nəzərdə tutulub.xeber100.com

Mart 11, 2018 1:04

Liviya sahillərində 335 miqrant xilas edilib

Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib.“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.“Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır”, - deyə komandan bildirib.Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.xeber100.com

Mart 11, 2018 12:58

Yonhap informasiya agentliyinin məlumatı

Cənubi Koreya Prezidenti Mun Ce-in onun KXDR lideri Kim Çen Inla görüşünün hazırlığı ilə məşğul olacaq komissiya yaradıb. Komissiyaya prezident administrasiyasının rəisi İm Çjon Sok rəhbərlik edəcək.Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikası prezidentinin mətbuat katibi məlumat yayıb. “Komitənin əsas vəzifəsi aprel sammitinə dair real sazişə nail olmaqdır”, - deyə məmur bildirib.Bundan əlavə, Mun Ce-in ABŞ Prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü barədə əldə olunan razılaşmanı da təqdir edib. “May ayında baş tutacaq görüş Koreya yarımadasında real sülhə nail olmaq üçün tarixi mərhələdir. Əgər Prezident Tramp və Kim Çen In Koreyalararası sammitdən sonra görüşsələr, Koreya yarımadasının nüvəsizləşdirilməsi doğru məcraya yönələr”, - deyə prezident qeyd edib.Bu ərəfədə məlum olub ki, Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşməyə razılıq verib. Eyni zamanda, KXDR konkret addımlar atana qədər ABŞ ona təzyiq göstərmək mövqeyində dayanır.xeber100.com  

Mart 9, 2018 3:17

ABŞ-da rüsumlar tətbiq edilərsə…

ABŞ-da rüsumlar tətbiq edilərsə, Avropa dərhal buna münasibət bildirəcək.Azərtac xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikirləri Fransanın BFM-TV telekanalına bu gün verdiyi müsahibədə söyləyib.Əgər metallurqların məhsullarına Tramp tərəfindən anons edilmiş rüsumlar qüvvəyə minərsə, Avropa İttifaqı özünün sərəncamında olan cavab tədbirlərinin “bütöv arsenalı”ndan istifadə etməyə hazırdır. Belə mümkün tədbirlər sırasına ABŞ-dan idxal edilən sitrus meyvələri, tütün və viski üçün rüsumlar tətbiq edilməsi daxildir.Trampın elan etdiyi rüsumlar Almaniya iqtisadiyyatı üçün ciddi təhlükə mənbəyidir. Məsələn, Almaniyada poladtökmə sənayesi sahəsində yaradılmış on minlərlə iş yerinin bir hissəsi zərbə altına düşə bilər.Avropa İttifaqı ölkələrindən avtomobil idxalı üçün rüsumların tətbiq edilməsi imkanı da iqtisadiyyat üçün ciddi problemlər yaradacaq.xeber100.com  

Mart 9, 2018 3:03

5,7 maqnitudalı zəlzələ baş verib

Bu gün İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ olub.Apa-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.Yerli vaxtla saat 03.51 po radələrində baş verən zəlzələnin ocağı Amaxay yaşayış qəsəbəsindən 221 km şərqdə, 7,9 km dərinlikdə yerləşib.Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.xeber100.com

Mart 8, 2018 3:39

RİA Novosti agentliyinin məlumatı

ABŞ-ın şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib, 9 mindən çoxu isə təxirə salınıb.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, təbii fəlakətdən ən çox Nyu-York, Konnektikut, Vermont, Massaçusets və Pensilvaniya ştatlarının zərər çəkdiyi bildirilir.Qeyd olunur ki, bu son həftə ərzində regionda müşahidə olunan sayca ikinci güclü qar fırtınasıdır.xeber100.com

Mart 8, 2018 3:20
    Page 127 of 299« First«...102030...125126127128129...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az