02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Norveç hökuməti zəlzələdən zərər çəkənlərə yardım ayırır

Norveç hökuməti Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 150 milyon kron (təqribən 14,4 milyon ABŞ dolları) yardım ayırır. Krallıq hökumətinin qərarı ilə BMT, Qızıl Xaç və regionda fəaliyyət göstərən Norveçin əsas humanitar təşkilatlarına həm Türkiyədə, həm də Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə apardıqları işlərə dəstək vermək məqsədilə 150 milyon kron maliyyə vəsaiti ayrılır. Bununla yanaşı, Norveç yaranan böhranın koordinasiyasına töhfə vermək üçün regiona dörd nəfərdən ibarət xüsusi ekspert qrupu yönəldəcək. Məsələ ilə bağlı çıxış edən Norveçin Baş naziri Yonas Qar Styore bildirib ki, qışın soyuğunda yaranmış fövqəladə vəziyyət kritikdir. Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib: “Bu böyük faciədir və artıq bəllidir ki, həm Türkiyədə, həm də Suriyada humanitar ehtiyaclar çox böyükdür. Yaranmış vəziyyət çoxları üçün çıxılmazdır. Bizim ayırdığımız vəsait zəlzələdən zərərçəkənlərə yardıma gedir. Zəlzələnin miqyasını nəzərə alaraq, biz əlavə dəstək göstərməyi nəzərdən keçirəcəyik”.xeber100.com

Fevral 7, 2023 2:05

Bloomberg agentliyi: G7 dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

G7 Avropa İttifaqı tərəfindən Rusiyanın dizel yanacağının bir bareli üçün müəyyənləşdirilən 100-110 dollar qiymət həddini dəstəkləyir. Bloomberg agentliyi bu barədə G7-də olan mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa İttifaqı dizel yanacağının bareli üçün yuxarı qiymət həddini 100 dollar müəyyən etmək istəsə də, “yeddilik” limitin bir qədər yüksək olmasında israrlıdır. G7 ölkələri hesab edir ki, həddən artıq ucuz qiymət yanacağın qiymətində sıçrayışa və Avropa bazarında qıtlığa səbəb ola bilər. Bu barədə müzakirələrin davam edəcəyi və fevralın əvvəlinə qədər sazişə nail olunacağı gözlənilir. Yanvarın 27-də Londonun ICE birjasında dizel yanacağının bir barelinin qiyməti 125 dollar təşkil edib.

Yanvar 28, 2023 3:05

Çexiyada keçirilən prezident seçkilərində istefada olan general qələbə qazanıb

Çexiyada keçirilən prezident seçkilərində istefada olan general, NATO-nun hərbi komitəsinin sabiq sədri Petr Pavel qələbə qazanıb. Çexiya televiziyası xəbər verir ki, sabiq Baş nazir Andrey Babiş rəqibi Petr Pavelə çatacaq qədər səs toplaya bilməyəcək. Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında Petr Pavelin qalib gəldiyini təsdiqləyib və ölkənin dördüncü prezidenti seçilməsi münasibətilə onu təbrik edib. Çexiya Statistika Komitəsinin məlumatına görə, Petr Pavel prezident seçkilərinin ikinci turunda səslərin 95,5 faizi sayıldıqdan sonra 57,59 faiz səs toplayıb. Onun rəqibi Andrey Babiş isə seçicilərin yalnız 42,4 faizinin dəstəyini qazanıb. Seçkilərdə fəallıq 70,17 faiz təşkil edib.xeber100.com

Yanvar 28, 2023 3:01

İtaliyanın “Eni” neft-qaz şirkəti təbii qaz hasilatına dair müqavilə imzalayıb

İtaliyanın “Eni” neft-qaz şirkəti və Liviyanın Milli Neft Korporasiyası (NOC) arasında təbii qaz hasilatına dair müqavilə imzalanıb. İtaliyanın Baş naziri Ciorcia Meloninin Liviyaya səfəri zamanı imzalanan müqavilə çərçivəsində dənizdə qaz hasilatının artırılması nəzərdə tutulur. Qaz hasilatına 2026-cı ildə başlanması və gündəlik 750 milyon standart kubfut qaz səviyyəsinə çatdırılması planlaşdırılır. Müqavilə 8 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Baş nazir C.Meloni Liviyanın İtaliya üçün prioritet ölkə olduğunu bildirib.xeber100.com

Yanvar 28, 2023 2:55

Çexiyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Bu gün Çexiyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. BBC News telekanalı xəbər verir ki, seçkilərin ilk turunda səkkiz namizəd arasında ən çox səs toplayaraq ikinci tura çıxan sabiq baş nazir Andrey Babiş və istefada olan ordu generalı Petr Pavel prezidentlik müddəti başa çatan Miloş Zemanın xələfi olmaq uğrunda mübarizə aparır. Petr Pavel hələ kommunist dövründə hərbi kəşfiyyat sahəsində hazırlıq keçməsinə baxmayaraq, prezidentlik uğrunda mübarizənin lideri sayılır. O, Çexiyanın Avropa İttifaqı və NATO ilə əlaqələrini genişləndirməyin, avronun ölkədə tədavülə buraxılmasının və proqressiv siyasətin tərəfdarıdır. Andrey Babiş isə baş naziri postunu tutduğu dövrlərdə Avropa İttifaqının siyasətinə zidd gedən macarıstanlı həmkarı Viktor Orbanla sıx əlaqələr saxlayıb. Seçkilərin nəticələri yanvarın 28-də günorta saatlarında elan ediləcək.xeber100.com

Yanvar 27, 2023 3:26

Avropa İttifaqı İstanbulda forum keçirməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirmək planlaşdırır. Bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib. Onun sözlərinə görə, bu tədbirə Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi nəzərdə tutulur. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib. “Görüş Aİ tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.xeber100.com

Yanvar 24, 2023 1:34

Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb

Slovakiyada yanvarın 21-də konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb. Referendumun hüquqi qüvvəyə malik olması üçün tələb olunan seçicilərin azı 50 faizinin iştirakı baş verməyib, referendumda əhalinin 27,25 faizi iştirak edib. Referendumda iştirak edənlərin 97,5 faizi konstitusiya dəyişikliyinə tərəfdar olsalar da, bu nəticə qanunvericilikdə dəyişiklik üçün formal olaraq heç bir əhəmiyyət daşımayacaq. Müxalifət partiyalarının təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılan məsələ, digər Avropa ölkələrində olduğu kimi, növbədənkənar və ya erkən parlament seçkilərinə getməyə icazə verən dəyişiklik olub. Mövcud Slovakiya Konstitusiyasına əsasən, dörd il müddətinə seçilmiş parlament hökumət istefaya getdiyində və yeni koalisiya üçün parlamentdə səs çoxluğu olmadığında belə növbədənkənar seçkilərə gedə bilməz. Ölkənin Konstitusiya Məhkəməsi 2021-ci ildə növbədənkənar seçkilərin hazırkı qanunvericiliklə mümkün olmadığını təsbit etmiş, lakin eyni zamanda konstitusiya dəyişikliyini tövsiyə etmişdi. Bunun ardınca müxalifət partiyaları ötən ilin yayında 400 min seçici imzası toplayaraq referendum keçirilməsinə nail olmuşdu.xeber100.com  

Yanvar 22, 2023 3:23

Anadolu Agentliyi: Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib

Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib. Anadolu Agentliyi xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Kağıthane-İstanbul Hava Limanı metro xəttinin uzunluğu 34 kilometrdir və Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarından keçir. Metro xətti üzərində 9 stansiya var və gündəlik 800 min sərnişin tutumuna malikdir. Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.xeber100.com

Yanvar 22, 2023 3:17

“Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək

Gürcüstan ilə Türkiyənin enerji sistemlərini birləşdirəcək yeni “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək. Gürcüstan hökuməti elektrik xətlərinin tikintisinin birinci mərhələsinin icrasına cari ildə başlamağı planlaşdırır. Layihə Buxarestdə imzalanan “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində reallaşacaq. Elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW” bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən 62 milyon avro təşkil edəcək. Layihəyə əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır. İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.xeber100.com

Yanvar 11, 2023 1:45

Xarici KİV: 130 milyon dollar olan limanın inşası planlaşdırılır

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır. Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yəmənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib. O qeyd edib ki, layihənin dəyəri 130 milyon dollar qiymətləndirilir. Bildirilib ki, limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollarlıq yolun tikintisi də nəzərdə tutulur.xeber100.com

Yanvar 3, 2023 2:22
    Page 13 of 299« First«...1112131415...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az