23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Suriya Milli Dialoq Konqresi işə başlayıb

Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi işə başlayıb. Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1511 nümayəndə gəlib.Konqres Dəməşq Ticarət-Sənaye Palatasının sədri Muhammad Taufikin sədrlik etdiyi plenar iclasla başlayıb. İclası Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıb.Konqresin təşkilat komitəsinin məlumatına görə, nümayəndələr Suriya, Cenevrə, Qahirə, Moskva və Ankaranın siyasi və sosial təbəqələrini, müxtəlif konfessiyalarını təmsil edirlər. Rusiya tərəfi Konqresə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin, eləcə də İordaniya, İraq, Livan və Qazaxıstanın nümayəndələrini də dəvət edib.Tədbirin məqsədi BMT-nin himayəsi altında işləyəcək Konstitusiya Komissiyasının yaradılmasıdır.xeber100.com

Yanvar 30, 2018 2:40

Misir Afrika Ölkələri İttifaqı Şurasına sədrlik edəcək

Afrika Ölkələri İttifaqının iştirakçı dövlətlərinin Əddis-Əbəbədə keçirilən sammitində Misir yekdilliklə Afrika Ölkələri İttifaqı Şurasına 2019-cu il üçün sədr seçilib. Bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat verib.Azərtac xəbər verir ki, Afrika İttifaqının Efiopiya paytaxtında keçirilən 30-cu sammiti “Korrupsiyaya qarşı mübarizədə qələbə” mövzusuna həsr olunub. Sammitdə Afrika ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən Misir Prezidenti Əbdülfəttah əs-Sisi, habelə BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt, bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. Dövlət başçıları Afrika İttifaqının 2015-ci ildə qəbul edilmiş “2063-cü ilədək Gündəliyinin” - uzunmüddətli iqtisadi perspektivlər planının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.xeber100.com

Yanvar 29, 2018 1:17

Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda da liderliyi ələ keçirib.“RİA Novosti”nin verdiyi xəbərə görə, səsvermənin seçki məntəqələrinin 99 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 51,67 faizi Miloş Zemana etimad göstərib. Onun rəqibi, Çexiya Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş isə 48,32 faiz səs toplayıb.Rezidentin inauqurasiyası martı 8-də keçiriləcək.xeber100.com

Yanvar 27, 2018 10:25

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,1 milyon barrel (0,3 faiz) azalaraq 411,6 milyon barrelə geriləyib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,9 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,2 milyon barrel artaraq 664,5 milyon barrel olub.Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,1 milyon barrel (1,3 faiz) artaraq 244 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 128 min barrel artaraq 9,88 milyon barrel olub. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 91 min barrel çoxalaraq 8,04 milyon barrelə çatıb. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 162 min barrel artaraq 1,41 milyon barrel təşkil edib.xeber100.com

Yanvar 25, 2018 4:06

Yelisey müqaviləsinin yeni variantı hazırlanır

Almaniya və Fransa ictimai-siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. İki ölkənin hakimiyyət orqanları bu il Yelisey müqaviləsinin yeni variantını işləyib hazırlamağı planlaşdırırlar. Azərtac xəbər verir ki, AFR Kansleri Angela Merkel ilə Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında belə deyilir.Bəyanatda vurğulanır: “Məqsədimiz Avropa və beynəlxalq səviyyədə əhəmiyyətli olan mövzulara dair birgə mövqe işləyib hazırlamaqdır”. Söhbət Fransa və Almaniya iqtisadiyyatlarının bir-birinə daha sıx təsir göstərməsindən gedəcək. Yeni müqavilədə mədəni əməkdaşlığı və birgə təhsil proqramlarının inkişafını möhkəmləndirmək də nəzərdə tutulur.Bundan əlavə, A.Merkel və E.Makron hüquq mühafizə və xüsusi xidmət orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi, iqlimin qorunması və alternativ enerji mənbələrinə keçilməsi sahəsində tərəfdaşlığı genişləndirməyi planlaşdırırlar.xeber100.com  

Yanvar 24, 2018 4:09

Kyodo agentliyinin məlumatına görə…

Yaponiyanın müdafiə naziri İtsunori Onodera ABŞ-dan AH1 zərbə helikopterlərinin uçuşlarının dayandırılmasını tələb edib. Bu helikopterlərdən daha biri yanvarın 23-də Okinavada qəza enişi edib.Kyodo agentliyi xəbər verir ki, müdafiə naziri Tokioda keçirilən mətbuat konfransı zamanı deyib: “Bu həddindən artıq ağ oldu”. Belə ki, dünənki qəza enişi yanvar ayında həmin helikopterlərlə baş verən üçüncü hadisədir.Yaponiyanın xarici işlər naziri Taro Kono da öz növbəsində ABŞ-ın Yaponiyadakı səfiri Vilyam Haqqertiyə hadisə ilə bağlı “dərindən təəssüfləndiyini” bildirib və belə halların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görülməsini tələb edib.Hadisə ilə bağlı bəyanatla çıxış edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa isə deyib: “Biz ABŞ-dan təhlükəsizliyin təmin olunması üçün maksimum tədbirlər görməyi tələb edirik”.xeber100.com

Yanvar 24, 2018 3:56

“Diamond Developers” şirkəti yeni müqavilə imzalayıb

Dubayın Yollar və Nəqliyyat İdarəsi Əmirlikdə “Sustainable City” ekoloji şəhərciyinin salınması layihəsi çərçivəsində «Diamond Developers» şirkəti ilə pilotsuz nəqliyyat vasitələrinin işə salınması haqqında müqavilə imzalayıb.Azərtac xəbər verir ki, bu təşəbbüs ictimai nəqliyyat xidmətlərinin 25 faizinin 2030-cu ilə kimi avtonom vasitələrə keçirilməsi üzrə hökumət strategiyasını dəstəkləyir. Qarşılıqlı anlaşma haqqında Memorandum “ağıllı” nəqliyyatın tətbiqi üzrə öz strateji hədəflərini reallaşdırmaq üçün Dubay Yollar və Nəqliyyat İdarəsinin dövlət və özəl sektorlar arasında tərəfdaşlıq münasibətlərində iştirak etmək öhdəliyini təsdiq edir.“Sustainable City” şəhərciyinin 354 milyon dollara başa gələn tikintisinə 2013-cü ildə başlanılıb. Havanın çirklənməsinin və küyün səviyyəsini azaltmaq üçün şəhərcikdə 2,5 min ağacdan ibarət yaşıl zona salınıb.Layihənin artıq başa çatan birinci mərhələsi 500 villanı, bioloji günbəz altında yerləşən 11 istixananı, 3 min kvadratmetr ərazidə şəhər tipli fermaları və 15 min kvadratmetr ərazidə qarışıq istifadə zonasını ehtiva edir.xeber100.com

Yanvar 23, 2018 3:51

ABŞ-ın enerji nəhəngi “Halliburton” 2017-ci ilin son rübündə…

Dünyanın ən böyük neft sahələrinə xidmət şirkəti olan ABŞ-ın enerji nəhəngi “Halliburton” 2017-ci ilin son rübündə 824 milyon dollar zərər edib.Azərtac şirkətə istinadla xəbər verir ki, “Halliburton” 2016-cı ilin eyni dövründə isə 149 milyon dollar itirmişdi. Şirkət 2017-ci ilin dördüncü rübündəki gəliri 2016-cı ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 5,94 milyard dollara çatıb. “Halliburton” 2016-cı ilin dördüncü rübündə isə 4,02 milyard dollar gəlir əldə etmişdi.“Halliburton”un baş icraçı direktoru Jeff Miller deyib: “Neft-qaz sektorunda keçən il dirçəliş müşahidə olunub. Neftin qiymətinin artması da enerji sektorundakı fəaliyyətlərə öz təsirini göstərib”.Bu açıqlamadan sonra şirkətin səhmləri Nyu-York Fond Birjasında 6,2 faiz artaraq 56,29 dollara çatıb.xeber100.com

Yanvar 23, 2018 3:48

Yaponiya Nazirlər Kabinetinin məlumatı

Tokioda hər hansı xarici ölkə tərəfindən mümkün raket hücumu ilə əlaqədar ilk dəfə olaraq təxliyə təlimləri keçirilib.Yaponiya Nazirlər Kabinetindən Azərtac-ın bu ölkədəki bürosuna daxil olan məlumatda bildirilir ki, təlimlərdə təqribən 350 nəfər iştirak edib.Paytaxtın mərkəzi rayonlarından biri olan Bunkyodakı “Tokio doum” stadionunda keçirilən təlimlərdə əvvəlcə səsgücləndirici vasitəsilə həyəcan xəbərdarlığı elan edilib. Həyəcan siqnalı təqribən 10 dəqiqə davam edib.Təlimlər Yaponiya hökumətinin, yanğınsöndürmə xidmətinin, Tokio və Bunkyo administrasiyalarının birgə təşəbbüsü ilə keçirilib.Ssenariyə görə, qonşu ölkələrdən biri tərəfindən buraxılan ballistik raket Yaponiyanın üzərindən keçib. Bu barədə səsgücləndiricilər vasitəsilə təcili xəbərdarlıq alan təlim iştirakçıları yeraltı keçidlərdə və metro stansiyasında daldalanmalı olublar.Belə təlimlər əvvəllər də Yaponiyanın bir sıra rayonlarında təşkil edilib. Buna səbəb kimi Şimali Koreya tərəfindən ballistik raketlərin sınaqları göstərilir. Həmin sınaqlar zamanı ballistik raketlərdən ikisi Yaponiya üzərindən keçib.xeber100.com

Yanvar 22, 2018 3:54

Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək

Yanvarın 22-də BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək.RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.Bundan əvvəl Fransa Suriyada son vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.xeber100.com

Yanvar 21, 2018 9:26
    Page 132 of 299« First«...102030...130131132133134...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az