30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Financial Times” qəzeti yazır…

Avropa İttifaqı 2025-ci ilədək altı Balkan ölkəsinə üzvlük imkanı vermək niyyətindədir. Avropa Komissiyasının sənədində deyilir ki, bununla da Brüssel Aİ-ni yeniləməyə, miqrasiya üzərində nəzarəti gücləndirməyə ümid bəsləyir.Azərtac xəbər verir ki, Aİ-nin daha da genişlənməsinə bəzi Avropa ölkələrinin müqavimət göstərməsinə baxmayaraq, Brüsseldə hesab edirlər ki, Balkan dövlətlərinin tezliklə Aİ-yə daxil olması planı onların Avropa cəmiyyətinə inteqrasiyası üçün son dərəcə vacibdir. Söhbət Albaniya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, habelə Kosovodan gedir.“Financial Times” adının çəkilməsini istəməyən Avropa diplomatının bu sözlərini sitat gətirib: “Bu altı ölkə müəyyən dərəcədə yad deyildir, onlar indinin özündə insayderdirlər və bizə lazımdılar”. Diplomat vurğulayıb ki, Balkan ölkələrinin daxil olmasının zaman çərçivəsi təqribidir və dəyişdirilə bilər.xeber100.com

Fevral 2, 2018 3:45

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,8 milyon barrel (1,6 faiz) artaraq 418,4 milyon barrel olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 100 min barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,1 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 200 min barrel artaraq 664,7 milyon barrel təşkil edib.Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2 milyon barrel (0,8 faiz) azalaraq 242,1 milyon barrelə geriləyib. Bazar proqnozları ehtiyatların 1,8 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,1 milyon barrel artmışdı.Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 41 min barrel artaraq 9,92 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 389 min barrel çoxalaraq 8,43 milyon barrel olub. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 354 min barrel artaraq 1,76 milyon barrel təşkil edib.xeber100.com

Fevral 1, 2018 3:18

6,1 bal gücündə zəlzələ baş verib

Bu gün səhər saatlarında Pakistan-Əfqanıstan sərhədində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.Geo TV telekanalı xəbər verir ki, yeraltı təkanlar İslamabad və Kəraçi də daxil olmaqla, Pakistanın bütün iri şəhərlərində hiss edilib. Ölkənin qərbində yerləşən Bəlucistan əyalətində fərdi evlərdən birinin damının uçması nəticəsində azyaşlı qız həlak olub, 10 nəfər yaralanıb. Sərhədyanı Xeybər-Paxtunxva əyalətində dövlət müəssisələrindən birinin təxliyəsi zamanı yaranan basırıqda isə ən azı 10 nəfər xəsarət alıb.Əfqanıstanda həlak olan və yaralananlar barədə hələlik məlumat verilmir.Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 10:59-da Kabil şəhərindən 272 kilometr şimal-şərqdə qeydə alınıb, zəlzələ ocağı yer səthindən 188 kilometr dərinlikdə yerləşib.xeber100.com

Yanvar 31, 2018 3:36

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatı

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiyası Yapon dənizində batmış “Vostok” gəmisinin axtarışlarını daha iki gün davam etdirəcək.Nazirliyin məlumatına görə, iki Be-200 amfibiya təyyarəsi və Mi-8 helikopteri əməliyyat zonasına uçmağa hazırdır.Xatırladaq ki, yanvarın 25-də Yapon dənizində göyərtəsində 21 heyət üzvünün olduğu “Vostok” gəmisi xəbərdarlıq siqnalı verdikdən sonra yoxa çıxıb. Heyət üzvləri arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları Mübariz Hüseynov və Ruslan Əlizadə də var. Gəmi heyəti itkin düşmüş hesab olunur. Axtarışların aktiv fazası dayandırılıb. Çünki insanların sağ qalma ehtimalı çox azdır.xeber100.com

Yanvar 30, 2018 2:45

Suriya Milli Dialoq Konqresi işə başlayıb

Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi işə başlayıb. Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1511 nümayəndə gəlib.Konqres Dəməşq Ticarət-Sənaye Palatasının sədri Muhammad Taufikin sədrlik etdiyi plenar iclasla başlayıb. İclası Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıb.Konqresin təşkilat komitəsinin məlumatına görə, nümayəndələr Suriya, Cenevrə, Qahirə, Moskva və Ankaranın siyasi və sosial təbəqələrini, müxtəlif konfessiyalarını təmsil edirlər. Rusiya tərəfi Konqresə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin, eləcə də İordaniya, İraq, Livan və Qazaxıstanın nümayəndələrini də dəvət edib.Tədbirin məqsədi BMT-nin himayəsi altında işləyəcək Konstitusiya Komissiyasının yaradılmasıdır.xeber100.com

Yanvar 30, 2018 2:40

Misir Afrika Ölkələri İttifaqı Şurasına sədrlik edəcək

Afrika Ölkələri İttifaqının iştirakçı dövlətlərinin Əddis-Əbəbədə keçirilən sammitində Misir yekdilliklə Afrika Ölkələri İttifaqı Şurasına 2019-cu il üçün sədr seçilib. Bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat verib.Azərtac xəbər verir ki, Afrika İttifaqının Efiopiya paytaxtında keçirilən 30-cu sammiti “Korrupsiyaya qarşı mübarizədə qələbə” mövzusuna həsr olunub. Sammitdə Afrika ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən Misir Prezidenti Əbdülfəttah əs-Sisi, habelə BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt, bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. Dövlət başçıları Afrika İttifaqının 2015-ci ildə qəbul edilmiş “2063-cü ilədək Gündəliyinin” - uzunmüddətli iqtisadi perspektivlər planının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.xeber100.com

Yanvar 29, 2018 1:17

Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda da liderliyi ələ keçirib.“RİA Novosti”nin verdiyi xəbərə görə, səsvermənin seçki məntəqələrinin 99 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 51,67 faizi Miloş Zemana etimad göstərib. Onun rəqibi, Çexiya Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş isə 48,32 faiz səs toplayıb.Rezidentin inauqurasiyası martı 8-də keçiriləcək.xeber100.com

Yanvar 27, 2018 10:25

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,1 milyon barrel (0,3 faiz) azalaraq 411,6 milyon barrelə geriləyib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,9 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,2 milyon barrel artaraq 664,5 milyon barrel olub.Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,1 milyon barrel (1,3 faiz) artaraq 244 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 128 min barrel artaraq 9,88 milyon barrel olub. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 91 min barrel çoxalaraq 8,04 milyon barrelə çatıb. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 162 min barrel artaraq 1,41 milyon barrel təşkil edib.xeber100.com

Yanvar 25, 2018 4:06

Yelisey müqaviləsinin yeni variantı hazırlanır

Almaniya və Fransa ictimai-siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. İki ölkənin hakimiyyət orqanları bu il Yelisey müqaviləsinin yeni variantını işləyib hazırlamağı planlaşdırırlar. Azərtac xəbər verir ki, AFR Kansleri Angela Merkel ilə Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında belə deyilir.Bəyanatda vurğulanır: “Məqsədimiz Avropa və beynəlxalq səviyyədə əhəmiyyətli olan mövzulara dair birgə mövqe işləyib hazırlamaqdır”. Söhbət Fransa və Almaniya iqtisadiyyatlarının bir-birinə daha sıx təsir göstərməsindən gedəcək. Yeni müqavilədə mədəni əməkdaşlığı və birgə təhsil proqramlarının inkişafını möhkəmləndirmək də nəzərdə tutulur.Bundan əlavə, A.Merkel və E.Makron hüquq mühafizə və xüsusi xidmət orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi, iqlimin qorunması və alternativ enerji mənbələrinə keçilməsi sahəsində tərəfdaşlığı genişləndirməyi planlaşdırırlar.xeber100.com  

Yanvar 24, 2018 4:09

Kyodo agentliyinin məlumatına görə…

Yaponiyanın müdafiə naziri İtsunori Onodera ABŞ-dan AH1 zərbə helikopterlərinin uçuşlarının dayandırılmasını tələb edib. Bu helikopterlərdən daha biri yanvarın 23-də Okinavada qəza enişi edib.Kyodo agentliyi xəbər verir ki, müdafiə naziri Tokioda keçirilən mətbuat konfransı zamanı deyib: “Bu həddindən artıq ağ oldu”. Belə ki, dünənki qəza enişi yanvar ayında həmin helikopterlərlə baş verən üçüncü hadisədir.Yaponiyanın xarici işlər naziri Taro Kono da öz növbəsində ABŞ-ın Yaponiyadakı səfiri Vilyam Haqqertiyə hadisə ilə bağlı “dərindən təəssüfləndiyini” bildirib və belə halların bir daha təkrarlanmaması üçün qəti tədbirlər görülməsini tələb edib.Hadisə ilə bağlı bəyanatla çıxış edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa isə deyib: “Biz ABŞ-dan təhlükəsizliyin təmin olunması üçün maksimum tədbirlər görməyi tələb edirik”.xeber100.com

Yanvar 24, 2018 3:56
    Page 133 of 301« First«...102030...131132133134135...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az