Vyanada etiraz mitinqi keçirilib

Avstriyada yeni hökumətin fəaliyyətinə etiraz olaraq Vyananın mərkəzində 20 mindən artıq nümayişçinin iştirakı ilə dinc etiraz aksiyası keçirilib.Azərtac xəbər verir ki, şəhərin əsas küçələri ilə hərəkət edən nümayiş Prezident Aparatı və Federal Kansler Aparatının yerləşdiyi Heldenplatz meydanında etiraz mitinqi ilə yekunlaşıb. Bir neçə siyasi qurumun birgə təşkil etdiyi etiraz yürüşündə Avstriya Xalq Partiyası (ÖVP) və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) təşkil etdiyi hökumət rassist və sağçı eksremist tendensiyalarına meyilli olmaqda tənqid olunub. “Humanist sığınacaq siyasəti”, “Sağçılara qarşı hücum”, “Radikal solçular” platformaları ilə yanaşı, aksiyaya yaşlı nəslin nümayəndələrindən ibarət “Nənələr sağçılara qarşı” kimi sosial şəbəkələr vasitəsilə formalaşmış qruplar da qatılıblar.Nümayişçilərin əsas hədəfi isə yeni hökumətdə daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl (FPÖ) olub. Qaçqın və miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların tətbiqinə tərəfdar olan H. Kiklin gələcəkdə ölkəyə gələn qaçqınları mərkəzləşdirilmiş şəkildə kamplarda saxlamaq təklifi mediada böyük səs-küyə səbəb olub. Daxili işlər nazirini tənqid edənlər onu bilərəkdən nasist əsir düşərgələri ilə assosiasiya yaradan anlayışlardan istifadə etməkdə və siyasətini də bu istiqamətdə təşkil etməkdə günahlandırıblar.xeber100.com

Yanvar 16, 2018 4:02