Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatı

Bu gün Qazaxıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri olub.Apa-nın Qazaxıstan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazaxıstanın bu statusda prioritetləri nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibə təhlükəsini dəf etmək, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacaq.Rəsmi Astana regional təhlükəsizliyin möhkəmləndirilməsində Mərkəzi Asiyanın maraqlarını təmin etmək, Əfqanıstanda sülhə nail olmaq, o cümlədən BMT Təhlükəsizlik Şurasının və ümumiyyətlə, BMT sisteminin XXI əsrin təhdid və çağırışlarına adaptasiya etməyə çalışacaq. Bununla bərabər, Qazaxıstanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında 2019-cu ilin sonuna qədər BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş Kot-dİvuar, Küveyt, Niderland, Peru, Polşa və Ekvatorial Qvineyanın bayraqlarının asılması mərasimi təşkil olunacaq.Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik rotasiya qaydasında 1 ay olmaqla, bu təşkilata üzv ölkələrin nümayəndə heyətlərinə həvalə olunur. BMT Təhlükəsizlik Şurasının 8 qeyri-daimi üzvündən bir olan Qazaxıstanın üzvlük müddəti 31 dekabr 2018-ci ildə başa çatır. Qazaxıstan yanvarın 31 yanvar 2018-ci ilədək BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.xeber100.com

Yanvar 1, 2018 7:08

“Prelude” gələn il Avstraliya sahillərində işlərə başlayacaq

Nəhəng maye təbii qaz axtarışı və saxlama platforması “Prelude” gələn il Avstraliya sahillərində işlərə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” məlumat yayıb.Bildirilir ki, 488 metr uzunluğu olan nəhəng maye təbii qaz axtarışı və saxlama platformasının “Prelude” gələn il Avstraliya sahillərində işə başlayaqcaq.“Shell”in nəhəng üzən təbii qaz platformasının tikintisinə 2012-ci ildə başlanılıb və o, Koreya Respublikasının “Samsung” şirkətinin ağır sənaye zavodunda qurulduqdan sonra Avstraliya sahillərinə aparılıb. Avstraliyanın qərbində sahildən 125 kilometr uzaqlıqda qurulan platforma gələn il dənizdə təbii qaz çıxarılması və emalına başlayacaq. Təbii qaz birbaşa platformaya çıxarılacaq, maye qaz isə 162 dərəcədə soyudularaq Asiya ölkələrinə yük daşıyan təbii qaz tankerlərinə doldurulacaq.“Shell”ə görə, platforma ildə 5,3 milyon don maye qazı emal edə bilər. “Prelude” maye təbii qazın soyudulması üçün saatda 50 milyon litr su istifadə edəcək. Şirkət platformanın xərclərini açıqlamır. Lakin mütəxəssislərin fikrincə platforma təxminən 10-12 milyard dollara başa gəlib.Qeyd edək ki, platformanın göyərtəsi 4 futbol meydançası uzunluğunda, anbarları isə 175 olimpiya hovuzu böyüklükdədir. Uzunluğu Nyu-Yorkdakı məşhur göydələn “Empire State” binasından daha uzun olan platformanın eni “Boeing 747” laynerinin qanadından da böyükdür.xeber100.com

Dekabr 27, 2017 3:11