İspaniya parlamenti ev heyvanlarının statusunu müəyyənləşdirən qanuna dəyişiklik edib.Azərtac xəbər verir ki, parlamentin yekdilliklə qəbul etdiyi yeni qanuna görə, ev heyvanları artıq mülkiyyət hesab edilməyəcək. Onlar “canlı varlıq” statusu almaqla hüququn subyektinə çevrilirlər.Bu qanun ev heyvanlarının hüquqlarını insanlarla bərabərləşdirməsə də, onlar əvvəlkindən fərqli status əldə edirlər. Köhnə qanuna görə, ev heyvanları avtomobil, ev əşyaları kimi insanın mülkiyyəti hesab edilirdi. Bu, bəzən ona gətirib çıxarırdı ki, məhkəmə borca görə heyvanın müsadirə edilməsi barədə qərar verə bilirdi. Yeni qanuna görə isə bu, mümkün olmayacaq. Ailələr boşanarkən hakim ev heyvanının tərəflərdən hansı ilə qalacağına qərar verməli olacaq.xeber100.com