23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək

Gürcüstan ilə Türkiyənin enerji sistemlərini birləşdirəcək yeni “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək. Gürcüstan hökuməti elektrik xətlərinin tikintisinin birinci mərhələsinin icrasına cari ildə başlamağı planlaşdırır. Layihə Buxarestdə imzalanan “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində reallaşacaq. Elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW” bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən 62 milyon avro təşkil edəcək. Layihəyə əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır. İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.xeber100.com

Yanvar 11, 2023 1:45

Xarici KİV: 130 milyon dollar olan limanın inşası planlaşdırılır

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır. Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yəmənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib. O qeyd edib ki, layihənin dəyəri 130 milyon dollar qiymətləndirilir. Bildirilib ki, limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollarlıq yolun tikintisi də nəzərdə tutulur.xeber100.com

Yanvar 3, 2023 2:22

Qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. TASS agentliyi xəbər verir ki, bu barədə Ağ evin saytındakı açıqlamada bildirilib. Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib. Xatırladaq ki, ötən həftə ABŞ ərazisinin böyük bir hissəsi güclü külək və qar yağması ilə müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.xeber100.com

Dekabr 27, 2022 12:08

İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Departamentinin müraciəti

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Departamenti feysbuk və bəzi rəqəmsal platformalarda təşkilatın Baş katibi Hissein Brahim Tahanın adına açılmış feyk hesablarla bağlı sosial media şəbəkələri istifadəçilərinə müraciət edib. İƏT-in Baş katibliyindən bildiriblər ki, bu hesablar ayrı-ayrı şəxslər tərəfindən təşkilatın istiqamətlərinə uyğun olmayan məqsədlər üçün yaradılıb. Müraciətdə qeyd olunub ki, bununla əlaqədar olaraq, bu saxta hesablar vasitəsilə dostluq xahişi, mesaj və ya müxtəlif məzmunlu bildirişlər alan hər kəs fırıldaqçılıq və ya çaşdırıcı əməliyyatlara məruz qala bilər və bunun qarşısını almaq məqsədilə onların diqqətli olmaları xahiş olunur. İƏT-in Baş katibliyi, həmçinin təşkilatın adından çıxış edən hər hansı qeyri-rəsmi medianın qanunsuz fəaliyyəti ilə bağlı lazımi hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara məlumat verilməsini xahiş edib.xeber100.com

Dekabr 27, 2022 12:05

Kataloniyanın müstəqilliyi haqqında referendum olmayacaq

İspaniyanın Baş naziri Pedro Sançes Kataloniyanın müqəddəratının təyin edilməsi haqqında referendumun olmayacağını deyib. İspaniya mediası xəbər verir ki, Baş nazirin sözlərinə görə, ölkə konstitusiyasında “müəyyən bir ərazinin müstəqillik hüququ” nəzərdə tutulmayıb. Bir müddət öncə Kataloniyanın Baş naziri Pere Araqones gələn il regionun müstəqilliyinə dair referendumun keçirilməsi məsələsində irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. İspaniyanın Nazirlər Kabineti isə hər zaman Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun əleyhinə çıxıb. Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqilliklə bağlı səsvermə keçirilib. Madrid bu referendumu qeyri-qanuni adlandırıb və onun nəticələrini tanımayıb. Həmin il oktyabrın 27-də Kataloniya parlamenti müstəqilik barədə qətnamə qəbul etdikdən sonra İspaniya hakimiyyəti ölkə tarixində ilk dəfə konstitusiyanın 155-ci maddəsini işə salaraq regionun özünüidarə hüququnu məhdudlaşdırıb.xeber100.com

Dekabr 27, 2022 11:58

TASS informasiya agentliyinin məlumatına görə…

Serbiyada ammonyakla dolu bir neçə vaqon aşıb. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dəmir yolunun Sopotski-Xan qəsəbəsinə yaxın olan Pirot-Staniçenye hissəsində ammonyakla dolu bir neçə vaqon aşıb. Hüquq-mühafizə orqanları hadisə yerinə yaxın yaşayan vətəndaşlardan evdən çıxmamağı xahiş edib. Pirot-Bela-Palanka istiqamətində avtomobillərin hərəkəti dayandırılıb, sürücülərə başqa yoldan istifadə etmək tövsiyə olunub. Qəza ammonyak sızması ilə nəticələnib. Həmin ərazidə yollarda görüntü zəifdir. Hadisə yerində polis, xilasedicilər və yanğınsöndürən briqadası işləyir.xeber100.com

Dekabr 26, 2022 10:39

CNN telekanalı: Qar fırtınası 26 nəfərin həyatına son qoyub

Son günlər ABŞ-da davam edən qar fırtınası və soyuq hava səbəbindən azı 26 nəfər ölüb, yüz minlərlə insan işıqsız qalıb. Bu barədə CNN telekanalı məlumat yayıb. Milli meteoroloji xidmətin açıqlamasında bildirilir ki, bəzi ərazilərdə açıq havada dayanmaq bir neçə dəqiqə ərzində donmaya səbəb ola bilər. Məlumata görə, ABŞ-da 250 min ev və müəssisə elektriksiz qalıb. Onların yarısı Nyu-York və Men ştatlarının ərazisindədir. Elektrik enerjisi şirkətləri ekstremal hava şəraiti ilə əlaqədar şəbəkələrdə artan yüklənmə səbəbindən istehlakçılardan enerjiyə, qaza və istiliyə qənaət etməyi xahiş edir. Dekabrın 23-24-də aviaşirkətlər 8,4 mindən çox, dekabrın 25-də isə 1350-dən çox reysi ləğv edib. Proqnoza görə, gələn həftənin sonunda ABŞ-da normadan yüksək temperaturlu isti hava olacağı gözlənilir.

Dekabr 26, 2022 10:37

Assosiated Press: Frankfurtda 170-dən çox reys ləğv olunub

Almaniyanın ən böyük beynəlxalq hava limanı olan Frankfurt aeroportunun işi buzlanma səbəbindən pozulub. Assosiated Press agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər saatlarında Frankfurt aeroportunda 176 aviareys ləğv edilib. Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu günə ümumilikdə təxminən 1,1 min uçuş planlaşdırılır. Yeni ləğvetmə və gecikmə halları istisna olunmur. Səyahətçilərə uçuşların statusunu əvvəlcədən öyrənmək tövsiyə edilir. Aeroportun mətbuat xidməti, eyni zamanda, bildirib ki, hələlik uçuşların tam dayandırılması nəzərdə tutulmur.xeber100.com

Dekabr 19, 2022 2:21

Avropa İttifaqı Şurası Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurasının dövlət və hökumət başçıları Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyiblər və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya bunu 2023-cü ildə edəcək. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə deyib ki, Bolqarıstan və Rumıniyanın Şengenə mümkün qədər tez qoşulması üçün Avropa Komissiyası əlindən gələni edəcək. Xatırladaq ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də keçirilmiş iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları səbəbindən qəbul edilməyib.xeber100.com

Dekabr 16, 2022 11:37

Avropa İttifaqı Şurası Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.Bu barədə qurumun saytında məlumat verilib.Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.xeber100.com

Dekabr 11, 2022 7:11
    Page 14 of 299« First«...1213141516...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az