30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Gürcüstanda struktur dəyişiklikləri aparılacaq

Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.Gürcüstan mətbuatı xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.xeber100.com

Noyabr 12, 2017 7:14

“Samsung Electronics” şirkətinin açıqlamasına əsasən…

“Samsung Electronics” şirkəti yeni qabaqcıl “Galaxy S9” smartfonunun seriyalı istehsalına başlama vaxtını açıqlayıb.“The Investor” nəşrinin məlumatına görə, şirkət “Galaxy S9”un kütləvi istehsalına 2017-ci ilin dekabrında başlayacaq. Bu isə o deməkdir ki, yeni qurğu əvvəlki modellər kimi, ilin əvvəlində təqdim oluna bilər.Bundan əvvəl mətbuatda şirkətin daktiloskopik skanerin ekrana inteqrasiyası ilə bağlı planları haqqında informasiyalar dərc olunmuşdu. Lakin “The Investor” yazır ki, istehsalçı bu texniki həllin çətin olması səbəbindən ondan imtina edib. Barmaq izi skaneri Cənubi Koreya şirkətinin hazırkı qabaqcıl modellərində olduğu kimi, smartfonun arxa tərəfində quraşdırılacaq.“Samsung Galaxy S9” və “Galaxy S9+” modellərinin “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk smartfonlar olacağı gözlənilir. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə olunacaq, digər regionlar üçün isə smartfonun əsasını “Samsung Exynos 9810” platforması təşkil edəcək.xeber100.com

Noyabr 10, 2017 3:04

Yaponiya hökuməti xüsusi iclas keçirib

Yaponiya hökuməti Tokio yaxınlığındakı Zama şəhərində baş vermiş silsilə qətllərlə əlaqədar xüsusi iclas keçirib.Azərtac xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərə məlumat verib.Y.Suqa deyib: “Əlaqədar nazirliklərin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Həmin iclasda Zama şəhərində baş vermiş silsilə qətllərlə əlaqədar mən hərtərəfli təhqiqatın aparılması, özünəqəsdlə əlaqədar informasiyaların yayıldığı saytlara nəzarətin gücləndirilməsi, internetdə özünəqəsdlə əlaqədar məlumatlar yerləşdirən gənclərə psixoloji yardımın yaxşılaşdırılması barədə göstəriş vermişəm”.Baş katib əlavə edib ki, gələcəkdə buna bənzər cinayətlərin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi barədə plan yaxın bir ayda hazır olacaq.Cinayətkarın öz qurbanlarını “Tvitter” sosial şəbəkəsi vasitəsilə tapdığını qeyd edən Y.Suqa əlavə edib ki, o, həmin insanların ağır psixoloji durumundan istifadə edərək onları asanlıqla tələyə salıb: “Bu çox alçaq hərəkətdir. Hökumətin bütün üzvləri belə cinayətlərin qarşısını almaq üçün bütün mümkün olan tədbirləri görməlidirlər”.xeber100.com

Noyabr 10, 2017 3:00

Çin ilə ABŞ arasında biznes müqavilələri imzalanıb

Noyabrın 9-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra iki ölkə arasında daha bir neçə sənəd imzalanıb.Azərtac xəbər verir ki, dövlət başçılarının iştirakı ilə keçirilən imzalanma mərasimində ümumi dəyəri 244,9 milyard ABŞ dolları məbləğində olan biznes müqavilələri imzalanıb. Beləliklə, Donald Trampın Çinə ilk rəsmi səfəri çərçivəsində son iki gündə imzalanmış müqavilələrin ümumi dəyəri Çin-ABŞ ticarət münasibətlərində rekord həddə - 253,9 milyard dollara çatıb.Razılaşmalar arasında ən dəyərlisi Çin Neft və Kimya Korporasiyasının ABŞ şirkəti ilə birgə Alyaskada təbii qaz yataqlarının işlənilməsinə dair 43 milyard dollarlıq müqavilədir. Bundan başqa, Çin istehsalı olan “Xiaomi”, “Oppo”, “Vivo” mobil telefonları üçün ABŞ-ın “Qualcomm” şirkətindən çip alınması, habelə “Boeing” təyyarələrinin və “Telsa” avtomobillərinin Çinə satışı ilə bağlıdır.Qeyd edək ki, üçgünlük Çin səfərində Donald Trampı ABŞ-ın enerji, sənaye, texnologiya, maliyyə xidmətləri və kənd təsərrüfatı sahələri üzrə 20 qabaqcıl şirkətinin rəhbərləri müşayiət edir.xeber100.com

Noyabr 9, 2017 12:23

Hərbi əməliyyatlara 4,3 trilyon dollar xərclənib

ABŞ 2001-ci ildən bəri İraq, Suriya, Əfqanıstan və Pakistanda hərbi əməliyyatlara, habelə milli təhlükəsizliyin gücləndirilməsinə və veteranlara yardım göstərilməsinə 4,3 trilyon dollar xərcləyib. Növbəti maliyyə ilində isə bu məbləğ 5,6 trilyon dollara yüksələ bilər.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Broun Universiteti yanında Uatson Beynəlxalq Tədqiqat İnstitutunun araşdırmalarında yer alıb. Ekspertlərin hesablamalarına görə, ABŞ-ın hərbi xərcləri hər bir amerikalı vergiödəyicisinə demək olar ki, 23,4 min dollara başa gəlib.Pentaqonun bir qədər əvvəl dərc etdiyi sənəddə isə ABŞ-ın hərbi əməliyyatlara 16 ildə 1,52 trilyon xərclədiyi bildirilir. Watson İnstitutunun tədqiqatı təkcə Müdafiə Nazirliyinin xərclərini deyil, həmçinin Dövlət Departamentinin, Veteranların İşləri üzrə Nazirliyin və dövlət təhlükəsizliyi orqanlarının hərbi ehtiyaclarla bağlı xərclərini də nəzərə alıb. Bununla yanaşı, tədqiqata ABŞ-ın digər əməliyyatlarla bağlı xərcləri, o cümlədən Filippinə, Afrika və Avropa ölkələrinə hərbi yardımları daxil edilməyib.xeber100.com

Noyabr 8, 2017 3:43

150 min işçinin məvacibi artırılacaq

Britaniyada Yaşayış Dərəcəsi Fondu tərəfindən yaşayış dərəcəsinə uyğun olaraq, minimum məvacib miqdarı sxemi tərtib edilib. Britaniyada fəaliyyət göstərən və sxemi imzalayan firmaların 150 minə yaxın işçisinin məvacibləri saat başına hesablanmaqla artırılacaq.Azərtac xəbər verir ki, sxemi imzalamaq və bu sistemə qoşulmaq könüllülük prinsipinə əsaslanır. Bu sxem hökumət tərəfindən təyin edilən Milli Dərəcədən fərqli sistemdir.Hazırda sxemə “Heathrow” hava limanı, “Ikea” və “Google” kimi şirkətlər daxil olmaqla 3600 firma qoşulub.xeber100.com

Noyabr 7, 2017 12:45

Türkiyə vətəndaşlarına vizaların verilməsi qismən bərpa edilib

ABŞ-ın Ankaradakı səfirliyi və konsulluğu Türkiyə vətəndaşlarına vizaların verilməsini qismən bərpa edib.Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın diplomatik təmsilçiliklərində viza üçün müraciətlərin məhdud sayda qəbuluna başlanılıb. Türkiyə tərəfinin də analoji addım atdığı bildirilir.AFP agentliyinin məlumatına görə, Birləşmiş Ştatların hakimiyyət orqanları bu qərarı Türkiyənin Baş naziri Binəli Yıldırımın noyabrın 7-11-də ABŞ-a planlaşdırılan səfəri ərəfəsində qəbul edib.Xatırladaq ki, Vaşinqton oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq, Ankara da həmin gün eyni addımı atmışdı.xeber100.com

Noyabr 7, 2017 12:42

BMT Konvensiyasının 38-ci maddəsinə əsasən…

BMT-nin 2017-ci ildə dünyada uşaqların inkişafı ilə bağlı hesabatı dərc olunub. Hesabata göstərilir ki, müxtəlif münaqişələr və silahlı toqquşmalar nəticəsində 300 mindən çox 17 yaşına çatmamış uşaq hərbi birləşmələrə cəlb olunub.Təkcə Sudanda baş verən vətəndaş müharibəsində 20 uşaq silahlanaraq hərbi birləşmələrə qoşulub. Bu uşaqlar soyğunçuluq, qarət və qətllər törədirlər.Uşaqların qanunsuz hərbi birləşmələrə cəlb edilməsi xüsusilə Afrika ölkələrində müşahidə edilir. Siyahıya Somali, Konqo, Sudan, Mərkəzi Afrika Respublikası başçılıq edir. Suriya, İraq, Əfqanıstanda da uşaqlar terror qruplaşmalarına cəlb edilir və onlardan kamikadze kimi istifadə olunur.BMT Konvensiyasının 38-ci maddəsinə əsasən, 17 yaşına çatmayan uşaqların hərbi birləşmələrə cəlb edilməsi qadağandır.xeber100.com

Noyabr 7, 2017 12:38

“Koenigseggin Agera RS” rekord göstəriciyə imza atıb

Dünyanın ən sürətli avtomobili məlum olub.Xarici KİV-lər xəbər verir ki, ABŞ-ın Nevada əyalətindəki Pahrumd şəhərində eksperiment zamanı həmin avtomobilin rekord sürət göstəricisi müəyyənləşdirilib.Pilot Niklas Lilja “Koenigseggin Agera RS” adlı avtomobili saatda 457 kilometr sürətlə sürərək rekord göstəriciyə imza atıb. Bu görüntülər sosial mediada böyük maraqla izlənilib.xeber100.com

Noyabr 6, 2017 3:23

“Viet Nam News” qəzeti yazır…

Noyabrın 6-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC) liderlərinin sammitinin start götürəcəyi Vyetnamda güclü fırtına nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb.“Viet Nam News” qəzetinin yaydığı məlumata görə, təbii fəlakət iki gün əvvəl sammitin keçiriləcəyi Dananqa şəhərindən 500 kilometr cənubda yerləşən Nyaçanq şəhəri yaxınlığında baş verib. Burada küləyin sürəti saatda 90 kilometrə çatıb. Fırtına minlərlə evin damını uçurub, yüzlərlə elektrik dirəyini aşırıb. Bir sıra rayonlarda yolları su yuyub, məktəblərdə dərslər dayandırılıbYerli hakimiyyət orqanları baş verə biləcək fırtına, daşqın və sunami zamanı sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir neçə plan hazırlayıb. Sammitdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Yaponiyanın Baş naziri Sinzo Abe, Çin Xalq Respublikasının Sədri Si Çinpin və bir sıra digər dünya liderlərinin iştirakı gözlənilir.xeber100.com

Noyabr 6, 2017 3:18
    Page 146 of 301« First«...102030...144145146147148...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az