10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İrqçilər etiraz aksiyası keçiriblər

Şənbə günü ağdərili irqçi və neonasist qruplar Tennessi ştatının Şelbivill və Merfrisboro şəhərlərində qaçqınların yerləşdirilməsinə qarşı etirazlarını bildirmək üçün bu şəhərlərdə mitinqlər keçiriblər. “Ağların həyatı daha vacibdir” şüarı altında keçirilən etiraz aksiyasının təşkil olunmasında iştirak edənlərin çoxu bu il avqust ayında Virciniya ştatının Şarlotsvil şəhərində neonasist yürüşün təşkil edilməsinin iştirakçılarıdır.Xatırladaq ki, avqust yürüşü bir nəfərin öldürülməsi və onlarca insanın yaralanması ilə nəticələnmişdi. Virciniyada olduğu kimi Tennessi ştatının şəhərlərində də belə aksiyanın çoxsaylı əleyhdarları nümayiş keçirərək toplaşaraq irqçiliyi pisləyib və tolerantlıq tələbləri irəli sürüblər.Şelbivill və Merfrisboro şəhərləri Tennessi ştatının əsas meqapolisi sayılan Neşvilin yaxınlığında yerləşir. Neşvildə Somali, İraq və digər ölkələrdən çoxsaylı qaçqınlar qəbul edilməsinə başlanıb.Nümayiş zamanı polis ilə bu nümayişin əleyhdarları arasında toqquşma qeydə alınmayıb.xeber100.com

Oktyabr 30, 2017 3:25

RİA Novosti agentliyinin məlumatı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın qrafikasına keçid haqqında fərman imzalayıb.RİA Novosti agentliyi xəbər verir ki, sənədə əsasən, yeni əlifbaya keçid 2025-ci ilədək mərhələli şəkildə həyata keçiriləcək.Prezident latın qrafikası əsasında hazırlanmış və 32 hərfdən ibarət olan Qazax əlifbasını təsdiqləyib. Xatırladaq ki, kiril qrafikalı Qazaxıstan əlifbasında 42 hərf var.Latın qrafikasına keçidlə bağlı tapşırıq Prezident Nursultan Nazarbayev tərəfindən 2017-ci ilin aprelində verilmişdi. Bu məqsədlə ümumxalq müzakirələri aparılmış və müvafiq layihə hazırlanmışdı.Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevin sözlərinə görə, latın qrafikasına keçmək qərarı heç bir siyasi motivlə əlaqəli deyil.Bu gün postsovet məkanında latın qrafikasından Baltikyanı ölkələrdə, habelə türkdilli ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistanda istifadə olunur. Qırğızıstan parlamentinin deputatları latın qrafikasına keçmək haqqında məsələ qaldırsalar da, Prezident Almazbek Atambayev buna qarşı çıxıb.xeber100.com

Oktyabr 27, 2017 3:06

BMT-nin insan hüquqları ilə bağlı hazırladığı hesabatda

İran BMT-nin insan hüquqları ilə bağlı hazırladığı hesabatı qərəzli hesab edir.Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi həftəlik mətbuat konfransında deyib.Onun sözlərinə görə, hesabat qeyri-obyektiv hazırlanıb və həqiqəti əks etdirmir. Hesabatın siyasi xarakter daşıdığını bildirən B. Qasemi İranda insanların hüquq və azadlıqlarının qorunduğunu bildirib.Xatırladaq ki, BMT-nin “İranda insan hüquqlarının vəziyyəti” ilə bağlı hazırladığı hesabatda İranda insan hüquqlarının kütləvi şəkildə pozulması, ölkədə edam hökmünün hələ də qüvvədə qalması göstərilib.xeber100.com

Oktyabr 27, 2017 2:57

“Al Youm as Sabia” nəşri yazır…

Misirin “Al Youm as Sabia” nəşri ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla xəbər verir ki, Qahirədən cənub-qərbdə yerləşən Al-Vahat rayonundakı səhralıqda Misirin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatının gedişində 13 terrorçu məhv edilib. “Al Youm as Sabia” nəşri bildirir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı münaqişə nəticəsində 13 terrorçu məhv edilib. Həmin terrorçuların keçən cümə günü Al-Vahat rayonunda təhlükəsizlik qüvvələrinə hücumda əli olması güman edilir. Bu hücum nəticəsində 16 polis işçisi həlak olub, 15 terrorçu məhv edilib. Hazırda təhlükəsizlik qüvvələri terrorçuların məhv edilməsi üzrə əməliyyatı davam etdirirlər.xeber100.com

Oktyabr 27, 2017 2:54

Yunanıstanda etiraz aksiyası keçirilir

Oktyabrın 26-da Afinada metro işçilərinin 24 saatlıq etiraz aksiyası keçirirlər.“Ekathimerini” nəşri xəbər verir ki, tətil nəticəsində metronun hərəkəti tam iflic olmaqdadır. SELMA həmkarlar ittifaqı tərəfindən təşkil olunan tətilin səbəbi hökumətin “STASY” milli metro şirkətini hökumətin özəlləşdirmə fondunun aktivlərinə daxil etməsidir. SELMA təşkilatının fikrincə, bu qərar həm metro işçilərinə, həm də yüz min sərnişinə mənfi təsir göstərəcək.xeber100.com

Oktyabr 26, 2017 3:25

Çin Kommunist Partiyasının ilk plenumu keçirilib

Oktyabrın 25-də Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin ilk plenumu keçirilib.Azərtac xəbər verir ki, plenumda təşkilatı məsələlərə baxılıb, partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun, Siyasi Büronun Daimi Komitəsinin, habelə Mərkəzi İntizam Komissiyasının yeni tərkibi müəyyən olub. Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən ÇKP-nın baş katibi, həm də Siyasi Büronun Daimi Komitəsinin üzvü seçilib. Bundan başqa, Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan da Siyasi Büronun Daimi Komitəsinin 7 nəfərlik üzvündən biri seçilib.Qeyd edək ki, oktyabrın 24-də başa çatan ÇKP-nın 19-cu qurultayında partiyanın Mərkəzi Komitəsinin əsas və ehtiyat tərkibi formalaşmışdı.xeber100.com

Oktyabr 25, 2017 1:57

Avtomobil yolunda robot-polis sınaqdan çıxarılıb

Pekin yol polisi sürət şosesində qanunsuz parklama və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.“Belta” resursu xəbər verir ki, qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan böyüklüyündə və çəkisi 20 kiloqrama yaxın olan robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla, 5-8 saat işləyə bilir.Robot polis qanunsuz parklamanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto-video çəkilişlərini aparır. Bundan başqa, yol-nəqliyyat hadisələri səbəbindən yolda tıxac yaranarkən robot özünü dərhal qəza yerinə çatdırır və hadisə yerindən fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə tıxaclar, qəzalar, yollarda aparılan təmiri işləri və pis hava şəraiti haqqında səsli xəbərdarlıq da göndərə bilir.Pekin yol polisi bu robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürət şoselərində də istifadə etməyi planlaşdırır.xeber100.com

Oktyabr 24, 2017 2:36

RİA Novosti agentliyinin məlumatı əsasında…

Malayziyada avtobus qəzası nəticəsində azı 8 nəfər ölüb, 33 nəfər yaralanıb.RİA Novosti agentliyi xəbər verir ki, Seberanq Pray bölgəsi polisinin məlumatına görə, indoneziyalı və nepallı fəhlələri daşıyan avtobuslardan biri mühərrikin probleminə görə yolun sol tərəfində saxlayıb. İçində 15 nəfər olan ikinci avtobus tormozlaya bilməyib və ona çırpılıb.xeber100.com

Oktyabr 24, 2017 2:31

Prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək

Ukraynada prezident və Ali Radaya deputat seçkiləri vaxtından əvvəl keçirilməyəcək.Azərtac xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko Regional İnkişaf Şurasında çıxışı zamanı deyib.P.Poroşenkonun sözlərinə görə, növbəti prezident və parlament seçkilərinə start verilməsinə bir ildən az vaxt qalıb. “Bu müddətdən səmərəli şəkildə yararlanmaq, islahatları davam etdirmək lazımdır”, - deyə Ukraynanın dövlət başçısı bildirib.Qeyd edək ki, Ukraynada növbəti prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.xeber100.com

Oktyabr 24, 2017 2:26

5,1 bal gücündə zəlzələ baş verib

İranda 5,1 bal gücündə zəlzələ baş verib.Xarici KİV-lər xəbər verir ki, zəlzələnin episentri İranın Minab şəhərindən 83 kilometr şimalda qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.xeber100.com

Oktyabr 23, 2017 12:48
    Page 148 of 301« First«...102030...146147148149150...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az