23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiyada ümumi seçkilər keçirilir

Oktyabrın 22-də Yaponiyada ümumi seçkilər keçirilir və seçicilər yapon parlamentinin aşağı palatasına namizədlərə səs verirlər.Azərtac xəbər verir ki, bu dəfəki seçkilərdə 1180 namizəd 465 deputat mandatı uğrunda mübarizə aparır. Onlardan 289-u birbaşa səsermə yolu ilə, 176-sı isə proporsinal nümayəndəlik qaydasında seçiləcəklər.Namizədlər seçiciləri əsasən Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumətin fəaliyyətini, istehlak vergisinin artımı ilə əlaqədar planı, Konstitusiyaya gözlənilən dəyişiklikləri, atom energetikası sahəsində siyasəti və Yaponiyanın Şimali Koreya məsələsinə münasibətini qiymətləndirməyə çağırırlar.Ölkənin bir çox rayonlarında seçki məntəqələri səhər saat 7-də açılıb və axşam saat 8-dək işini davam etdirəcək. Səsvermə başa çatan kimi səslərin hesablanmasına başlanacaq.Seçkilərin təşkilinə məsul olan Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 21-də ilkin səsvermə zamanı 15 milyon 600 min seçici səs verib ki, bu da rekord rəqəm hesab olunur.xeber100.com

Oktyabr 22, 2017 3:14

Kataloniya Qeydiyyat Kollegiyasının açıqladığı rəqəmlərə görə…

Kataloniya muxtariyyətinin İspaniyadan ayrılmaq iddiası ilə qanunsuz referendum keçirməsi ciddi iqtisadi itkilərə səbəb olur. Referendumun keçirildiyi 1 oktyabr tarixindən sonra Kataloniyanı 805 şirkət tərk edərək İspaniyanın digər ərazilərinə köçüb.Azərtac xəbər verir ki, Kataloniya Qeydiyyat Kollegiyasının açıqladığı rəqəmlərə görə, muxtariyyəti tərk edən şirkətlərdən 708-i Barselonadan, digərləri isə Lerida, Tarraqona və Jironadan köçüb. Baş ofislərini Kataloniyadan köçürən şirkətlər sırasında “Zurich”, “Axa”, “MGS Seguros” kimi nəhəng sığorta şirkətləri və “La Caixa”, “Sabadell” banklar da var. Onlar qərarlarını “hüquqi təhlükəsizlik zonasına köçmək”lə izah ediblər.İspaniyanın iqtisadiyyat naziri Luis Gindosa bəyan edib ki, bu, hələ başlanğıcdır. Əgər sadəcə siyasi qeyri-sabitlik bunlara səbəb olubsa, vilayət müstəqillik elan etdikdən sonra baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.xeber100.com

Oktyabr 20, 2017 3:10

NHK telekanalının məlumatına əsasən…

Yaponiya Baş nazirinin müavini Taro Aso və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında aparılan danışıqlar zamanı bu iki ölkənin Şimali Koreyaya qarşı təzyiqləri gücləndirmək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.NHK telekanalı xəbər verir ki, görüşdən sonra dərc olunan sənəddə tərəflər bəyan ediblər ki, ABŞ avtomobillərinin Yaponiyaya ixracı zamanı mövcud prosedurların sadələşdirilməsi məsələsində də razılıq əldə edilib.Görüşdən sonra mətbuta açıqlama verən T.Aso bildirib ki, danışıqlar çox məzmunlu olub. T.Aso qeyd edib ki, Yaponiya tərəfi ABŞ ilə iqtisadi əlaqələrin gücləndirilməsi üçün konstruktiv danışıqları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Asiya-Sakit okean regionunda təhlükəsizliklə əlaqədar artan gərginlik şəraitində iki ölkə arasında əlaqələr strateji əhəmiyyət daşıyır.T.Aso əlavə edib ki, o və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Şimali Koreyaya qarşı sanksiyalar məsələsində əməkdaşlıq barədə də razılığa gəliblər.xeber100.com

Oktyabr 18, 2017 2:27

“Windows” üçün daxili antivirus istifadəyə verilib

“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını elan edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.“4pda.ru” saytı xəbər verir ki, “Google” şirkəti bundan başqa “Chrome Cleanup” təminatını yeniləyib. Axtarış nəhəngi virusların silinməsini sadələşdirmək üçün antivirus proqram təminatının hazırlanması və kompüter təhlükəsizliyi sahəsində həllər üzrə ixtisaslaşmış “Eset” şirkəti ilə əməkdaşlığa başlayıb. “Chrome” brauzeri virus aşkarladıqda istifadəçi müvafiq xəbərdarlıq alacaq və təmizlik aparmaq üçün yalnız bir düyməni sıxmaq kifayət edəcək.Məlumatda qeyd edilir ki, “Chrome Cleanup” universal antivirus həlli deyil, buna görə də şirkət əlavə proqram təminatından istifadə etməyi tövsiyə edir.xeber100.com

Oktyabr 18, 2017 2:16

Hərbi-dəniz təlimlərinə start verilib

Koreya yarımadasının ətrafındakı sularda ABŞ və Koreya Respublikası silahlı qüvvələri birgə hərbi-dəniz təlimlərinə başlayıblar.Beş gün davam edəcək təlimlərə oktyabrın 16-da start verilib. Təlimlər Şimali Koreya tərəfindən törədiləcək təxribatların qarşısının alınması və birgə əməliyyatların səmərəliliyinin artırılması məqsədini daşıyır.Hərbi təlimlərdə ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Ronald Reyqan” atom aviadaşıyıcı gəmisi daxil olmaqla 40 gəmi, o cümlədən Koreya Respublikasının “Aedis” sistemləri ilə təchiz edilmiş esminesləri iştirak edir. Təlimlərə qırıcı və patrul təyyarələri də qatılıb.İki ölkə hərbiçilərinin Şimali Koreyaya məxsus sualtı qayıqlara və raketlərə qarşı təlimlər keçəcəyi bildirilir. Bundan əlavə, düşmənin Koreya Respublikası ərazisinə daxil olmaq istəyən xüsusi təyinatlılarına qarşı hücum əməliyyatları da nəzərdən keçirilir.xeber100.com

Oktyabr 16, 2017 3:40

Avstriyada növbədənkənar parlament seçkilərinə start verilib

Oktyabrın 15-də Avstriyada növbədənkənar parlament seçkilərinə start verilib.Seçkilərdə ölkə tarixində ən çox sayda – 16 siyasi qüvvə mübarizə aparır. Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası, Yaşıllar Partiyası və Avstriya Azadlıq Partiyası ilə yanaşı, həmçinin fərqli siyasi görüşləri təmsil edən və ya tanınmış siyasi partiyalardan ayrılaraq öz müstəqil seçki kampaniyasını aparan siyasətçilərin rəhbərlik etdiyi hərəkatlar da seçki marafonuna qoşulub.Yaşı 16-dan yuxarı ölkə vətəndaşları (6 milyon 401 min 304 nəfər) səsvermə üçün açılmış 10 min 191 seçki məntəqəsində öz siyasi iradəsini ifadə etmək hüququna malikdir. Seçicilərin əhəmiyyətli bir hissəsi isə (889 min nəfər) səsvermədə məktub vasitəsilə iştirak etməyə üstünlük verib.Seçki məntəqələri yerli vaxtla saat 17-də bağlandıqdan az sonra ilkin nəticələr elan olunacaq.Qeyd edək ki, Avstriya Parlamenti (Milli Şura) 183 deputatdan ibarətdir. Parlamentdə təmsil olunmaq hüququnu əldə etmək üçün hər bir siyasi qrup seçicilərin azı 4 faiz səsini qazanmalıdır.xeber100.com

Oktyabr 15, 2017 5:15

“Brexit” Britaniya üçün ağır nəticələr verə bilər?!

Avropa İttifaqı (Aİ) ilə heç bir razılıq əldə etmədən “Brexit” baş verərsə, bu, Birləşmiş Krallıq üçün ciddi risk deməkdir və nəticələri ağır ola bilər.Bu fikirləri ABŞ-ın sabiq xarici işlər naziri Hilari Klinton “BBC” telekanalına “Brexit” ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Aİ ilə razılığa gəlməmək, ittifaq üzvləri ilə ticarətdən məhrum olmaq deməkdir. Bundan başqa, ölkə biznes sahəsində də ciddi təzyiqlər ilə üzləşəcək, bu isə iqtisadi sosial sistemin pozulmasına gətirib çıxaracaq.Qeyd edək ki, Hilari Klinton dünyada uşaqların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə “Swansea” Universitetinin fəxri diplomuna layiq görülüb və bu münasibətlə Britaniyada səfərdədir.xeber100.com

Oktyabr 15, 2017 5:07

“Holden” şirkəti fəaliyyətini dayandırmağı planlaşdırır

Avstraliyanın yeganə avtomobil istehsalçısı olan “Holden” şirkəti oktyabrın 20-dən etibarən fəaliyyətini dayandırmağı planlaşdırır. Azərtac xəbər verir ki, bu münasibətlə təşkil edilən mərasimdə iştirakçılar ABŞ-ın nəhəng “General Motors” şirkətinin filialı olan “Holden”ə ehtiramlarını bildiriblər.Şirkətin istehsal etdiyi təqribən min avtomobil oktyabrın 15-də Avstraliyanın cənubunda yerləşən Adelaida şəhərinin küçələrini dolaşıb.“Holden” şirkəti ilk avtomobilini 1917-ci ildə istehsal edib. Avstraliya dollarının möhkəmlənməsi və işçi qüvvəsinin bahalaşması səbəbindən şirkət istehsal xətlərini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar, əslində, Avstraliyada avtomobil istehsalı sənayesinin iflası deməkdir.Ötən ilin oktyabrında ABŞ-ın digər avtomobil istehsalı şirkəti “Ford” da Avstraliyadakı istehsal xəttini bağlayıb. Oktyabrın əvvəlində isə Yaponiyanın “Toyota” şirkəti bu ölkədəki biznesini dayandırdığını elan edib.xeber100.com

Oktyabr 15, 2017 5:02

“Hongfeng” kompaniyası lazer silah hazırlayıb

Çinin “Hongfeng” kompaniyası terrorçularla və ekstremist qrupların üzvləri ilə mübarizə üçün nəzərdə tutulan lazer silahı hazırlayıb. O, 200 metr məsafədəki hədəfləri effektiv məhv edə bilir.TASS informasiya agentliyi xəbər verir ki, lazer silahı ilk dəfə ölkənin mərkəzində yerləşən Hubey əyalətində xüsusi təyinatlı dəstələrin terror əleyhinə təlimlərində Çinin aerokosmik elm və sənaye korporasiyası tərəfindən nümayiş olunub.“Lazer silahı digər vasitələrlə müqayisədə düşməni yüksək sürət və dəqiqliklə məhv edir. O, səssizdir və atəş zamanı işıq saçmır”, - deyə jurnalistlərə müsahibəsində mühəndis-konstruktor Yan Açje bildirib.Onun sözlərinə görə, yeni silah atəş açdığı zaman təpmə impulsu vermədiyi üçün istifadəsi rahatdır. Lazer silahından Çin Kommunist Partiyasının oktyabrın 18-də Pekində keçiriləcək 19-cu qurultayı zamanı iştirakçıların mühafizəsində istifadə olunacağı gözlənilir.xeber100.com

Oktyabr 13, 2017 4:17

“Loftcube” memarlıq studiyası kosmik stildə evlər inşa edib

Almaniyanın “Loftcube” memarlıq studiyasının layihəsi ilə kosmik stildə mini evlər inşa edilib.Azərtac novate.ru saytına istinadla bildirir ki, “LoftCube” adlanan evləri istənilən yerdə və tez bir zamanda quraşdırmaq mümkündür. Bu isə vaxta və pula qənaət etmək baxımından çox əlverişlidir.Dörd ədəd dəmir boru üzərində dayanan kubşəkilli mini evlər həm şəhərdə, həm də meşədə quraşdırıla bilər.Maraqlısı odur ki, modul konstruksiyalı belə evlərdə bir neçə modulu bir-irinə birləşdirmək yolu ilə genişləndirmək olar.Mini evlər 5-7 gün ərzində tikilərək quraşdırılır.xeber100.com

Oktyabr 13, 2017 4:12
    Page 148 of 299« First«...102030...146147148149150...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az