Bu il Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı yeni qaydalar müəyyən olunub.Azərtac xəbər verir ki, builki seçkilər əvvəlkindən əsaslı şəkildə fərqli olacaq. Seçki kampaniyasına bir ay qalmış parlamentin qərarı ilə artıq Ambrolauri, Axaltsixe, Qori, Zuqduqi, Telavi, Mtsxeta, Ozurqeti şəhərləri yerli özünüidarəetmə statuslarını itiriblər. Hələlik bu status yalnız Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərində qalıb. Bundan başqa, parlament rayon administrasiyasının rəhbəri – qamqebeli vəzifələrini də rayonun meri vəzifələri ilə əvəz edib.Yeni dəyişikliklər yerli özünün idarəetmə orqanları deputatlarının fəaliyyət müddəti də azaldılıb. İndi deputatlar, rayon merləri 3 il deyil, 4 il müddətinə seçiləcəklər.Seçicilər oktyabrın 21-də 2 min 58 deputat, 64 sakrebul (bələdiyyə) rəhbəri və 64 mer seçəcəklər.Artıq 9 siyasi partiya seçkilərdə iştirakla bağlı MSK-ya müraciət edib. Onlardan 7-si MSK-da qeydiyyatdan keçib. Daha 8 partiya seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan edib. Bu partiyaların qeydiyyatdan keçmək üçün avqustun 27-dək vaxtı var. Əks halda onlar seçkilərdən kənarda qalacaqlar.xeber100.com