10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib

BMT Təhlükəsizlik şurası Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı onun idxal və ixrac əməliyyatlarını kəskin şəkildə azaldacaq yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni qəbul edib. Müvafiq sənəd Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul olunub.Sənədə əsasən, KXDR-ə neft məhsullarının tədarükünə məhdudiyyətlər qoyulacaq. Eyni zamanda, bu ölkəyə xam neftin göndərilməsi üçün limit də müəyyən edilib. Həmin göstərici son 12 aylıq normanı üstələyə bilməz. KXDR, həmçinin kondensatları və qaz kondensatlarını ala və toxuculuq məhsullarını sata bilməz.Qətnamədə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası altıtərəfli danışıqları dəstəkləməyə hazırdı və bu danışıqların bərpasına çağırır. Təhlükəsizlik Şurası, həmçinin dövlətlərin problemi sülh danışıqları yolu ilə hərtərəfli həll etmək təklifini də alqışlayır.xeber100.com

Sentyabr 12, 2017 3:49

SPA dövlət informasiya agentliyinin məlumatı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri “İslam dövləti” terrorçu qruplaşmasından olan silahlıların Ər-Riyadda Müdafiə Nazirliyinin binasına hücumunun qarşısını alıblar. Bu barədə SPA dövlət informasiya agentliyi rəsmi mənbəyə istinadla məlumat yayıb.SPA-nın məlumatına görə, ölkənin dövlət təhlükəsizliyi idarəsi intiharçıların nazirliyin iki binasına hücumunun qarşısını alıb. İki terrorçu hələ öz məqsədlərini həyata keçirməzdən əvvəl saxlanılıb.SPA agentliyinin ilkin məlumatına görə, terrorçular Yəmən vətəndaşlarıdır. Onlardan iki intiharçı kəməri, doqquz əldəqayırma qumbara, odlu və soyuq silahlar tapılıb. Krallığın təhlükəsizlik qüvvələrinin əməkdaşları, həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar. Onların həbs edilmiş intiharçılarla əlaqəsi müəyyənləşdirilir.Hüquq-mühafizə orqanları Ər-Riyad şəhərinin Ar-Rimal rayonunda terrorçuların partlayıcı kəmərdən istifadə etməyi öyrəndikləri evin üzərinə də həbs qoyublar.xeber100.com

Sentyabr 12, 2017 3:47

Planşetlərə edilən kiberhücumların həcmi 40 faiz yüksəlib

2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40 faiz yüksəlib.Azərtac xəbər verir ki, “Avast” antivirus istehsalçısının məlumatına görə, cari ilin aprel-iyun aylarında mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.“Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2 faiz çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.Cari ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8 faizi ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8 faiz təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.xeber100.com

Sentyabr 12, 2017 3:38

“Aurora-17” hərbi təlimləri başlayır

Bu gün İsveçdə son 20 ilin ən böyük hərbi təlimləri başlayır.Azərtac xəbər verir ki, "Aurora-17" adlanan təlimlər həm havada, həm quruda, həm də dənizdə keçiriləcək.Sentyabrın 29-dək davam edəcək təlimlərdə 19 min 500 isveçli hərbçidən başqa, müxtəlif ölkələrdən, xüsusən də Danimarka, Norveç, Finlandiya, Estoniya, Litva, ABŞ və Fransadan 1500 əsgərin iştirakı gözlənilir.xeber100.com

Sentyabr 11, 2017 1:55

Sinxua agentliyinin məlumatına görə…

Çinin Şərqindəki Tszyansu əyalətinin Usi şəhərində “Dünya İnternet Əşya Sərgisi-2017” (“World Internet of Things Exposition”) açılıb.Sinxua agentliyi xəbər verir ki, Çin Xalq Respublikası Sənaye və İnformasiyalaşdırma, Elm və Texnika Nazirliyi və Tszyansu əyalətinin Xalq Hökuməti tərəfindən təşkil edilən bu tədbirdə dünyanın 20 ölkə və ərazisindən 500 müəssisənin nümayəndələri iştirak edir.Ərazisi 50 min kvadrat metr olan sərgi sahəsi bir neçə tematik zonaya bölünüb. Sərgi çərçivəsində milyarder Cek Ma “Alibaba Group Holding Ltd” qrupunu təqdim edib. Qrupun idarə heyətinin sədri Cek Ma öz çıxışında bildirib ki, ənənəvi iqtisadiyyat internetin yaranmasının, avtomatlaşdırmanın və robotlaşdırmanın nəticələrini hələ onilliklər boyu hiss edəcək. Buna görə də avtomatlaşdırmanın və onlayn iqtisadiyyatın şokunu zəiflətmək üçün bütün təhsil sistemini dəyişmək, robotlarla işləməyi və onlarla yanaşı mövcud olmağı öyrənmək lazımdır.xeber100.com

Sentyabr 11, 2017 1:51

ABŞ geoloji xidmətinin məlumatı

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub.Dağıntı və tələfat barədə məlumat verilmir.Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8 bal gücündə zəlzələ nəticəsində 60-dan çox insan həlak olub. Ölkədə üç günlük matəm elan edilib.xeber100.com

Sentyabr 10, 2017 12:15

Türkiyə Xarici İşlər Nazirliyinin müraciəti

Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada yaşayan, həmçinin bu ölkəyə səfər edən ölkə vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağı tövsiyə edib.Azərtac xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yerləşdirilib. Məlumatda bildirilir ki, irqçi qüvvələr tərəfindən 2000-2007-ci illərdə Almaniyada 7-si türk olmaqla 10 nəfər qeyri-alman öldürülüb. Bundan başqa, gömrük-keçid məntəqələrində türkiyəli turistlərlə kobud rəftar edilir. Müraciətdə qeyd edilir ki, hazırda Almaniyada sığınacaq tapan çoxlu sayda PKK və FETÖ mənsubu türkiyəli turistlər üçün də təhlükə mənbəyidir.xeber100.com

Sentyabr 10, 2017 12:09

“Baker Hughes” şirkətinin məlumatı əsasında

ABŞ-da aktiv neft quyularının sayı azalıb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 3 ədəd azalaraq 756, qaz quyularının sayı isə 4 ədəd artaraq 187 olub. Qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd olub.Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 1 ədəd artaraq ümumilikdə 944 olub. Beləliklə ABŞ-da aktiv neft quyularının sayı son 4 həftənin üçündə azalıb.Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 404-ə geriləmişdi.xeber100.com

Sentyabr 9, 2017 7:02

12 milyard kubmetr qaz ixracı məsələsi müzakirə edilib

Rusiya Cənubi Koreyaya ildə təxminən 12 milyard kubmetr qaz ixracı məsələsini müzakirə edir. Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak Şərq İqtisadi Forumu zamanı məlumat verib.Azərtac xəbər verir ki, nazirin sözlərinə görə, məsələ hələlik müzakirə mərhələsindədir. Tərəflər sövdələşmənin dəyərini, investisiyanın həcmini nəzərdən keçirirlər.Eyni zamanda, Forum çərçivəsində prezident Vladimir Putin Koreya Xalq Demokratik Respublikasını da iqtisadi əməkdaşlığa cəlb etməyə çağırıb. Onun sözlərinə görə, Rusiya konkret təkliflər, o cümlədən Şimali Koreyadan keçməklə dəmir yolu və boru kəməri xətlərinin Cənubi Koreyaya çəkilməsinə dair fikir irəli sürür. Cənubi Koreya prezidenti Mun Çje İn gələcəkdə kommunikasiya xətlərinin Şimali Koreya ərazisindən çəkilməsi layihəsinin həyata keçiriləcəyinə ümid bəslədiyini ifadə edib.xeber100.com

Sentyabr 8, 2017 2:36

8 bal gücündə zəlzələ baş verib

Meksikanın Sakit Okean sahilində 8 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbindən 96 kilometr məsafədə, ocağı isə 35 kilometr dərinlikdə olub.Zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua və Panamanı əhatə edən bölgələrdə sunami ola biləcəyi bildirilib.Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.xeber100.com

Sentyabr 8, 2017 2:28
    Page 155 of 301« First«...102030...153154155156157...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az