03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Hind və Sakit okean hövzələri ölkələrinə yardım ayrılacaq

Yaponiyanın xarici işlər naziri Taro Kano bəyan edib ki, hökumət dənizdə təhlükəsizliyi təmin etmək üçün potensial yaratmaq məqsədilə Hind və Sakit okean hövzələri ölkələrinə 500 milyon dollar miqdarında yardım ayırmağı planlaşdırır.Azərtac xəbər verir ki, T.Kano bu plan barədə Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verib.Nazir bəyan edib ki, Yaponiya bu yardımları qarşıdakı üç il ərzində, yəni cari ildən başlayaraq 2019-cu ilədək göstərəcək.xeber100.com

Avqust 18, 2017 2:50

“Al Thuraya” Astronomiya Mərkəzi açılacaq

Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, sentyabr ayında Dubayda “Al Thuraya” Astronomiya Mərkəzi açılacaq. 2018-ci ildə isə Marmun səhrasında astronomik kurortun yaradılması planlaşdırılır. Astronomiya Mərkəzinin rəsmi açılış mərasimi Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı günündə - dekabrın 2-də olacaq.Azərtac xəbər verir ki, mərkəzin layihə dəyəri 50 milyon dirhəmdir (13,6 milyon dollar). Bu layihənin reallaşdırılması ilə yeni turizm marşrutunun işə salınması nəzərdə tutulur.Qeyd edilir ki, rəsədxana, güzgüsünün diametri 1 metr olan teleskopla təchiz ediləcək. Rəsədxanada sinif otaqları və laboratoriyaları olan akademiya, xarici müşahidə meydançası, 100 adamlıq kinoteatr, mağaza, kafe və kitabxana yaradılacaq. “Al Mushrif” parkında yerləşən və sahəsi 2696 kvadratmetr olan bina bürc formalarında landşaft bağları ilə bəzədiləcək.xeber100.com

Avqust 18, 2017 2:47

Verginin aradan qaldırılması sazişi çərçivəsində

İsveçrə ilə Belçika arasında ikiqat verginin aradan qaldırılması barədə saziş çərçivəsində vergilərə dair informasiyaların mübadilə edilməsi üzrə normalar qüvvəyə minir.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, sənəd dövlət pensiya fondları - vəsaitlərin mənbəyi üçün vergi güzəştləri nəzərdə tutur və firmalararası borclar üzrə faizlərin və müəyyən şirkətlərin ödədikləri dividendlərin vergiyə cəlb edilməsi mexanizminin səmərəli işləməsi mexanizmini tənzimləyir.İsveçrə Federal Şurasından bildirilib ki, vergi informasiyasının mübadiləsi iki ölkə arasındakı möhkəm iqtisadi əlaqələri daha da gücləndirməlidir.xeber100.com

Avqust 18, 2017 2:43

“Türk axını”nın 170 kilometrinin tikintisi başa çatıb

Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) 170 kilometrinin tikintisi başa çatıb.Azərtac xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, təbii qaz kəmərinin təxminən 19 faizi inşa edilib.“Layihə Türkiyə və Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin artırılmasına yönəlib. Qaz kəmərinin sualtı hissəsinin inşası Rusiyanın Qara dəniz sahilində may ayında başlayıb. Boru kəmərinin 170 kilometrdən çoxu artıq tamamlanıb.Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.xeber100.com

Avqust 18, 2017 2:34

RİA Novosti agentliyinin məlumatı

İspaniyanın cənub sahillərində 600-ə yaxın miqrant xilas edilib.RİA Novosti agentliyi xəbər verir ki, cari ildə İspaniyaya dənizlə gəlmək istəyən miqrantların sayı 8 min 183 nəfər təşkil edib.xeber100.com

Avqust 17, 2017 3:09

4,7 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, Yunanıstanın cənubunda Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verdi.Zəlzələnin episentri Adamas şəhərinin cənub-şərqində, Afinadan 187 kilometr məsafədə, 91 kilometr dərinlikdə olub. Zərərçəkənlər barədə məlumat yoxdur.xeber100.com

Avqust 17, 2017 3:05

“Juniper Research” analitik şirkətinin proqnozu

2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq.Azərtac xəbər verir ki, bu barədə “Juniper Research” analitik şirkətinin proqnozunda deyilir. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.Proqnoza görə, Çin, ABŞ və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının 55 faizi bu üç ölkənin payına düşəcək.Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi məsləhət görürlər."Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək şirkətlərin şəbəkələri “ARPC” (bir qoşulmadan götürülən orta gəlir) üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da operatorlara “5G” texnologiyasına yatırılmış investisiyalarını geri qaytarmağa imkan verəcək", – deyə hesabatın müəllifi Sem Beyker bildirir.xeber100.com

Avqust 17, 2017 2:59

Yaponiyada raket buraxılışı ilə əlaqədar təlimlər keçiriləcək

Avqustun 18-də Yaponiyanın doqquz prefekturasında Koreya Xalq Demokratik Respublikası (KXDR) Quam adası istiqamətində raket buraxacağı təqdirdə fövqəladə vəziyyətlə əlaqədar təcili xəbərdarlıq sisteminin yoxlanması üçün təlimlər keçiriləcək. NHK telekanalının yaydığı məlumata görə, həmin prefekturalar arasında 1945-ci ildə atom bombardmanına məruz qalmış Hiroşima da var.Təlimlər KXDR-in Quam rayonuna “Xvason-12” raketləri buraxacağı və bu raketlərin Şimane, Hiroşima və Koti prefekturalarının üzərindən uçacağı barədə rəsmi bəyanatından sonra təcili yardım sistemlərinin yoxlanması məqsədilə keçiriləcək.Təlimlər qeyd edilən prefekturalarla yanaşı, Tottori, Okayama, Yamaquçi, Tokuşima, Kaqava və Ehime prefekturalarında yerləşən yaşayış məntəqələrini də əhatə edəcək.xeber100.com

Avqust 16, 2017 2:03

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı

İlin əvvəlindən bu günə qədər Avropaya gedən miqrant və qaçqınların sayı 118 min 227 nəfər təşkil edir.RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Coel Millman açıqlamasında bildirib.Onun sözlərinə görə, bu keçən ilə nisbətən iki dəfə azdır. Belə ki, keçən il bu rəqəm 265 min 640 olub.İlin əvvəlindən avqustun 13-nə olan məlumata görə isə Aralıq dənizində Avropa getməyə cəhd göstərərkən ölənlərin sayı 2 min 408 təşkil edir.O bildirib ki, İtaliyaya 97 min 293, Yunanıstana 12 min 191, İspaniyaya 8 min 385, Kipr adalarına 358 miqrant üz tutub.xeber100.com

Avqust 16, 2017 2:00

Koreya Xalq Demokratik Respublikası ətrafında müzakirə

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Koreya Xalq Demokratik Respublikası (KXDR) ətrafında vəziyyəti müzakirə ediblər.NHK telekanalının məlumatına görə, Baş nazir deyib: “Biz Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar açıq söhbət apardıq. Quam istiqamətində raketin buraxılacağı barədə xəbərdarlıq vəziyyəti həddindən artıq gərginləşdirib. Belə vəziyyətdə mən Prezident Donald Trampın müttəfiqlik öhdəliklərinə sadiqliyini yüksək qiymətləndirirəm. Biz belə bir rəyə gəldik ki, Şimali Koreya tərəfindən raket buraxılışının qarşısını Yaponiya, ABŞ və Koreya Respublikası ilə birlikdə üçtərəfli formatda, həmçinin ilk növbədə Çin və Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyətin köməyi ilə almalıyıq”.Xatırladaq ki, Koreya yarımadasında vəziyyət Şimali Koreya və ABŞ liderlərinin kəskin bəyanatlarından sonra xeyli gərginləşib.xeber100.com

Avqust 15, 2017 1:01
    Page 159 of 299« First«...102030...157158159160161...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az