ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib.RİA Novosti agentliyinin məlumatına görə, iclasın yekunlarına əsasən, FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində sabit saxlayıb.Xatırladaq ki, FED 2017-ci ildə uçot dərəcəsini iki dəfə - martda illik 0,75 faizədək, iyunda isə 1,25 faizədək artırmışdı.Federal Ehtiyatlar Sistemi rəsmilərinin açıqlamasında bildirilir ki, 4,5 trilyon dollara qədər artan maliyyə balansının azaldılmasına yaxın vaxtlarda başlanılacaq.xeber100.com