23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa Ittifaqı məhkəmə islahatlarına görə…

Avropa Ittifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salıb. Brüsselin fikrincə, islahatlar ölkədə məhkəmə sisteminin müstəqilliyinə zərər vurur.Interfax informasiya agentliyi xəbər verir ki, Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması üzrə prosedur barədə rəsmi xəbərdarlıq göndərib.Bir qədər əvvəl Aİ-nin icra kollegiyası keçirdiyi iclasda Polşada məhkəmə islahatları ilə bağlı vəziyyəti müzakirə edib. İclasda vəziyyətin əvvəlki kimi qənaətbəxş olmadığı qərarına gəlinib və bununla yanaşı, Prezident Anjey Dudanın ən təzadlı iki qanun layihəsinə veto qoyduğu qeyd edilib. Lakin Duda Brüsselin tənqid etdiyi digər iki layihəni, o cümlədən ordinar yurisdiksiya məhkəmələrinin fəaliyyəti barədə qanun layihəsini imzalayıb.xeber100.com

İyul 29, 2017 4:44

Vergi güzəştlərinin tətbiq olunması müzakirə edilib

Honkonqda kiçik və orta biznes üçün vergi güzəştlərinin, eləcə də tədqiqat və inkişaf sahəsində çalışan şirkətlər üzrə vergi çıxılmalarının tətbiqi məsələləri nəzərdən keçirilir.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, hökumətin verdiyi açıqlamaya görə, “Vergi siyasətinin yeni bölməsi” vergi islahatlarının tərkib hissəsini təşkil edir. İlkin məlumatlara əsasən, gəlir vergisinin ikisəviyyəli sistemini tətbiq etmək təklif olunub.Belə ki, illik gəliri 256 min ABŞ dollarından az olan şirkətlər 10 faiz dərəcə üzrə vergi ödəyəcəklər. Hazırda isə bu göstərici 16,5 faiz təşkil edir.Xəzinadarlığın katibi Ceyms Lau bildirib ki, əcnəbi işçilərə tətbiq olunan verginin sadələşdirilməsi, həmçinin ikiqat vergitutmanın və maliyyə cinayətlərinin qarşısının alınması üzrə informasiyaların mübadilə edilməsi ilə bağlı Çin hökuməti ilə danışıqlar aparılır.xeber100.com

İyul 28, 2017 12:24

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatı

Ukrayna ərazisində iki gündür davam edən qasırğa ölkənin 5 vilayətinin 109 yaşayış məntəqəsini işıqsız qoyub.Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iyulun 28-də ölkənin əksər bölgələrində, o cümlədən paytaxt Kiyevdə qasırğa, dolu və tufan olacağı proqnozlaşdırılır.xeber100.com

İyul 28, 2017 12:18

Federal Ehtiyatlar Sisteminin növbəti iclası keçirilib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib.RİA Novosti agentliyinin məlumatına görə, iclasın yekunlarına əsasən, FED baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində sabit saxlayıb.Xatırladaq ki, FED 2017-ci ildə uçot dərəcəsini iki dəfə - martda illik 0,75 faizədək, iyunda isə 1,25 faizədək artırmışdı.Federal Ehtiyatlar Sistemi rəsmilərinin açıqlamasında bildirilir ki, 4,5 trilyon dollara qədər artan maliyyə balansının azaldılmasına yaxın vaxtlarda başlanılacaq.xeber100.com

İyul 27, 2017 3:48

Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir

ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.Xarici KİV-lər xəbər verir ki, qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub. Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün Prezidentə göndəriləcək.Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.Telekanal qeyd edir ki, Moskva ilə sövdələşməyə dair yeni ittihamlar Trampın yaxın ətrafı tərəfindən onun Hamburqda Putin ilə görüşündən dərhal sonra irəli sürülüb. RF Dövlət Dumasında bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.xeber100.com

İyul 26, 2017 3:38

RİA Novosti informasiya agentliyinin məlumatı

İyulun 26-na keçən gecə Fransanın cənubunda yeni təbiət yanğınları səbəbindən 10 min insan təxliyə olunub.RİA Novosti informasiya agentliyi xəbər verir ki, bu ərazidə yanğınların sahəsi 400 hektaradək genişlənib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən alov gecə yarısından etibarən Var departamentinin Lond-le-Mor və Kap Benat yaşayış məntəqələri yaxınlığında yayılmağa başlayıb.Fransanın cənub-şərqində tüğyan edən meşə yanğınlarının miqyası artaraq 3 min hektarı ötüb. Fransa hökuməti yanğınlarla mübarizəyə iki əlavə təyyarə ayırması üçün Avropa İttifaqına müraciət edib. Hazırda alovla mübarizəyə 19 xüsusi təyyarə və yanğınsöndürmə xidmətinin iki mindən çox əməkdaşı cəlb olunub.xeber100.com

İyul 26, 2017 3:32

“Moto Z2 Force” smartfonu rəsmən təqdim edilib

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib.“Life” resursu xəbər verir ki, “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib.Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub.Bundan əlavə, suyadavamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb.ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan başlanılması planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.xeber100.com

İyul 26, 2017 3:29

CNN telekanalının məlumatına görə…

ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.CNN telekanalı xəbər verir ki, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir. Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.xeber100.com

İyul 26, 2017 3:26

“GulfNews” yazır…

Birləşmiş Ərəb Əmirliklərinin “GulfNews” nəşrinin yazdığına görə, Dubayda yeni texnologiya - yeməyin və fərdi sifarişlərin pilotsuz uçuş aparatlarının köməyi ilə mənzil başına çatdırılması texnologiyası sınaqdan çıxarılacaq.Gözlənildiyinə görə, yerli “Space Autonomous Drones” və ABŞ-ın “Skycart” şirkətləri tərəfindən işlənib hazırlanmış “ağıllı xidmət” logistika servisində çevriliş edəcək. Dronlar supermarket və restoranlardan çəkisi beş kiloqramdan çox olmayan malları sifarişdən sonra bir göz qırpımında bütün BƏƏ ərazisi boyu mənzil başına çatdıracaq.Bildirilir ki, servis rəsmi surətdə 2018-ci və ya 2019-cu ildə işə salınacaq.xeber100.com

İyul 25, 2017 4:08

“BİAS-2017” aviaşousu keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə Aurel Vlayku adına Baneasa Beynəlxalq Aeroportunda “BİAS-2017” (Bucharest İnternational Air Show) aviaşousu keçirilib.Azərtac tədbirin rəsmi səhifəsi bias.aero-ya istinadən xəbər verir ki, artıq 9-cu dəfə təşkil olunan tədbirə müxtəlif ölkələrdən 200-dən çox elit pilot və paraşütçü qatılıb, həmçinin 100-dən çox mülki və hərbi təyyarə nümayiş olunub. Paralel olaraq Baneasa Beynəlxalq Aeroportunda aviatexnika istehsalçılarının “General Aviation Exhibition” sərgisi də keçirilib.“BIAS-2017” çərçivəsində Rumıniya da daxil olmaqla, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, ABŞ, Türkiyə və Litvanın hərbi hava qüvvələrinin nümayəndələri heyranedici hava manevrləri göstəriblər.Builki aviaşou Rumıniya Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilmiş “F-16 Fighting Falcon” təyyarələrinin istifadəyə verilməsinə həsr olunub. Bu təyyarələrlə bərabər, aviaşou çərçivəsində “MIG 21 Lancer”, “C 130 Hercules”, “C 27 Spartan” təyyarələri, həmçinin hava polisi və hava desantları tamaşaçılara maraqlı şou göstəriblər.xeber100.com

İyul 24, 2017 4:57
    Page 163 of 299« First«...102030...161162163164165...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az