23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“ROG Zephyrus” adlı noutbukun satışı başlayıb

“Asus” şirkəti “ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçı bəyan edir ki, “ROG Zephyrus” qurğusu “Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 millimetrdir. Müqayisə üçün, “MacBook Pro” noutbukunun qalınlığı 15,5 millimetrdir.Azərtac xəbər verir ki, yeni noutbuk “Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və “Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.“ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri “Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.Klaviatura eyni anda 30-dək toxunuşu “tanıyır” və “Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir.512 giqabaytlıq SSD daşıyıcı ilə təchiz edilmiş “ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir.xeber100.com

İyul 14, 2017 1:05

“The Financial Times” qəzeti yazır…

Böyük Britaniya ilk dəfə olaraq “Brexit”lə əlaqədar Avropa İttifaqı qarşısında maliyyə öhdəliklərinin olduğunu etiraf edib.“The Financial Times” qəzeti xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Londonun bu addımı gələn həftə Brüsseldə “Brexit”lə bağlı başlayacaq danışıqlarda genişmiqyaslı münaqişənin qarşısını ala bilər.Britaniya hökuməti iyulun 13-də parlamentə yönəldilən “maliyyə tənzimləməsi” məsələsinə dair yazılı bəyanatda etiraf edir ki, “Böyük Britaniyanın Avropa İttifaqı, Avropa İttifaqının isə Böyük Britaniya qarşısında öhdəlikləri var və bu məsələləri mütləq həll etmək lazımdır”.“Bu bəyanatda Böyük Britaniya əvvəlkindən fərqli olaraq çox irəli gedib, - deyə qəzetə müsahibəsində “Brexit”ə hazırlıq prosesində iştirak edən avropalı diplomatlardan biri bildirib. Bu addım gələn həftə “elektroşoker zərbəsinin” qarşısını alacaq”.Bildirilir ki, Brüssel bir qədər əvvəl Böyük Britaniyanın bloku tərk etdiyi üçün “boşanma cəriməsini” 100 milyard avro dəyərində qiymətləndirmişdi.xeber100.com

İyul 14, 2017 1:01

Yaponiya hökuməti Şimali Koreyaya etirazını bildirib

Yaponiya ötən həftə ona məxsus iqtisadi zonada Şimali Koreya gəmisinin heyəti tərəfindən patrul gəmisinə silah yönəldilməsi ilə əlaqədar bu ölkəyə etirazını bildirib. NHK telekanalının yaydığı məlumata görə, etiraz Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreya tərəfinə çatdırılıb.Telekanalın bildirdiyinə görə, hadisə iyulun 7-də baş verib. Şimali Koreya bayrağı altında üzən gəmi Yaponiyanın Balıqçılıq İdarəsinin patrul gəmisi tərəfindən Yapon dənizində qeydə alınıb. Yaponiyanın patrul gəmisi həmin gəmiyə yaxınlaşdığı zaman heyət üzvləri odlu silahı patrul gəmisinə yönəldərək oradakıları hədəfə alıblar. Bildirildiyinə görə, hadisə zamanı atəş açılmayıb.Son vaxtlar Şimali Koreyanın raket sınaqları ilə bağlı iki ölkə arasında münasibətlər xeyli gərginləşib.xeber100.com

İyul 13, 2017 2:40

France Press agentliyinin məlumatı

Kamerunda terrorçu-kamikadzelərin törətdiyi iki partlayış azı 14 nəfərin həyatına son qoyub.Bu barədə France Press agentliyi ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, partlayışlar Nigeriya ilə sərhədin yaxınlığında yerləşən Vaza şəhərinin izdihamlı hissəsində törədilib. Hücumun “Boko Haram” qruplaşmasının yaraqlıları tərəfindən təşkil edildiyi ehtimal olunur.Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşması təhsilin Avropa modelinə qarşı çıxış edir və bütün ölkədə şəriət qanunlarının tətbiqinə nail olmaq istəyir. Qruplaşma Niger, Kamerun və Çadın ona qarşı yönəlmiş hərbi kampaniyasına cavab olaraq, bu ölkələrdə müntəzəm terror aktları həyata keçirir. Dünən Nigeriyanın dörd rayonunda 20-dək insanın ölümü, 23 nəfərin yaralanması ilə nəticələnmiş silsilə partlayışlar törədilib.xeber100.com

İyul 13, 2017 2:33

Kyodo agentliyinin məlumatına əsasən…

Kyodo agentliyinin yaydığı məlumata əsasən, Yaponiya hökumətinin tərkibində avqustda aparılacaq dəyişikliklər zamanı ciddi yerdəyişmələr gözlənilir. Belə ki, xarici işlər naziri Fumio Kişida hökumətin tərkibində aparılacaq yerdəyişmələr zamanı vəzifəsini tərk edəcəyini bildirib. Bundan sonra onun hakim Liberal Demokratik Partiyada (LDP) aparıcı mövqelərdən birini tutacağı gözlənilir.Məlumatda qeyd edilir ki, xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə 2012-2014-cü illərdə iqtisadiyyat, ticarət və sənaye naziri olmuş Toşimitsu Moteqi təyin edilə bilər.Kyodonun bildirdiyinə görə, avqust dəyişiklikləri zamanı müdafiə naziri Tomimi İnada və ədliyyə naziri Katsutoşi Kaneda da vəzifələrindən gedəcəklər. Bununla yanaşı, hökumətdə aparıcı mövqelərə malik olan Baş nazirin müavini, maliyyə naziri Taro Asonun və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın vəzifələrini saxlayacağı gözlənilir. Ümumilikdə isə dəyişikliklərin hökumətin tam yarısını əhatə edəcəyi bildirilir.xeber100.com

İyul 12, 2017 2:09

“Sea Breeze-2017” genişmiqyaslı hərbi təlimləri başlanılıb

Ukraynada 16 ölkənin 3 mindən çox hərbçisinin qatıldığı “Sea Breeze-2017” genişmiqyaslı birgə hərbi təlimlərinə başlanılıb.Azərtac-ın məlumatına görə, bu barədə mətbuat konfransında Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Dimitri Quçulyak deyib.Onun sözlərinə görə, dəniz hərbi təliminin məqsədi krizis regionunun təhlükəsizliyini qorumaqdır.“Hərbi təlimlərdə 31 gəmi, qayıq, 29 təyyarə və helikopter, 3 mindən çox şəxsi heyət iştirak edir. Hərbi təlimlər Odessa və Nikolayev regionunda keçirilir”,- deyə Quçulyak əlavə edib.O qeyd edib ki, hərbi təlimlər zamanı ordunun NATO standartlarına uyğunluğu yoxlanılacaq.Təlimlər iyulun 23-nə kimi davam edəcək.xeber100.com

İyul 11, 2017 1:03

Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb

"Sberbank" pilot layihə çərçivəsində Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb."vistanews.ru" saytı xəbər verir ki, bankdan pul çıxarmaq kartdan istifadə etmədən mümkün olacaq. Bankın mətbuat xidmətinin məlumatına görə, üztanıma sistemi üçün alqoritmin hazırlanması ilə Yaponiyanın "Toshiba" şirkəti məşğul olub.Qeyd edək ki, pilot layihə çərçivəsində bu cür bankomatların quraşdırılması ilin sonunadək davam edəcək.xeber100.com

İyul 10, 2017 3:12

“RİA Novosti” agentliyinin məlumatı

Polşada Belostok və Qmin yaxınlığında aparılan tikinti zamanı İkinci Dünya müharibəsi dövrünə aid təxminən 500 kiloqram ağırlığında bomba tapılıb. Ölkənin hökumət orqanları ərazidə 10 minədək adamı təxliyə etməyə başlayıb.“RİA Novosti” xəbər verir ki, Polşa Prezidenti mətbuat konfransında bomba ilə bağlı təhlükənin olmadığını bildirsə də, onun qaldırılması və çıxarılması zamanı təhlükə yarana biləcəyini etiraf edib.Hazırda ərazidə bütün küçələr bağlanıb, bomba aparılarkən adamların harada saxlanacağı yerlər müəyyənləşdirilib. Bombanı kranla qaldıracaq, Ojişə aparıb, poliqonda zərərsizləşdirəcəklər.xeber100.com

İyul 9, 2017 7:42

Almaniyada keçirilən G20 sammiti çərçivəsində…

İndoneziya və ABŞ ticari–iqtisadi əməkdaşlığı genişləndirəcək. Bu barədə Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşən İndoneziya Prezidenti Coko Vidodo və ABŞ Prezidenti Donald Tramp bəyan ediblər.ABŞ və İndoneziya arasında danışıqları yüksək qiymətləndirən D.Tramp deyib: “Biz artıq dost olmuşuq. Birlikdə çoxsaylı sazişlər, ticarət sövdələşmələri imzalamağa hazırlaşırıq. Ticari nümayəndələrimiz buradadırlar və biz İndoneziya ilə böyük ticarətə başlayacağıq”.C.Vidodo ABŞ Prezidentinə “İndoneziyadakı çoxsaylı pərəstişkarlarının hərarətli salamlarını” çatdıraraq deyib: “Onları yalnız bir şey maraqlandırır: Sizi nə zaman şəxsən İndoneziyada salamlayacaqlar”.D.Tramp bunun cavabında İndoneziyaya getmək istəyini ifadə edib.xeber100.com

İyul 9, 2017 7:36

NHK telekanalının məlumatına əsasən…

Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Şimali Koreyaya qarşı təzyiqləri artırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammiti ərəfəsində, iyulun 6-da Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreyanın dövlət başçısı Munçje İn ilə görüşüb.NHK telekanalının yaydığı məlumata görə, bu, Yaponiya, ABŞ və Cənubi Koreya liderlərinin ötən ilin martından bəri ilk yüksək səviyyəli görüşləridir.Söhbət zamanı Ş.Abe Şimali Koreyanın bəyan etdiyi uğurlu qitələrarası raket sınağı barədə danışıb. Baş nazir deyib ki, bu, Pxenyanın beynəlxalq ictimaiyyətin tələblərinə ciddi cavab vermək niyyətində olmadığını təsdiq edir.Ş.Abe əlavə edib ki, beynəlxalq ictimaiyyət raket buraxılışına görə Şimali Koreyaya təzyiqləri artırmalıdır. Dialoq naminə dialoq aparmaq mənasızdır və Pxenyanı ciddi şəkildə danışıqlara məcbur etmək üçün təzyiqləri artırmaq lazımdır.xeber100.com

İyul 7, 2017 3:05
    Page 166 of 299« First«...102030...164165166167168...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az