05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Əməkdaşlıq fondunun yaradılması barədə saziş imzalanıb

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) və Çin İnkişaf Bankı (China Development Bank "CDB") Rusiya-Çin investisiya əməkdaşlığı fondunun yaradılması barədə razılığa gəliblər."lenta.ru" xəbər verir ki, investisiya fondunun həcmi 68 milyard yuan (10 milyard dollar) təşkil edəcək. Fondun yaradılması haqqında saziş Moskvada Rusiya Prezidenti Vladimir Putinin və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə RBİF və CDB rəhbərləri arasında imzalanıb.Qeyd edək ki, mayın 15-də Çin və Rusiya 100 milyard yuan (təxminən 14,5 milyard dollar) həcmində birgə Regional İnkişaf və Əməkdaşlıq İnvestisiya Fondu yaratmaq qərarına gəliblər. Fond Rusiya uzaq şərqindəki və Çinin şimal-şərq rayonlarında həyata keçirilən layihələri maliyyələşdirəcək.

İyul 5, 2017 2:16

Associated Press informasiya agentliyinin məlumatı

Hindistanın şimal-şərqində yağışlar mövsümü ilə əlaqədar başlayan daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 20 nəfər həlak olub.Associated Press informasiya agentliyi xəbər verir ki, Assam ştatının fövqəladə vəziyyətlər departamentinin məlumatına əsasən, onların əksəriyyəti bataqlıqda və dağılan evlərin altında qalaraq həyatını itirib.Son iki həftə ərzində davam edən leysan yağışları Brahmaputra çayının məcrasından çıxmasına səbəb olub. Nəticədə Assam ştatında 750 kəndin 400 min sakini evlərini tərk etmək məcburiyyətində qalıb.xeber100.com

İyul 5, 2017 2:03

NHK telekanalının məlumatına görə…

Yaponiyanın cənubundakı Kumamoto prefekturasının 10 mindən çox sakini “Nanmadol” tufanına görə, təxliyə barədə tövsiyə alıb. NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, təcili təxliyə xəbərdarlığı alanlar arasında Aso kəndinin 700 nəfər sakini də var. Burada güclü torpaq sürüşməsi gözlənilir.Təbii fəlakət dəmir yolunun və hava nəqliyyatının hərəkətində fasilələrə səbəb olub. Kuşu adasında 43 aviareys təxirə salınıb. Bərələrin hərəkəti də dayandırılıb.Xatırladaq ki, “Nanamadol” tufanı bazar günü Okinava prefekturasının cənubunda əmələ gəlib və getdikcə qüvvətlənərək Yapon arxipelaqına doğru hərəkət edir. İyulun 4-də səhər tufan Naqsaki şəhəri tərəfdən Kyuşu adasına çatıb. Tufanın mərkəzində havanın təzyiqi 990 qektapaskal təşkil edir. Küləyin sürəti isə saniyədə 25-35 metrə bərabərdir.Şərq istiqamətində hərəkət edən tufanın iyulun 5-də səhər Tokioya çatacağı gözlənilir.xeber100.com

İyul 4, 2017 11:44

Helsinki aeroportunda aksiya keçirilib

Polisin məlumatına görə, gecəyarıdan sonra beynəlxalq terminala 70-dək nümayişçi toplaşıb. Onlar sığınacaq istəyən adamların ölkədən deportasiyasının dayandırılmasını tələb edirlər.Bundan əvvəl “Yaşamaq hüququ” təşkilatına iyulun 4-də Finlandiya hökumət orqanlarının Kabilə bir neçə vətəndaş, o cümlədən bütöv ailəni yol salacağı barədə məlumat daxil olub. İctimai hərəkatın fəalları deyiblər: “Əfqanıstanda təhlükəsizlik vəziyyəti pisləşib və güman ki, oraya qaytarılan adamlar qeyri-insani şəraitə düşəcəklər”.Finlandiya hökumətindən sığınacaq istəyənlərin çoxu İraq, Əfqanıstan və Somalidən gələnlərdir.xeber100.com

İyul 4, 2017 11:41

Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb

Krakovda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb. Açılış mərasimində Polşa Prezidenti Ancey Duda və UNESCO-nun baş direktoru İrina Bokova iştirak ediblər.Sessiyaya dünyanın müxtəlif ölkələrindən 3 min qonaq gəlib. Tədbir çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaq. Polşa mədəniyyət və milli irs naziri Pyotr Qlinskinin fikrincə, Polşa hökuməti tərəfindən təşkil edilən bu sessiya beynəlxalq miqyasda ən böyük tədbirdir.İclaslar Krakovda ICE konqres mərkəzində keçirilir. İlk növbədə, 34 məkandan hansının UNESCO-nun Dünya İrsi Siyahısına salınması barədə qərar qəbul ediləcək. Polşa tərəfdən bu, Tarnuv dağlarının yeraltı su təchizatı sistemi ilə birlikdə qurğuşun, gümüş və sink çıxarılmış qədim şaxtasıdır.Fələstinin təcili namizədliyini irəli sürdüyü qədim Hevron şəhəri, təşkilatçıların fikrincə, diskussiyalarda canlanma yaradacaq.xeber100.com    

İyul 3, 2017 12:55

5,3 bal gücündə zəlzələ baş verib

İyulun 2-ə keçən gecə Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5,3 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla gecə saat 23:45 dəqiqədə qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Regionda yerləşən “Tomari” atom elektrik stansiyasında ştatdankənar vəziyyət qeydə alınmayıb.xeber100.com

İyul 2, 2017 7:58

Yaponiyada qanunverici orqana seçkilər keçirilir

İyulun 2-də Yaponiya paytaxtının qanunverici orqanına seçkilər keçirilir. Seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.Tokio assambleyasındakı 127 yer uğrunda ümumilikdə 254 namizəd mübarizə aparır. Seçkilərdə əsas mübarizə hazırda assambleyadakı yerlərin əksəriyyətinə sahib olan Baş nazir Şinzo Abenin başçılıq etdiyi Liberal Demokratik Partiya ilə yeni “Prefektura sakinləri hər şeydən üstündür” Partiyası arasında gedir. Bu partiyaya paytaxt sakinləri arasında böyük nüfuza malik olan Tokio qubernatoru Yuriko Koike rəhbərlik edir. Son məlumatlara görə, hazırda mübarizə bərabər səviyyədə davam edir.Gərgin mübarizə şəraitində 2013-cü ildə keçirilən seçkilərdən fərqli olaraq, daha çox seçicinin məntəqələrə gələcəyi gözlənilir. Həmin vaxt seçicilərin yalnız 43,5 faizi seçkilərdə iştirak etmişdi.xeber100.com

İyul 2, 2017 7:54

“Samsung” şirkəti yeni modelini təqdim etməyi planlaşdırır

Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7 Fandom Edition" smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.Azərtac xəbər verir ki, şirkətin yaydığı məlumata görə, "Galaxy Note 7 FE" digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən "Note 7" modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar "Note 7" smartfonunu "Galaxy S8" və "S8+" modellərinin satışı üçün təhlükəli hesab edirlər."Galaxy Note 7 Fandom Edition" smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.Qeyd edək ki, "Samsung" şirkətinin ötən il təqdim etdiyi "Galaxy Note 7" smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli "Exynos 8890" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.xeber100.com

İyun 30, 2017 1:31

ABŞ genişmiqyaslı hərbi təlimlərə başlayıb

Avstraliya və ABŞ genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar.Təlimlərdə ABŞ və Avstraliyanın 33 min hərbçisinin iştirak etdiyi bildirilir. Avstraliyaya məxsus ərazi sularında keçiriləcək təlimlər bir ay çəkəcək. Təlimlər zamanı həm dənizdə, həm də havada əməliyyatların keçiriləcəyi planlaşdırılır.ABŞ-ın Sakit okean komandanlığının rəhbəri Qarri Harrisin sözlərinə görə, təlimlər Cənub-Çin dənizindəki mübahisəli adalarla əlaqədar mübahisələrin gərginləşməsi fonunda keçirilir.Çinin regionun bir sıra ölkələri ilə, xüsusən Yaponiya, Vyetnam və Filippinlə dəniz sərhədləri, o cümlədən Cənub Çin və Şərqi Çin dənizlərində məsuliyyət zonaları ilə əlaqədar fikir ayrılıqları mövcuddur. Çinin qənaətinə görə, Vyetnam regionda gərginliyi artırmaq üçün ABŞ-dan istifadə etməyə çalışır.xeber100.com

İyun 30, 2017 1:28

Malayziya hökumətinin qərarına əsasən…

Malayziya hökuməti Şimali Koreya vətəndaşlarına iş üçün icazə verilməsinin dayandırılması barədə qərar qəbul edib. Kyodo agentliyinin yaydığı məlumata görə, həmin qərar cari ilin fevralında Şimali Koreya liderinin qardaşı Kim Çen Namın Kuala-Lumpur aeroportunda qətlindən sonra qəbul edilib.2017-ci ilin əvvəllərində Malayziyada Şimali Koreyanın minə yaxın vətəndaşı çalışırdı. Onların əsasən kömür şaxtalarında və tikinti meydançalarında işlədiyi bildirilir. Mayda Malayziya Kuala-Lumpurdakı Şimali Koreya restoranının işçilərinə icazəni dayandırdıqdan sonra onlar ölkəni tərk ediblər.Şimali Koreyada vətəndaşların xarici ölkələrə iş üçün göndərilməsi ölkənin əsas valyuta mənbələrindən hesab edilir. Şimali Koreya hökumətinin məlumatına əsasən, Çində təqribən bu ölkənin 90 min vətəndaşı çalışır. Onların dövlət büdcəsinə hər il təqribən bir neçə yüz milyon dollar mənfəət gətirdiyi bildirilir. Həmin vəsaitin bir hissəsi raket-nüvə proqramları üçün istifadə edilir.xeber100.com

İyun 29, 2017 12:29
    Page 167 of 299« First«...102030...165166167168169...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az