10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb

Krakovda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb. Açılış mərasimində Polşa Prezidenti Ancey Duda və UNESCO-nun baş direktoru İrina Bokova iştirak ediblər.Sessiyaya dünyanın müxtəlif ölkələrindən 3 min qonaq gəlib. Tədbir çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaq. Polşa mədəniyyət və milli irs naziri Pyotr Qlinskinin fikrincə, Polşa hökuməti tərəfindən təşkil edilən bu sessiya beynəlxalq miqyasda ən böyük tədbirdir.İclaslar Krakovda ICE konqres mərkəzində keçirilir. İlk növbədə, 34 məkandan hansının UNESCO-nun Dünya İrsi Siyahısına salınması barədə qərar qəbul ediləcək. Polşa tərəfdən bu, Tarnuv dağlarının yeraltı su təchizatı sistemi ilə birlikdə qurğuşun, gümüş və sink çıxarılmış qədim şaxtasıdır.Fələstinin təcili namizədliyini irəli sürdüyü qədim Hevron şəhəri, təşkilatçıların fikrincə, diskussiyalarda canlanma yaradacaq.xeber100.com    

İyul 3, 2017 12:55

5,3 bal gücündə zəlzələ baş verib

İyulun 2-ə keçən gecə Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5,3 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla gecə saat 23:45 dəqiqədə qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Regionda yerləşən “Tomari” atom elektrik stansiyasında ştatdankənar vəziyyət qeydə alınmayıb.xeber100.com

İyul 2, 2017 7:58

Yaponiyada qanunverici orqana seçkilər keçirilir

İyulun 2-də Yaponiya paytaxtının qanunverici orqanına seçkilər keçirilir. Seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.Tokio assambleyasındakı 127 yer uğrunda ümumilikdə 254 namizəd mübarizə aparır. Seçkilərdə əsas mübarizə hazırda assambleyadakı yerlərin əksəriyyətinə sahib olan Baş nazir Şinzo Abenin başçılıq etdiyi Liberal Demokratik Partiya ilə yeni “Prefektura sakinləri hər şeydən üstündür” Partiyası arasında gedir. Bu partiyaya paytaxt sakinləri arasında böyük nüfuza malik olan Tokio qubernatoru Yuriko Koike rəhbərlik edir. Son məlumatlara görə, hazırda mübarizə bərabər səviyyədə davam edir.Gərgin mübarizə şəraitində 2013-cü ildə keçirilən seçkilərdən fərqli olaraq, daha çox seçicinin məntəqələrə gələcəyi gözlənilir. Həmin vaxt seçicilərin yalnız 43,5 faizi seçkilərdə iştirak etmişdi.xeber100.com

İyul 2, 2017 7:54

“Samsung” şirkəti yeni modelini təqdim etməyi planlaşdırır

Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7 Fandom Edition" smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.Azərtac xəbər verir ki, şirkətin yaydığı məlumata görə, "Galaxy Note 7 FE" digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən "Note 7" modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar "Note 7" smartfonunu "Galaxy S8" və "S8+" modellərinin satışı üçün təhlükəli hesab edirlər."Galaxy Note 7 Fandom Edition" smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.Qeyd edək ki, "Samsung" şirkətinin ötən il təqdim etdiyi "Galaxy Note 7" smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli "Exynos 8890" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.xeber100.com

İyun 30, 2017 1:31

ABŞ genişmiqyaslı hərbi təlimlərə başlayıb

Avstraliya və ABŞ genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar.Təlimlərdə ABŞ və Avstraliyanın 33 min hərbçisinin iştirak etdiyi bildirilir. Avstraliyaya məxsus ərazi sularında keçiriləcək təlimlər bir ay çəkəcək. Təlimlər zamanı həm dənizdə, həm də havada əməliyyatların keçiriləcəyi planlaşdırılır.ABŞ-ın Sakit okean komandanlığının rəhbəri Qarri Harrisin sözlərinə görə, təlimlər Cənub-Çin dənizindəki mübahisəli adalarla əlaqədar mübahisələrin gərginləşməsi fonunda keçirilir.Çinin regionun bir sıra ölkələri ilə, xüsusən Yaponiya, Vyetnam və Filippinlə dəniz sərhədləri, o cümlədən Cənub Çin və Şərqi Çin dənizlərində məsuliyyət zonaları ilə əlaqədar fikir ayrılıqları mövcuddur. Çinin qənaətinə görə, Vyetnam regionda gərginliyi artırmaq üçün ABŞ-dan istifadə etməyə çalışır.xeber100.com

İyun 30, 2017 1:28

Malayziya hökumətinin qərarına əsasən…

Malayziya hökuməti Şimali Koreya vətəndaşlarına iş üçün icazə verilməsinin dayandırılması barədə qərar qəbul edib. Kyodo agentliyinin yaydığı məlumata görə, həmin qərar cari ilin fevralında Şimali Koreya liderinin qardaşı Kim Çen Namın Kuala-Lumpur aeroportunda qətlindən sonra qəbul edilib.2017-ci ilin əvvəllərində Malayziyada Şimali Koreyanın minə yaxın vətəndaşı çalışırdı. Onların əsasən kömür şaxtalarında və tikinti meydançalarında işlədiyi bildirilir. Mayda Malayziya Kuala-Lumpurdakı Şimali Koreya restoranının işçilərinə icazəni dayandırdıqdan sonra onlar ölkəni tərk ediblər.Şimali Koreyada vətəndaşların xarici ölkələrə iş üçün göndərilməsi ölkənin əsas valyuta mənbələrindən hesab edilir. Şimali Koreya hökumətinin məlumatına əsasən, Çində təqribən bu ölkənin 90 min vətəndaşı çalışır. Onların dövlət büdcəsinə hər il təqribən bir neçə yüz milyon dollar mənfəət gətirdiyi bildirilir. Həmin vəsaitin bir hissəsi raket-nüvə proqramları üçün istifadə edilir.xeber100.com

İyun 29, 2017 12:29

Milli Birlik Günü qeyd edildi

Tacikistanın Milli Birlik Günü münasibətilə Prezident Emoməli Rəhmon Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.Tacikistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.xeber100.com

İyun 28, 2017 5:16

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən…

İyunun 28-də Yaponiyanın Baş naziri Şinzo Abe ilə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tərəflər regiondakı vəziyyət və iki dövlət arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Baş nazir Qətər ətrafında son vaxtlar cərəyan edən hadisələrə toxunaraq regionda sabitliyin qorunmasının böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, terrorçuluqla və ekstremizmlə mübarizənin gücləndiyi bir vaxtda ərəb dövlətləri arasında baş verən mübahisələr dialoq yolu ilə həll edilməlidir. Baş nazir əlavə edib ki, Yaponiya Küveytin vasitəçilik missiyasını dəstəkləyir və problemin sülh yolu ilə həllinə tərəfdardır.Şeyx Təmim bin Həməd Al Tani bildirib ki, Qətər Dövləti Yaponiya ilə münasibətlərə xüsusi önəm verir və baş verənlərə baxmayaraq, Gündoğar ölkəyə enerji daşıyıcılarının çatdırılmasında heç bir problem olmayacaq. Əmir əlavə edib ki, qonşu ölkələrlə münasibətlərə gəlincə, Qətər vəziyyətin kəskinləşməsini istəmir və problemin sülh yolu ilə həllinə tərəfdardır.xeber100.com

İyun 28, 2017 5:06

“Google” şirkəti 2,42 milyard avro məbləğində cərimələnib

Avropa Komissiyası “Google” şirkətini 2,42 milyard avro məbləğində cərimələyib.“lefigaro.fr” saytı bildirir ki, buna səbəb şirkətin rəqabət qaydalarını pozmasıdır. Bildirilir ki, şirkət axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edirmiş.Qeyd edək ki, bu, Avropa Komissiyasının kəsdiyi ən böyükməbləğli cərimədir. Bundan əvvəl komissiya 2009-cu ildə ABŞ-ın nəhəng kompüter çipi istehsalçısı “İntel”i 1,06 milyard dollar məbləğində cərimə etmişdi.xeber100.com

İyun 27, 2017 5:52

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 1300 nəfərin həyatına son qoyub.Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilat tərəfindən yayılıb. Məlumatda vurğulanır ki, son iki ayda vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb. Ölənlərin dörddə biri uşaqlardır.Bunda əvvəl BMT-nin Uşaq Fondunun Yəməndəki nümayəndəsi bəyan edib ki, ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 300 minədək arta bilər.xeber100.com

İyun 26, 2017 10:49
    Page 169 of 301« First«...102030...167168169170171...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az