05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Dünya İqtisadi Forumunun illik Asiya sammiti keçiriləcək

İyunun 27-29-da Çinin Dalyan şəhərində Dünya İqtisadi Forumunun illik Asiya sammiti keçiriləcək.“Yay Davosu” adlandırılan sammitdə 90-dan çox ölkədən 2000-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcəklər. Sammitdə innovasiya, elm və texnologiyanın inkişafının iqtisadi proseslərə təsiri məsələləri müzakirə olunacaq.Qeyd edək ki, “Yay Davosu” 2007-ci ildən bəri təşkil edilir.xeber100.com

İyun 22, 2017 3:39

Avropa İttifaqının sammiti işə başlayıb

Təhlükəsizlik və müdafiə, miqrasiya böhranı, Brexit Avropa İttifaqının (Aİ) iyunun 22-23-də Brüsseldə keçiriləcək növbəti sammitinin başlıca mövzularıdır. Aİ liderləri ilk növbədə Avropanın sığınacaq vermək sistemində islahatlar prosesinə başlamaq və birgə müdafiə fondunun yaradılması barədə razılığa gəlmək niyyətindədirlər. Şimali Avropa qaz kəmərinin gücünün iki dəfə artırılması layihəsi daha bir müzakirə mövzusu ola bilər.Avropa Komissiyasının nümayəndəsi sammitin gündəliyi barədə jurnalistlərə məlumat verərək bildirib ki, məhz təhlükəsizlik və müdafiə sahəsini son dərəcə əhəmiyyətli sayır. Brüsselin fikrincə, mövcud xarici və daxili təhlükələr fonunda avropalılar sadəlövhlükdən əl çəkməli və elə düşünməməlidirlər ki, hər kəs öz təhlükəsizliyini təkbaşına təmin edə bilər. Avropa Komissiyasının yüksək vəzifəli məmuru deyib: “Biz həm müdafiə sahəsində, həm də daxili təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı məsələlərdə səylərimizi lap çox artırmalıyıq”.xeber100.com

İyun 22, 2017 3:33

Belçikada qatarların hərəkəti müvəqqəti dayandırılıb

Belçika polisi Brüsselin mərkəzi dəmir yol vağzalında özünü partlatmaq istəyən kamikadzeni zərərsizləşdirib.RİA Novosti agentliyi xəbər verir ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır. Hadisə ilə əlaqədar qatarların hərəkəti müvəqqəti dayandırılıb.Öldürülən şəxsin üzərində partladıcı kəmər olub. Hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.Polis vəziyyətin nəzarət alında olduğunu bildirib.xeber100.com

İyun 21, 2017 12:23

Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında…

Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, ölkənin Avropa İttifaqından (Aİ) çıxmaq üzrə dövlət katibi David Davis “Brexit” danışıqlarına başlamaq üçün Brüsselə səfər edib.Bildirilib ki, artıq Aİ ilə yeni və xüsusi münasibətlər qurmağa başlamaq lazımdır. Aİ ilə Britaniya arasında ortaq dəyərlər və maraqlar mövcuddur. Bizi birləşdirən amillər daha çoxdur. Qarşıda “Brexit” üçün bizi çətin danışıqların gözləməsinə baxmayaraq, hər iki tərəfin ortaq dəyərlərimiz və vətəndaşlarımızın rifahı naminə ən uyğun razılaşmalar əldə edəcəyinə əminik. Bunları nəzərə alaraq, danışıqlarımıza pozitiv və konstruktiv başlamağa üstünlük veririk.xeber100.com

İyun 20, 2017 12:42

Fransa Daxili İşlər Nazirliyinin məlumatı

Fransada keçirilən son parlament seçkilərində qadınların sayı rekord həddə - 223-ə çatıb. İndiyədək Fransada qanunverici orqana seçilən qadınların sayı 155-dən çox olmayıb.Yeni formalaşacaq parlamentdə qadın deputatların 47 faizi “İrəli, Respublika” hərəkatını, 46 faizi Demokratik Hərəkat partiyasını, 38 faizi Sosialistləri, 25 faizi Milli Cəbhəni, 23 faizi Respublikaçıları, 20 faizi Kommunistləri, 17 faizi Müstəqillər və Demokratlar Birliyini təmsil edəcək.Fransa Daxili İşlər Nazirliyinin iyunun 19-da yaydığı məlumata əsasən, “İrəli, Respublika” hərəkatı 42,82, Respublikaçılar 22,33, Milli Cəbhə 8,95, Demokratik Hərəkat 6,11, Sosialistlər 5,62, “Fəth edilməyən Fransa” 4,70 faiz, Müstəqillər və Demokratlar Birliyi 3,09, sağçı partiyalar 1,72, solçu partiyalar 1,41, Kommunist partiyası 1,24 faiz, Regionçular partiyası 0,78, radikal sollar 0,37, Ekolojistlər 0,11, radikal sağçılar 0,11, digər kiçik partiyalar isə 0,53 faiz səs toplayıb.xeber100.com

İyun 19, 2017 12:52

RİA Novosti agentliyinin məlumatına görə…

Almaniya polisi Ştutqart şəhər aeroportunda Bolqarıstan marşrutu üzrə uçan təyyarədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.RİA Novosti agentliyi bildirir ki, bu barədə “Stuttgarter Zeitung” nəşri məlumat yayıb.Bildirilir ki, saxlanılanların həqiqətən terror aktı törətmək və ya zarafat etmək niyyətində olduqları hələlik məlum deyil. Şübhəlilərin yaşı və milli mənsubiyyətləri barədə də heç bir məlumat verilmir.xeber100.com

İyun 18, 2017 8:18

ABŞ Dövlət Departamenti dövlət çevrilişi haqqında sənəd yayıb

ABŞ Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb.İran mətbuatının məlumatına görə, bu sənəd baş vermiş çevrilişin arxasında ABŞ-ın dayandığını göstərir. Sənədə görə, həmin dövrdə İranın Baş naziri Məhəmməd Mosəddeqi devirib yerinə “sözəbaxan” birini gətirmişdilər. Çevrilişə səbəb isə ondan ibarət idi ki, M.Mosəddeq İranın neft sənayesini milliləşdirmək istəyirdi.M.Mosəddeq Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək Qərb şirkətləri ilə imzalanmış neft müqavilələrinin ləğv edilməsi haqqında iddia qaldırmışdı. Beynəlxalq məhkəmə İranın haqlı olduğunu bildirmiş və Baş nazirin iddiasını təmin etmişdi. Məhz bundan sonra ABŞ İranda dövlət çevrilişi hazırlayıb həyata keçirmişdi.xeber100.com

İyun 17, 2017 6:52

Rai News 24 telekanalının məlumatı

Nəqliyyat sektoru işçilərinin ümummilli tətili İtaliyanın böyük şəhərlərində hərəkəti iflic edib.Azərtac xəbər verir ki, Rai News 24 telekanalının yaydığı məlumata görə, Alitalia milli aviaşirkəti etiraz aksiyası ilə əlaqədar 160 yerli və beynəlxalq reysi ləğv etməyə məcbur olub. Ölkənin böyük aeroportlarında sərnişinlərə öz reysləri haqqında informasiyanı dəqiqləşdirmək tövsiyə edilir.İyirmi dörd saatlıq tətil ictimai nəqliyyatın bütün sahələrini – metronu, yerüstü nəqliyyatı, habelə dəmir yollarını əhatə edir. Ən çox fasilələr şəhərətrafı elektrik qatarlarının hərəkətində gözlənilir. Bununla yanaşı, Trenitalia dövlət dəmir yolları sürət qatarlarının hərəkət cədvəlinə əməl olunacağına zəmanət verir.Nəqliyyat sektorunun həmkarlar ittifaqları hökumətin sərnişin daşımaları sahələrinin özəlləşdirilməsi və liberallaşdırılması planlarına qarşı çıxırlar.xeber100.com

İyun 16, 2017 12:58

“Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsi təsdiq edilib

Rusiya hökuməti nəzdində qanunvericilik komissiyası ölkədə “Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsini təsdiq edib. Bu barədə RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.Bu qanun tətbiq edildikdən sonra Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrin Rusiyadan alış-veriş edən vətəndaşları da ölkədən çıxarkən malın qiymətindən ƏDV-ni geri alacaqlar.Eyni zamanda, Rusiya şirkətlərinin əcnəbi vətəndaşlara təklif etdiyi xidmətlərin dəyərinə də ƏDV əlavə olunması aradan götürülür.xeber100.com

İyun 14, 2017 10:36

NATO İspaniyadan hərbi xərcləri iki dəfə artırmasını tələb edir

İspaniya Hökumətinin hərbi xərcləri hər il azaldaraq son 5 ildə 20 faiz ixtisar etməsi NATO-nu narahat edir. Hazırda İspaniya Krallığı orduya ən az maliyyə vəsaiti ayıran NATO üzvlərindəndir.Hökumət 2012-ci ildə hərbi məqsədlərə 8,7 milyard, 2016-cı ildə isə cəmi 7 milyard avro ayırıb. Bu rəqəm ölkənin ÜDM-in 0,63 faizi qədərdir. NATO-nun tələbinə görə isə üzv ölkələr malik olduqları ÜDM-in 2 faizi qədər pulu hərbi xərclərə yönləndirməlidirlər.NATO İspaniyadan 2025-ci ilə qədər hərbi xərcləri iki dəfə artırmasını istəyir.xeber100.com

İyun 14, 2017 10:32
    Page 169 of 299« First«...102030...167168169170171...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az