10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Fransa Daxili İşlər Nazirliyinin məlumatı

Fransada keçirilən son parlament seçkilərində qadınların sayı rekord həddə - 223-ə çatıb. İndiyədək Fransada qanunverici orqana seçilən qadınların sayı 155-dən çox olmayıb.Yeni formalaşacaq parlamentdə qadın deputatların 47 faizi “İrəli, Respublika” hərəkatını, 46 faizi Demokratik Hərəkat partiyasını, 38 faizi Sosialistləri, 25 faizi Milli Cəbhəni, 23 faizi Respublikaçıları, 20 faizi Kommunistləri, 17 faizi Müstəqillər və Demokratlar Birliyini təmsil edəcək.Fransa Daxili İşlər Nazirliyinin iyunun 19-da yaydığı məlumata əsasən, “İrəli, Respublika” hərəkatı 42,82, Respublikaçılar 22,33, Milli Cəbhə 8,95, Demokratik Hərəkat 6,11, Sosialistlər 5,62, “Fəth edilməyən Fransa” 4,70 faiz, Müstəqillər və Demokratlar Birliyi 3,09, sağçı partiyalar 1,72, solçu partiyalar 1,41, Kommunist partiyası 1,24 faiz, Regionçular partiyası 0,78, radikal sollar 0,37, Ekolojistlər 0,11, radikal sağçılar 0,11, digər kiçik partiyalar isə 0,53 faiz səs toplayıb.xeber100.com

İyun 19, 2017 12:52

RİA Novosti agentliyinin məlumatına görə…

Almaniya polisi Ştutqart şəhər aeroportunda Bolqarıstan marşrutu üzrə uçan təyyarədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.RİA Novosti agentliyi bildirir ki, bu barədə “Stuttgarter Zeitung” nəşri məlumat yayıb.Bildirilir ki, saxlanılanların həqiqətən terror aktı törətmək və ya zarafat etmək niyyətində olduqları hələlik məlum deyil. Şübhəlilərin yaşı və milli mənsubiyyətləri barədə də heç bir məlumat verilmir.xeber100.com

İyun 18, 2017 8:18

ABŞ Dövlət Departamenti dövlət çevrilişi haqqında sənəd yayıb

ABŞ Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb.İran mətbuatının məlumatına görə, bu sənəd baş vermiş çevrilişin arxasında ABŞ-ın dayandığını göstərir. Sənədə görə, həmin dövrdə İranın Baş naziri Məhəmməd Mosəddeqi devirib yerinə “sözəbaxan” birini gətirmişdilər. Çevrilişə səbəb isə ondan ibarət idi ki, M.Mosəddeq İranın neft sənayesini milliləşdirmək istəyirdi.M.Mosəddeq Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək Qərb şirkətləri ilə imzalanmış neft müqavilələrinin ləğv edilməsi haqqında iddia qaldırmışdı. Beynəlxalq məhkəmə İranın haqlı olduğunu bildirmiş və Baş nazirin iddiasını təmin etmişdi. Məhz bundan sonra ABŞ İranda dövlət çevrilişi hazırlayıb həyata keçirmişdi.xeber100.com

İyun 17, 2017 6:52

Rai News 24 telekanalının məlumatı

Nəqliyyat sektoru işçilərinin ümummilli tətili İtaliyanın böyük şəhərlərində hərəkəti iflic edib.Azərtac xəbər verir ki, Rai News 24 telekanalının yaydığı məlumata görə, Alitalia milli aviaşirkəti etiraz aksiyası ilə əlaqədar 160 yerli və beynəlxalq reysi ləğv etməyə məcbur olub. Ölkənin böyük aeroportlarında sərnişinlərə öz reysləri haqqında informasiyanı dəqiqləşdirmək tövsiyə edilir.İyirmi dörd saatlıq tətil ictimai nəqliyyatın bütün sahələrini – metronu, yerüstü nəqliyyatı, habelə dəmir yollarını əhatə edir. Ən çox fasilələr şəhərətrafı elektrik qatarlarının hərəkətində gözlənilir. Bununla yanaşı, Trenitalia dövlət dəmir yolları sürət qatarlarının hərəkət cədvəlinə əməl olunacağına zəmanət verir.Nəqliyyat sektorunun həmkarlar ittifaqları hökumətin sərnişin daşımaları sahələrinin özəlləşdirilməsi və liberallaşdırılması planlarına qarşı çıxırlar.xeber100.com

İyun 16, 2017 12:58

“Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsi təsdiq edilib

Rusiya hökuməti nəzdində qanunvericilik komissiyası ölkədə “Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsini təsdiq edib. Bu barədə RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.Bu qanun tətbiq edildikdən sonra Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrin Rusiyadan alış-veriş edən vətəndaşları da ölkədən çıxarkən malın qiymətindən ƏDV-ni geri alacaqlar.Eyni zamanda, Rusiya şirkətlərinin əcnəbi vətəndaşlara təklif etdiyi xidmətlərin dəyərinə də ƏDV əlavə olunması aradan götürülür.xeber100.com

İyun 14, 2017 10:36

NATO İspaniyadan hərbi xərcləri iki dəfə artırmasını tələb edir

İspaniya Hökumətinin hərbi xərcləri hər il azaldaraq son 5 ildə 20 faiz ixtisar etməsi NATO-nu narahat edir. Hazırda İspaniya Krallığı orduya ən az maliyyə vəsaiti ayıran NATO üzvlərindəndir.Hökumət 2012-ci ildə hərbi məqsədlərə 8,7 milyard, 2016-cı ildə isə cəmi 7 milyard avro ayırıb. Bu rəqəm ölkənin ÜDM-in 0,63 faizi qədərdir. NATO-nun tələbinə görə isə üzv ölkələr malik olduqları ÜDM-in 2 faizi qədər pulu hərbi xərclərə yönləndirməlidirlər.NATO İspaniyadan 2025-ci ilə qədər hərbi xərcləri iki dəfə artırmasını istəyir.xeber100.com

İyun 14, 2017 10:32

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə…

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə, Sinqapurun Çanqi aeroportu dünyanın ən yaxşı hava limanı hesab olunub.Interfax informasiya agentliyi xəbər verir ki, siyahıdakı 76 aeroport arasında ikinci yeri Münxen, üçüncü yeri Honkonq beynəlxalq aeroportu tutub. Hər üç hava limanı xidmətin keyfiyyətinə görə 10 baldan 10-unu alıb. Qiymətləndirmə zamanı reyslərin vaxtında yola salınması və qəbul edilməsi, habelə aeroportlardan sərnişinlərin Twitter sosial şəbəkəsində yerləşdirdikləri 130 min məlumatın təhlili nəzərə alınıb.Reytinqin ilk onluğuna, həmçinin Kopenhagen, Helsinki, Sinsinatti, Barselona, Madrid, Oklend və Frankfurt aeroportları daxil olub.AirHelp qeyd edir ki, tədqiqatın gedişində sərnişinlərin aeroportlarda uzun növbələrdən, yeməyin aşağı keyfiyyətindən və reyslərin yubanmasından daha tez-tez şikayətləndikləri üzə çıxıb.xeber100.com

İyun 14, 2017 10:29

Yaponiya hökumətindən çağırış…

Yaponiya hökuməti yaşlı sürücülər tərəfindən yol nəqliyyat hadisələrinin sayının artması ilə əlaqədar istehsalçı şirkətləri avtomobillərin təhlükəsizliyini yüksəltməyə çağırıb.Hökumətin dərc etdiyi “Yol hərəkətinin təhlükəsizliyi barədə Ağ kitab”da qeyd edilir ki, son vaxtlar yaşı 75-dən yuxarı olan sürücülər tərəfindən ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayı artıb.Hesabatda bildirilir ki, bu hadisələrin təqribən 30 faizi sürücülərin səhvən əyləc pedalı əvəzinə sürət pedalını basması səbəbindən baş verir.Sənəd istehsalçı şirkətlərə avtomatik əyləc mexanizminin qurulması daxil olmaqla avtomobillərin təhlükəsizliyini yüksəltməyi və bununla da yaşlı insanlar tərəfindən qəzaların törədilməsinin qarşısını almağı tövsiyə edir.xeber100.com

İyun 14, 2017 10:26

Reuters agentliyinin məlumatına görə…

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də hələ ki, məlum deyil.Xatırladaq ki, bu gün Londonun qərbində çoxmənzilli Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə 40 yanğınsöndürən və xidmətin 200 əməkdaşı cəlb olunub. Britaniya paytaxtının təcili yardım xidməti yanğından zərər çəkmiş insanların sayının 50 nəfərə çatdığını bildirib.xeber100.com

İyun 14, 2017 10:22

France Presse agentliyinin məlumatı

Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 57 nəfərədək artıb.France Presse agentliyinin yaydığı məlumata görə, Banqladeşin şərq hissəsi iyunun 12-dən etibarən güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri zərər çəkib. Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti pozulub.Polisin məlumatına əsasən, Ranqamati dairəsində torpaq sürüşməsi yaşayış binasında 35 nəfərin həyatına son qoyub. Daha 6 nəfər, o cümlədən 3 uşaq Bandarbanda, 16 nəfər isə Çittaqonq şəhəri rayonunda həlak olub.Ölənlərin sayının artacağı istisna olunmur. Hazırda xilasedicilər təbii fəlakət nəticəsində zərər çəkmiş çətin keçilən rayonlara çatmağa çalışırlar.Xatırladaq ki, Banqladeşdə musson yağışlar mövsümü iyundan sentyabradək davam edir.xeber100.com

İyun 13, 2017 12:46
    Page 171 of 301« First«...102030...169170171172173...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az