Dünən Tehranda törədilmiş terror hücumları nəticəsində həlak olanların sayı 17 nəfərədək artıb.Tasnim agentliyi xəbər verir ki, ilkin olaraq 13 nəfərin öldüyü, 52 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.Xatırladaq ki, iyunun 7-də İranın paytaxtı Tehranda eyni vaxtda iki terror hücumu həyata keçirilib. İki terrorçu Ayətullah Xomeyninin türbəsinə soxulub. Onlardan biri özünü partladıb, digəri polis əməkdaşları ilə atışmada öldürülüb. Bundan əlavə, dörd nəfərlik qrup parlament binasına hücum edərək yuxarı mərtəbələrədək qalxıb. Hücum edənlərdən üçü xüsusi xidmət orqanlar tərəfindən öldürülüb, biri isə özünü partladıb.Məlumatlara görə, həmin gün polis planlaşdırılan daha bir terror hücumunun qarşısını ala bilib.xeber100.com