03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS informasiya agentliyinin məlumatı

Mançester polisi stadionda baş verən terror aktı ilə bağlı şübhəli bilinən 23 yaşlı şəxsin saxlanılması faktını təsdiqləyib.TASS informasiya agentliyi xəbər verir ki, bir qədər əvvəl “Manchester Evening News” qəzeti hadisə ilə əlaqədar bir neçə nəfərin həbs olunduğu ilə bağlı məlumat yaymışdı. Bu informasiya hökumət orqanları tərəfindən öz təsdiqini tapmayıb.Xatırladaq ki, ötən gecə yerli vaxtla təxminən saat 22:35-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının foyesində işə salınıb. Son məlumata əsasən, terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.Terror aktı ilə əlaqədar Britaniyanın bütün siyasi partiyaları seçkiqabağı kampaniyalarını dayandırıb.xeber100.com

May 23, 2017 3:03

Türkiyənin “Yeriyən Köşk”ü UNESCO-nun siyahısına daxil ediləcək

Türkiyənin Yalova şəhərindəki “Yeriyən Köşk” UNESCO-nun Dünya İrsi siyahısına daxil ediləcək.CNN Türkə istinadla xəbər verir ki, Yalova şəhər bələdiyyəsinin başçısı Vəfa Salman bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb.V.Salman bildirib ki, həmin yeri Atatürk belə adlandırıb. Atatürk orada yerləşən çinar ağacının kəsilməsinə izn verməyib. Hazırda həmin ağacın 400 yaşı var. Burada, həmçinin çox sayda toy mərasimləri keçirilir.xeber100.com

May 23, 2017 3:00

“Mercedes-Benz” üçün 10 illik vergi güzəşti tətbiq ediləcək

Moskva vilayətinin Solneçnoqorsk rayonunda “Mercedes-Benz” - Rusiya zavodu 2019-cu ildən başlayacaq avtomobil istehsalı üçün dövlətdən on il müddətində vergi güzəştləri alacaq.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, xüsusi investisiya sazişinin şərtlərinə uyğun olaraq, sazişin iştirakçısı ilk mənfəəti götürdüyü zamandan on il müddətinə dövlətdən vergi güzəşti alacaq.Belə ki, 2025-ci ildən Moskva vilayətinin büdcəsinə aid verginin dərəcəsi 0 faiz, 2026-cı ildən 2028-ci ilə qədər 10 faiz, 2029-cu ildən sonra isə 13,5 faiz təşkil edəcək.“Daimler AG” konserni ilə Moskva vilayətində “Mercedes-Benz” zavodunun inşa edilməsi ilə bağlı saziş 2016-cı ilin iyununda Sankt-Peterburq iqtisadi forumu çərçivəsində imzalanıb.Layihənin dəyəri ilkin hesablamalara görə, 300 milyon avro təşkil edir. Avtomobillər “Yesipovo” sənaye parkının ərazisində istehsal ediləcək. Zavodun illik istehsal gücü isə 20 min avtomobildən artıq olacaq. Layihənin həyata keçirilməsi ilə 1000-dən artıq yeni iş yeri açılacaq.xeber100.com

May 22, 2017 4:23

“Guardian” qəzeti yazır…

Böyük Britaniyanın “Guardian” qəzeti istifadəçilərin səhifələrinin modernizə olunması barədə “Facebook” sosial şəbəkəsinin daxili qaydalarından bəhs edib.Azərtac xəbər verir ki, nəşr nifrət, terrorizm, irqçilik və kannibalizmin müzakirə olunması halları ilə əlaqədar şəbəkədə hansı məhdudiyyətlərin tətbiq edilməsinə dair 100-dən çox təlimatı nəzərdən keçirib.Qaydalara əsasən, moderatorlar ilk növbədə konkret şəxslərə qarşı birbaşa təhdid daşıyan paylaşmaları mümkün qədər tez bir zamanda blok etməlidir. Kompaniyanın əməkdaşının nəşrə verdiyi məlumata görə, moderatorlara qərar qəbul etmək üçün cəmi 10 saniyə vaxt verilir.“Facebook” bütün kontentə nəzarət edə bilmir. Bu, həddən artıq çoxdur və tez bir zamanda peyda olur”, - deyə şirkətin nümayəndəsi qeyd edib.xeber100.com

May 22, 2017 4:19

İsveçrədə keçirilən növbəti referendumda…

Mayın 21-də İsveçrədə keçirilən növbəti referendumda ölkə əhalisi bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi və nüvə enerjisinin istehsalının tədricən məhdudlaşdırılmasına tərəfdar çıxıblar. Səsvermədə iştirak edən seçicilərin 58,2 faizi yeni enerji qanununun lehinə səs veriblər.Qanuna əsasən, ölkədə yeni nüvə reaktorlarının inşası qadağan ediləcək, havaya buraxdığı zəhərli emissiyalara görə avtomobillərin idxalı məhdudlaşdırılacaq və bərpa olunan enerji sektoruna ayrılan dövlət vəsaitlərinin həcmi artırılacaq. Mövcud binaların daha yüksək enerji səmərəliliyi üçün müvafiq təmir-izolyasiya işlərinə də subsidiyalar ayrılacaq. Qanunda nəzərdə tutulan vəsaitlər elektrik enerjisi istifadəçilərinin ödəyəcəyi əlavə vergilər hesabına formalaşacaq.xeber100.com  

May 22, 2017 8:06

Beynəlxalq koalisiyaya qoşulmaq məsələsi müzakirə ediləcək

NATO-ya üzv dövlətlər mayın 25-də Brüsseldə keçiriləcək sammitdə İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər.Azərtac xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.“Biz koalisiyaya siyasi və təşkilati baxımdan da kömək edə bilərik”, - deyə baş katib qeyd edib.Yens Stoltenberq deyib ki, NATO Suriyada və İraqdakı vəziyyətə qarışmaq niyyətində deyil. Bu ölkələrdəki vəziyyətə hərbi müdaxilə, ümumiyyətlə, gündəlikdə deyil. NATO nə Suriyada, nə də İraqda hərbi əməliyyatlarda iştirak etməyəcək.xeber100.com

May 22, 2017 8:02

Təhsil haqqında qanunla əlaqədar etiraz aksiyası keçirilib

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə təxminən on min insan təhsil haqqında qanunla əlaqədar etiraz aksiyası keçirib.Frans Pres agentliyinə istinadla xəbər verir ki, yeni qanuna edilən düzəlişlər ölkədə fəaliyyət göstərən Mərkəzi-Avropa Universitetinin bağlanmasına icazə verir.Macarıstanın Baş naziri Viktor Orban universitetin fəaliyyətində nöqsanların olduğunu bildirib.xeber100.com

May 22, 2017 7:57

France Press agentliyinin məlumatı

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın cənubunda nəzarət-buraxılış məntəqələrinə silsilə hücumlar təşkil edərək 20 polis işçisini qətlə yetiriblər.France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 15 əməkdaşı da yaralanıb.“Bu səhər “Taliban” döyüşçülərinin ağır və yüngül silahlarla silahlanmış bir qrupu Zabul vilayətində bir neçə polis nəzarət-buraxılış məntəqəsinə koordinasiya olunmuş hücum həyata keçirib, 20 polis işçisi həlak olub”, - deyə vilayətin qubernatoru Bismilla Əfqanmal bildirib.Son vaxtlar Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Bir sıra kənd rayonlarında xeyli əraziləri ələ keçirən taliblər böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Ölkə ərazisində, həmçinin İŞİD terror qruplaşmasının da təsir dairəsi artır.xeber100.com

May 21, 2017 12:56

Növbəti raket buraxılışı həyata keçirilib

Şimali Koreyada növbəti modifikasiyası bəlli olmayan raket buraxılışı həyata keçirilib.Azərtac xəbər verir ki, Penxap agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi hazırda təcili qaydada müvafiq informasiya toplamaqla məşğuldur. İlkin məlumata əsasən, KXDR uçuş məsafəsi 500 kilometr olan bir raket buraxıb.Yaponiyanın Baş naziri Sinzo Abenin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb.Şimali Koreya sonuncu raket buraxılışını mayın 14-də həyata keçirmişdi. O vaxt buraxılan orta mənzilli “Xvanson-12” ballistik raketi 787 kilometr uçaraq Yapon dənizinə düşmüşdü.xeber100.com

May 21, 2017 12:46

Ədalət və İnkişaf Partiyasının qurultayı öz işinə başlayıb

Ankara idman salonunda Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı öz işinə başlayıb.Anadolu İnformasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 998 gün fasilədən sonra yenidən partiyanın sədri seçiləcək.Agentlik qeyd edir ki, Prezident Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına yenidən rəhbər seçilməsi gözlənilən qurultayda prezident üsul-idarəsi sisteminə keçiddə daha bir önəmli addım atılacaq.xeber100.com

May 21, 2017 12:37
    Page 174 of 299« First«...102030...172173174175176...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az