05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Baker Hughes” şirkətinin məlumatına görə…

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 15 ədəd artaraq 839-a çatıb.“Baker Hughes” şirkəti xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 10 ədəd artaraq 672, qaz quyularının sayı 5 ədəd çoxalaraq 165, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub.tən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 318 ədəd, qaz quyularının sayı 76 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 396 ədəd artıb.xeber100.com

Aprel 8, 2017 6:37

Beynəlxalq Reytinq Agentliyi iki ölkənin kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi iki ölkənin kredit reytinqini təsdiqləyib.Azərtac xəbər verir ki, “Standard & Poor's” Fransanın kredit reytinqini “AA”, Səudiyyə Ərəbistanının reytinqini isə “A-” səviyyəsində saxlayıb. Beynəlxalq Reytinq Agentliyi Fransa və Səudiyyə Ərəbistanının kredit reytinqi üzrə proqnozunu isə “stabil” səviyyəsində təyin edib.xeber100.com

Aprel 8, 2017 6:32

TASS informasiya agentliyinin məlumatı

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyada vəziyyətin dəyişməsi səbəbindən aprelin 10-da Rusiyaya planlaşdırılan səfərini ləğv edib. Bu barədə xarici siyasət idarəsinin aprelin 8-də yayımlanan bəyanatında deyilir.TASS informasiya agentliyi xəbər verir ki, Conson məsələ ilə bağlı öz mövqeyini bildirərkən bundan sonra prioritetinin aprelin 10-11-də “Böyük yeddiliyin” iclasına hazırlıq çərçivəsində ABŞ və digər tərəflərlə təmasları davam etdirmək olduğunu deyib.“Bu təmasların məqsədi yer üzərində barışın və siyasi prosesin gücləndirilməsi üçün beynəlxalq koordinasiyalı dəstəyin yaradılması olacaq”, - deyə nazir qeyd edib.Rəsmi Moskva səfərin ləğvini səhv qərar adlandırıb. Bununla yanaşı, Kremldən bildiriblər ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun Rusiyaya aprelin 11-12-nə planlaşdırılan səfəri qüvvədə qalır.xeber100.com

Aprel 8, 2017 6:27

“MM Research Institute” şirkətinin hesabatına əsasən…

2016-cı ildə Yaponiyada 8,51 milyon ədəd planşet satılıb.Azərtac xəbər verir ki, bu barədə “MM Research Institute” şirkətinin hesabatında deyilir. Planşetlərin bazara çıxarılmasından sonra ilk dəfə olaraq regionda tədarük azalıb. 2015-ci illə müqayisədə satışlar təxminən 10 faiz aşağı düşüb.Lokal bazarda ilk yeri 41 faiz payla ABŞ-ın “Apple” şirkəti tutub. İkinci yerdə bazarın 21,6 faiz payını əhatə edən Çinin “Huawei Technologies” şirkəti qərarlaşıb. Üçüncü yerdə 8,5 faiz paya malik “NEC/Lenovo”, sonrakı yerdə isə 5,4 faiz payla “Asustek Computer” şirkətləridir.Kommersiya istifadəsinə yönəldilmiş planşetlərin tədarükü əhəmiyyətli dərəcədə azalıb. Buna səbəb, bəzi şirkətlər öz işlərində interfeysin optimallaşdırılmasına, əlavə proqram təminatının alışına və sistem mühafizəsinin ödənişinə əlavə vəsait xərcləmək istəməməsidir.Analitiklər hesab edirlər ki, planşet bazarı seqmentinə təhsil üçün nəzərdə tutulan cihazlar təkan verə bilər.xeber100.com

Aprel 8, 2017 4:40

Bolqarıstanda fövqəladə vəziyyət elan olunub

Bolqarıstanın Plovdiv bölgəsinin Sadovo, Katunitsa, Yaqodovo kəndlərində daşqınla bağlı fövqəladə vəziyyət elan olunub.Buna səbəb Çaya çayının önündəki su bəndlərinin dağılmasıdır. Çayın daşacağına böyük ehtimal var. Plovdivdə fövqəladə vəziyyətlə bağlı təcili iclas keçirilib.xeber100.com

Aprel 7, 2017 1:52

NHK telekanalının məlumatına görə…

Tailand Kralı seçkilər vasitəsilə ölkəni demokratiya yoluna qaytarmağa imkan yaradan yeni Konstitusiyanı imzalayıb. Seçkilərin gələn il keçiriləcəyi gözlənilir.NHK telekanalının yaydığı məlumata görə, aprelin 6-da Banqkokda Kral Maha Vaciralonqkorn tərəfindən bu sənədin imzalanması mərasiminə ölkənin Baş naziri vəzifəsini icra edən Prayut Çai-Oça və digər rəsmi şəxslər qatılıblar.Yeni Konstitusiya elə həmin gün, Baş nazirin dəftərxanasının nümayəndəsinin Kralın müvafiq sərəncamını elan etməsindən sonra qüvvəyə minib.Hərbiçilərin rəhbərlik etdiyi müvəqqəti hökumət 2014-cü ilin dövlət çevrilişindən sonra ölkəni idarə edir.Ölkənin demokratik inkişaf yoluna qayıtmasını nəzərdə tutan Konstitusiya layihəsi ötən ilin avqustunda referendum yolu ilə bəyənilib.xeber100.com

Aprel 7, 2017 1:49

ABŞ-ın Suriyadakı hərbi aerodroma zərbələr endirməsi ilə əlaqədar bəyanat

Pentaqonun mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da axşam ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Suriyadakı Şayrat aerodromuna zərbələr endirilib. Şayrat aerodromuna zərbələr zamanı Şərqi Aralıq dənizindəki “USS Porter” və “USS Ross” eskadra mina gəmilərdən buraxılmış, yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan “Tomaqavk” raketlərindən (TLAM) istifadə edilib. Suriyanın Homs vilayətində yerləşən Şayrat aerodromundakı təyyarələrin, onlar üçün yüksək dərəcədə qorunan sığınacaqların, neft və logistika anbarlarının, döyüş sursatı bunkerlərinin, hava hücumundan müdafiə sistemlərinin və radarların məhv edilməsi üçün ümumilikdə 59 raket buraxılıb.Əməliyyatdan iki saat sonra Prezident Tramp Suriya aerodromuna ABŞ-ın zərbələri ilə əlaqədar bəyanatla çıxış edib. ABŞ Prezidenti deyib ki, Suriya Prezidenti Bəşər əl-Əsəd dinc sakinlərə qarşı dəhşətli kimyəvi hücum edib, bu zaman əsəb-iflic təsirinə malik olan ölümsaçan zəhərli maddələrdən istifadə edilib. Tramp bəyan edib ki, bu kimyəvi hücum Suriyadakı hərbi aerodromdan başlandığı üçün o, həmin aerodroma məqsədyönlü şəkildə zərbə endirilməsi barədə əmr verib.xeber100.com

Aprel 7, 2017 1:47

Britaniya nümayəndəliyinin işçiləri tətil aksiyası keçirəcəklər

“BMW” avtomobil şirkətinin Britaniya nümayəndəliyinin işçiləri tətil aksiyası keçirəcəklər. Aksiya şirkətin təqaüd planının bağlanması ilə əlaqədardır.Şirkətin təqaüd planının Britaniyada bağlanması işçilərin pensiya gəlirlərini 160 min funt sterlinq azaldılması deməkdir. İşçilər aprelin 19-dan mayın 24-dək tətilə çıxacaqlar. Alman şirkəti “BMW”-nin Birləşmiş Krallıqda 8 minə yaxın işçisi var. Təqaüd planına düşən 3500 işçi tətilə çıxacaq.Şirkətdən verilən açıqlamada bildirilib ki, qurum işçilər üçün hər zaman ən yaxşı təqaüd planı qurmağa çalışıb. Tətilə çıxacaq işçilərə aksiya keçirməsinlər deyə alternativ yollar da təklif edilib.xeber100.com

Aprel 6, 2017 3:18

“Renesas Electronics” şirkəti yeni sistemini təqdim edib

Yaponiyanın yarımkeçirici çiplərin istehsalı üzrə aparıcı “Renesas Electronics” şirkəti avtomobilin avtonom idarə olunması ilə bağlı yeni sistemini təqdim edib.Yeni sistemli avtomobil yarımkeçirici çiplər vasitəsilə idarə olunur. Nəzarətin keyfiyyətini təmin etmək üçün dörd eyni yarımkeçirici çipdən istifadə nəzərdə tutulur. Bu, həm də təhlükəsizliyin təmin olunmasına xidmət edir. Çiplər sıradan çıxdığı təqdirdə sonuncu çip avtomobilin hərəkətini dayandıracaq.xeber100.com

Aprel 6, 2017 3:11

Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Yaponiya hökuməti Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.Hökumətdəki mənbələrə istinad edən agentlik yazır: “Hökumət Şimali Koreya tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar aprelin 5-də Baş nazirin iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirmək qərarına gəlib”.Yaponiya hökuməti aprelin 4-də Şimali Koreya tərəfindən yeni raket buraxılışını pisləyərək bu ölkəyə etirazını bildirib.Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq pozulmasıdır. Təxribatçı hərəkətlərin fasiləsiz davamı yolverilməzdir və Yaponiya Şimali Koreyaya kəskin etirazını bildirərək onu qınayır.xeber100.com

Aprel 5, 2017 1:20
    Page 186 of 299« First«...102030...184185186187188...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az