23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ-ın Suriyadakı hərbi aerodroma zərbələr endirməsi ilə əlaqədar bəyanat

Pentaqonun mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da axşam ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Suriyadakı Şayrat aerodromuna zərbələr endirilib. Şayrat aerodromuna zərbələr zamanı Şərqi Aralıq dənizindəki “USS Porter” və “USS Ross” eskadra mina gəmilərdən buraxılmış, yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan “Tomaqavk” raketlərindən (TLAM) istifadə edilib. Suriyanın Homs vilayətində yerləşən Şayrat aerodromundakı təyyarələrin, onlar üçün yüksək dərəcədə qorunan sığınacaqların, neft və logistika anbarlarının, döyüş sursatı bunkerlərinin, hava hücumundan müdafiə sistemlərinin və radarların məhv edilməsi üçün ümumilikdə 59 raket buraxılıb.Əməliyyatdan iki saat sonra Prezident Tramp Suriya aerodromuna ABŞ-ın zərbələri ilə əlaqədar bəyanatla çıxış edib. ABŞ Prezidenti deyib ki, Suriya Prezidenti Bəşər əl-Əsəd dinc sakinlərə qarşı dəhşətli kimyəvi hücum edib, bu zaman əsəb-iflic təsirinə malik olan ölümsaçan zəhərli maddələrdən istifadə edilib. Tramp bəyan edib ki, bu kimyəvi hücum Suriyadakı hərbi aerodromdan başlandığı üçün o, həmin aerodroma məqsədyönlü şəkildə zərbə endirilməsi barədə əmr verib.xeber100.com

Aprel 7, 2017 1:47

Britaniya nümayəndəliyinin işçiləri tətil aksiyası keçirəcəklər

“BMW” avtomobil şirkətinin Britaniya nümayəndəliyinin işçiləri tətil aksiyası keçirəcəklər. Aksiya şirkətin təqaüd planının bağlanması ilə əlaqədardır.Şirkətin təqaüd planının Britaniyada bağlanması işçilərin pensiya gəlirlərini 160 min funt sterlinq azaldılması deməkdir. İşçilər aprelin 19-dan mayın 24-dək tətilə çıxacaqlar. Alman şirkəti “BMW”-nin Birləşmiş Krallıqda 8 minə yaxın işçisi var. Təqaüd planına düşən 3500 işçi tətilə çıxacaq.Şirkətdən verilən açıqlamada bildirilib ki, qurum işçilər üçün hər zaman ən yaxşı təqaüd planı qurmağa çalışıb. Tətilə çıxacaq işçilərə aksiya keçirməsinlər deyə alternativ yollar da təklif edilib.xeber100.com

Aprel 6, 2017 3:18

“Renesas Electronics” şirkəti yeni sistemini təqdim edib

Yaponiyanın yarımkeçirici çiplərin istehsalı üzrə aparıcı “Renesas Electronics” şirkəti avtomobilin avtonom idarə olunması ilə bağlı yeni sistemini təqdim edib.Yeni sistemli avtomobil yarımkeçirici çiplər vasitəsilə idarə olunur. Nəzarətin keyfiyyətini təmin etmək üçün dörd eyni yarımkeçirici çipdən istifadə nəzərdə tutulur. Bu, həm də təhlükəsizliyin təmin olunmasına xidmət edir. Çiplər sıradan çıxdığı təqdirdə sonuncu çip avtomobilin hərəkətini dayandıracaq.xeber100.com

Aprel 6, 2017 3:11

Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Yaponiya hökuməti Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.Hökumətdəki mənbələrə istinad edən agentlik yazır: “Hökumət Şimali Koreya tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar aprelin 5-də Baş nazirin iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirmək qərarına gəlib”.Yaponiya hökuməti aprelin 4-də Şimali Koreya tərəfindən yeni raket buraxılışını pisləyərək bu ölkəyə etirazını bildirib.Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq pozulmasıdır. Təxribatçı hərəkətlərin fasiləsiz davamı yolverilməzdir və Yaponiya Şimali Koreyaya kəskin etirazını bildirərək onu qınayır.xeber100.com

Aprel 5, 2017 1:20

Sky News Arabia telekanalının məlumatı

İŞİD terror qruplaşması yaraqlılarının İraqın şimalındakı Tikrit şəhərinə hücumu nəticəsində azı 26 nəfər həlak olub.Azərtac xəbər verir ki, Sky News Arabia telekanalının yaydığı məlumata görə, bir qrup terrorçu ötən gecə Tikritdəki polis məntəqəsinə hücum edib. Daha sonra yaraqlılar yerli məktəb binalarından birində barrikada qurublar. İraqın güc strukturlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.Salah-ed-Din vilayətinin qubernatoru Əhməd Abdalla al-Cuburi bildirib ki, insidentlə əlaqədar Tikritdə və şəhər ətrafında dövlət müəssisələrinin əksəriyyəti müvəqqəti bağlanıb.xeber100.com

Aprel 5, 2017 12:21

Qaz boru kəmərinin inşası üzrə müqavilə imzalanıb

İsrail, Kipr, Yunanıstan və İtaliya arasında İsrail təbii qazının Avropaya nəqli üçün qaz boru kəmərinin inşası üzrə müqavilə imzalanıb.İsrail dövlət radiosu xəbər verir ki, 8 il davam edəcək qaz boru kəməri layihəsi 5,5 milyard dollara başa gələcək.İsrailin energetika naziri Yuval Ştaynits deyib: “İnşa ediləcək boru kəməri ilə İsrail qazı Avropa ölkələri ilə yanaşı, bəzi Yaxın Şərq ölkələrinə də daşınacaq. İsrail qlobal enerji məsələsində artıq mühüm rol oynayacaq”.İtaliya, Kipr, Yunanıstan və Avropa İttifaqı arasında imzalanan müqaviləyə görə, İsrail qazı Aralıq dənizindən çəkiləcək boru kəməri ilə Kipr və Krit adaları üzərindən Avropaya daşınacaq.xeber100.com

Aprel 5, 2017 12:16

“Brexit”-dən sonra referendumun məqsədi…

Britaniyanın Baş naziri Teresa Mey avropalıların Birləşmiş Krallığa sərbəst hərəkətinin “Brexit”-dən sonra da bir müddət davam etməsini təklif edib. Onun sözlərinə görə, hökumətin və iş yerlərinin sərbəst hərəkətə limit gətirilməmişdən qabaq müəyyən vaxta ehtiyacı var.“Brexit”-dən sonra sərbəst hərəkətin davam etməsi referendumun məqsədinə ziddir. Çünki Britaniya xalqı, ölkənin sərhədlərinə və immiqrasiyaya yenidən nəzarətin geri alınmasını istəyir. Baş nazir deyib ki, Britaniya hökuməti xalqının “Brexit”-dən gözlədiklərinə sadiq qalacaqdır.xeber100.com

Aprel 5, 2017 12:09

6,1 gücündə zəlzələ baş verib

İranın Məşhəd şəhərində Rixter cədvəli ilə 6,1 gücündə zəlzələ baş verib. Zəlzələ şəhərdən 76 kilometr aralıda baş verib. Dağıntılar və insan tələfatı haqqında hələlik məlumat verilmir.Yerli mətbuat bildirib ki, şəhərdə telefon və digər kommunikasiya xətləri kəsilib.xeber100.com

Aprel 5, 2017 12:04

TASS informasiya agentliyinin məlumatı

Sankt-Peterburq metrosunda partlayış zamanı yaralananlardan 6-nın vəziyyəti son dərəcə ağır olaraq qalır. Daha 4 yaralı ağır vəziyyətdədir.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə aprelin 5-də şəhər qubernatorunun müavini Anna Mityanina Twitter səhifəsində məlumat verib.Xatırladaq ki, bazar ertəsi günü Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. İlkin məlumata görə, partlayıcı qurğunu vaqonların birində terrorçu-kamikadze işə salıb. Terror nəticəsində 14 nəfər həlak olub, 50 nəfərə yaxın insan yaralanıb.Hüquq mühafizə orqanları terror aktının mümkün icraçısının Qırğızıstan sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilov olduğunu bildirirlər. Hadisə ilə bağlı təhqiqat davam edir.xeber100.com

Aprel 5, 2017 12:02

“Agerpres” xəbər agentliyinin məlumatına əsasən…

“Agerpres” xəbər agentliyinin məlumatına əsasən, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Rumıniya və Bolqarıstan Şenqen məkanında təmsil olunmalıdır və Avropa ölkələri məkanın böyüməsindən çəkinməməlidir.Nazir iki ölkənin buna nail olmaq üçün bütün texniki tələbləri yerinə yetirdiyini və qərarın uzadılmasının siyasi xarakter daşıdığını deyib. Avropa Komissiyası iki ölkənin texniki meyarları yerinə yetirdiyini dəfələrlə bildirsə də, son qərar Avropa İttifaqı Şurası tərəfindən hələ də qəbul edilməyib.xeber100.com

Aprel 4, 2017 12:17
    Page 187 of 299« First«...102030...185186187188189...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az