“IDC” analitik şirkətinin qənaətinə görə…

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada kompüter təhlükəsizliyi ilə əlaqədar avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 8,2 faiz artaraq 81,7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Yaxın illərdə illik artımın orta hesabla 8,7 faiz olmaqla bir qədər sürətlənəcəyi və 2020-ci ilədək bazarın həcminin 105 milyard dollaradək yüksələcəyi gözlənilir.“Computerworld” resursu xəbər verir ki, analitiklərin qənaətinə görə, rəqəmli transformasiya şirkətləri təhlükəsizlik vasitəçilərinə aktiv investisiya yatırmağa məcbur edir. Bu halda alışın 30 faizindən çoxu bank sahəsi, diskret istehsal və dövlət strukturlarının payına düşür. Alışı digərlərindən tez genişlənən (ildə 12 faiz) telekommunikasiya sahəsi artıq 2018-ci ildə ən böyük alıcılar beşliyinə daxil ola biləcək.Proqnoza görə, yaxın illərdə bazarın ən böyük seqmenti xidmətlər - ilk növbədə idarə olunan təhlükəsizlik servisləri, eləcə də inteqrasiya və konsultasiya xidmətləri olacaq. Bu il onların payının 31,2 milyard dollara yaxın olacağı ehtimal edilir. 2017-ci ildə şəbəkə təhlükəsizliyi aparat və proqram vasitələri seqmentinin həcmi 15,2 milyard dollar, son nöqtə təhlükəsizlik vasitələrinin həcmi 10,2 milyard dollar təşkil edəcək. Bundan başqa, avadanlıqlarda boşluqların qiymətləndirilməsi proqram vasitələri (ildə 6 faiz) seqmentləri və idarə olunan servis təhlükəsizliyi (ildə 12,2 faiz), istifadəçilərin davranışının analizi (ildə 12,2 faiz) və inteqrasiya olunmuş təhlükəsizlik idarəetmə qurğu (UTM) (ildə 11,9 faiz) proqramları aktiv inkişaf edəcək.xeber100.com

Aprel 3, 2017 2:57

BMT Uşaq Fondu xəbərdarlıq edir

Somalidə ishal və vəba xəstəliklərindən əziyyət çəkən uşaqların sayı kəskin artıb. 2011-ci ildə bu ölkədə eyni səbəbdən 130 min uşaq həlak olub. BMT Uşaq Fondu (UNİCEF) belə bir faciənin yenidən təkrarlanmasına yol verməmək üçün Somaliyə köməyi artırır.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, martın sonu üçün UNİCEF-in məlumatına görə, bu il uşaqlarda vəba və ishal xəstəliklərinə tutulma ilə bağlı 18400 hadisə qeydə alınıb. Müqayisə üçün bildirək ki, keçən il belə halların sayı 15600 olub.UNİCEF-in regional direktoru Leyla Pakkala deyib: “Bu rəqəmlər bizim üçün həyəcan siqnalıdır. Biz faciənin təkrarlanmasına yol verməmək üçün tərəfdaşlarımızla birlikdə yorulmadan çalışırıq”.Yanvar və fevral aylarında bütün Somali ərazisində 35400 uşağa qidalı qarışıqlar verilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 58 faiz çoxdur.UNİCEF bu uşaqlar üçün həyatı əhəmiyyət kəsb edən yardımın iyun ayının sonuna qədər fasiləsiz çatdırılmasını təşkil edib. Fond əhalinin su, ərzaq, gigiyena vasitələri və dərmanlarla təchiz edilməsi miqyasını genişləndirir. Ən çox zərər çəkmiş rayonlarda Uşaq Fondunun komandaları işləyir.Ekspertlərin proqnozlarına görə, 2017-ci ildə Somalidə 944 min uşaq aclıq həddində qala bilər. Lakin aprel ayında gözlənilən yağışlar yağsa belə, bu rəqəm arta bilər.xeber100.com

Mart 31, 2017 12:23

TASS informasiya agentliyinin məlumatı

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmasına görə bu quruma kompensasiya üçün iri pul vəsaiti ödəməyəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə martın 30-da Birləşmiş Krallığın ölkənin Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis ITV telekanalında Londonun Brüsselə 50 milyard avro ödəyəcəyi barədə yerli KİV-lərdə dərc olunan informasiyaları şərh edərkən bildirib.“Əslində bizə Avropa Komissiyası tərəfindən belə bir tələb irəli sürülməyib, - deyə Devis bildirib. – Bu barədə mövqeyimiz çox sadədir: biz qanunsevən ölkə olduğumuz üçün bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Lakin bizim tərəfimizdən hər hansı iri pul vəsaitinin ödənilməsi gözlənilmir”.Bir qədər əvvəl Britaniya KİV-lərində dərc olunan məlumatlara əsasən, Avropa İttifaqının “brexit” üzrə əsas vasitəçisi Mişel Barnyö hazırda Böyük Britaniyanın həyata keçirmədiyi öhdəliklər üzrə 50 milyard avrodan 60 milyard avroya qədər təzminat ödəməsini London və Brüssel arasında sövdələşməyə daxil etmək üçün işlər aparır. Burada söhbət əsasən Aİ ölkələrində yaşayan britaniyalılara pensiya verilməsi, kreditlər üzrə zəmanətin təqdim olunması və digər ehtiyacların ödənilməsindən gedir. Bu məbləğin dəqiq müəyyən edilməsi Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında danışıqların əsas mövzusu olacaq.Xatırladaq ki, martın 29-da Böyük Britaniya hökumətinin başçısı Tereza Mey ölkənin Aİ-nin tərkibindən çıxması prosesinin rəsmən başlaması barədə Avropa İttifaqının hakimiyyət dairələrini xəbərdar edib.xeber100.com

Mart 30, 2017 2:48