23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa İttifaqının yaradılmasının 60 illik yubileyi qeyd edilib

Martın 25-də İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitoli təpəsində Avropa İttifaqının yaradılmasının 60 illik yubileyi qeyd edilib.Azərtac xarici KİV-lərə istinadla bildirir ki, yubiley mərasimində Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları yekun bəyannamə imzalayıblar.Böyük Britaniyanın Baş naziri Tereza Meyin qatılmadığı tədbirdə iştirakçılar heç vaxt olmadığı qədər vahid və bölünməz Avropa yaradılması ilə bağlı müzakirələr aparıblar.Tereza Mey martın 29-dan etibarən “Brexit” prosesinə başlamağı qərara alıb.Qeyd edək ki, 60 il əvvəl – 1957-ci il martın 25-də 6 ölkənin nümayəndələri məhz Kapitoli təpəsində Avropa İttifaqının varisi olduğu Avropa İqtisadi Birliyinin və Avropa Atom Enerjisi Birliyinin əsasını qoyublar.xeber100.com

Mart 26, 2017 7:10

“Tokyo Elelctrik Power Co.” şirkətinin məlumatı

“Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru “Tokyo Elelctrik Power Co.” şirkəti bildirib ki, robot vasitəsilə AES-in 1 nömrəli reaktorunda ərimiş nüvə yanacağının yerini müəyyən etmək cəhdi uğursuzluqla nəticələnib.Şirkət bunu son beş gün ərzində nüvə reaktorunun daxilinə buraxılan robot vasitəsilə araşdırmağa çalışıb. Robot reaktorun daxilində radiasiyanın səviyyəsini müəyyən etməklə yanaşı, ərimiş yanacağın və reaktorun digər hissələrinin fotolarını da çəkməli idi.xeber100.com

Mart 25, 2017 9:22

Müdafiə nazirlərinin “2+2” formatında görüşü…

Yaponiya və Avstraliya arasında xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşünün keçirilməsi ilə əlaqədar danışıqlar aparılır. Bu barədə NHK telekanalı məlumat yayıb.Məlumatda qeyd edilir ki, görüşün aprelin sonlarında keçirilməsi nəzərdə tutulur. Həmin görüşdə Koreya Xalq Demokratik Respublikasının hərəkətləri fonunda Asiya-Sakit okean regionunda vəziyyətin gərginləşməsinin müzakirə olunacağı vurğulanır.Cari ilin yanvarında Avstraliyaya səfər edən Baş nazir Şinzo Abe həmkarı Malkolm Ternbulla müzakirələr apararaq müdafiə sahəsində logistik fəaliyyətin genişləndirilməsi barədə razılıq əldə edib. ABŞ ilə üçtərəfli qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan tərəflər, eyni zamanda, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər.xeber100.com

Mart 25, 2017 9:18

TASS agentliyinin məlumatına görə…

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.TASS agentliyi xəbər verir ki, hadisə yerli vaxtla saat 02:30-da baş verib. Səkkiz nəfər silahlı güclü duman şəraitində Rusiya Milli Qvardiyasının hərbi şəhərciyinin ərazisinə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var.xeber100.com

Mart 24, 2017 7:02

“RİA Novosti”nin məlumatına əsasən…

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı, terrorçu da daxil olmaqla, 5 nəfərə çatıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Skotland Yard polisi məlumat verib.Məlumatda, həmçinin hadisə nəticəsində 40 nəfərin də yaralandığı bildirilir.Baş nazir Tereza Mey Təhlükəsizlik Şurasının iclasında terrora təslim olmayacaqlarını deyərək, birlik və bərabərlik mesajı verib. O, həmçinin Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin dəyişməz qalacağını qeyd edib. “Terror təhlükəsinin səviyyəsi “ciddi” olaraq qalacaq, səviyyə yüksəldilməyəcək”, - deyə T.Mey bildirib.Qeyd edək ki, Böyük Britaniyada terror təhlükəsinin “aşağı”, “sadə”, “ciddi”, “yüksək” və “böhran” səviyyələri mövcuddur.xeber100.com

Mart 23, 2017 8:11

Fövqəladə iclas keçiriləcək

Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsi Xarkovun Balakleya şəhərində hərbi anbarda baş vermiş partlayışlarla əlaqədar fövqəladə iclas keçirəcək.Azərtac xəbər verir ki, bu barədə komitənin üzvü Yuri Bereza açıqlama yayıb.Xatırladaq ki, partlayışlarla əlaqədar Balakleya şəhərinin, həmçinin Verbovka və Yakovenkovo kəndlərinin sakinləri, ümumilikdə 20 min insan təxliyə edilib.Ukraynanın Müdafiə Nazirliyi partlayışların təxribat nəticəsində törədildiyini güman edir.xeber100.com

Mart 23, 2017 8:07

NATO üzvü olan dövlətlər Brüsseldə görüşəcəklər

NATO üzvü olan dövlətlərin başçıları mayın 25-də Brüsseldə görüşəcəklər.RİA Novosti informasiya agentliyi xəbər verir ki, liderlər Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə bir araya gələcəklər.Alyans nümayəndəsinin məlumatına görə, sammitdə “NATO-nun terrorizmlə mübarizədə rolu və müdafiə xərclərinin artırılmasının vacibliyi, həmçinin məsuliyyətin müttəfiqlər arasında daha ədalətlə bölüşdürülməsi məsələsi” müzakirə olunacaq.ABŞ Prezidenti Donald Tramp liderlərin Brüssel görüşündə iştirak edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bundan başqa, Trampın aprelin 12-də Ağ evdə Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberqi qəbul etməyi planlaşdırdığı bildirilir.xeber100.com

Mart 22, 2017 6:48

London taksilərinin yeni istehsal fabriki açılacaq

Britaniyanın Koventri bölgəsində London taksilərinin yeni istehsal fabriki açılacaq. Dəyəri 300 milyon funt sterlinq olan zavod elektrik ilə işləyən taksilər istehsal edəcək.Zavod illik 20 min nəqliyyat vasitəsi istehsal gücünə malik olacaq. Londonun özünəməxsus taksilərini 69 ildir ki, istehsal edən taksi şirkətində 1500-ə yaxın işçi çalışır. Yeni açılacaq zavodda isə min yeni iş yeri açılacaq.xeber100.com

Mart 22, 2017 2:15

Rəsmi Tokionun qənaətinə görə…

Yaponiya və Rusiyanın xarici işlər nazirlərinin əldə etdiyi razılaşmaya əsasən, Baş nazir Şinzo Abe aprelin sonunda Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək. Bu barədə Jiji Press agentliyi məumat yayıb.Rəsmi Tokionun qənaətinə görə, ölkə liderlərinin növbəti görüşü Hokkaydonun yaxınlığında yerləşən dörd şimal adasında təsərrüfat fəaliyyəti ilə bağlı müzakirələrin inkişafı ilə yanaşı, ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına təkan verə bilər.Nazirlər Fumio Kişida və Serqey Lavrov birgə fəaliyyətlə bağlı prioritet obyektlərin və hüquqi məsələlərin seçilməsi və onların müzakirəsinin davam etdirilməsi barədə də razılığa gəliblər.xeber100.com

Mart 21, 2017 5:05

TASS agentliyinin məlumatı

ABŞ ordusunun pilotsuz uçan aparatı Əfqanıstanın şərqində terroristlər olan avtomobilə raket zərbəsi endirib.TASS agentliyi “Doon” qəzetinin məlumatına istinadla xəbər yayıb. Məlumatda bildirilir ki, raket zərbəsi nəticəsində 4 silahlı şəxs və həmçinin “Əl-Qaida”nın səhra komandiri ölüb.Məhv edilən terrorçulardan ikisinin şəxsiyyəti məlum olub. Onlardan biri “Əl-Qaida” terror təşkilatının tanınmış səhra komandiri Ustad Aslam kimi tanınan Kari Yasin olduğu təsdiq edilib. O, əslən Pakistanın Pəncab əyalətindəndir. Burada onun həbsinə 50 min dollar mükafat təyin edilmişdi. Kari Yasin bir sıra terror hadisələrinin, həmçinin prezident Pərviz Müşərrəfə qarşı baş tutmayan sui-qəsdin təşkilində şübhəli bilinirdi.Digər öldürülən şəxs isə “Pakistanın taliblər hərəkatı”ndan olan Amin Şah Mahsud olduğu qeyd olunur. O, bu təşkilat üçün kamikadze-terrorçular hazırlayan təlimatçı olub.xeber100.com

Mart 21, 2017 5:01
    Page 190 of 299« First«...102030...188189190191192...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az