Prezident Donald Tramp Suriya, Sudan, Somali, İran, Liviya və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a gəlişini qadağan edən yeni fərman imzalayıb. Fərmanda İraq siyahıdan çıxarılıb. Bundan əvvəl Pentaqon və Dövlət Departamenti Ağ Evə davamlı təzyiq göstərib, D.Tramp Administrasiyasını İŞİD-ə və bütövlükdə terrorizmə qarşı mübarizədə mühüm rol oynayan bu ölkəni yeni siyahıya salmamağa çağırıb. Beləliklə, yeni fərmanda Suriya, Sudan, Somali, İran, Liviya və Yəmən vətəndaşlarının ABŞ-a gəlişi qadağan olunur, bundan əvvəl viza verilmiş adamlar istisna təşkil edir.xeber100.com