Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti ilə İsveçrənin “Allseas” şirkəti arasında Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi çərçivəsində ikinci boru kəmərinin tikintisi üzrə müqavilə imzalanıb.Azərtac “Gazprom”a istinadla xəbər verir ki, “Türk axını”nın dəniz hissəsində inşa ediləcək ikinci boru kəməri üçün “Allseas” şirkəti ilə müqavilə imzalanıb. “Allseas” şirkəti müqavilə üzrə Qara dənizdə 900 kilometr uzunluğunda boru kəməri inşa edəcək.Xatırladaq ki, “Gazprom” ötən ilin dekabrında “Türk axını”nın dəniz hissəsində inşa ediləcək ilk boru kəmərinin tikintisi üzrə müqaviləni də “Allseas” ilə imzalayıb.Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə hər biri 15,75 milyard kubmetr tutuma malik iki boru kəmərinin inşa edilməsi nəzərdə tutulur. İlk boru kəmərinin Türkiyəyə, ikinci kəmərin isə zəruri zəmanət təmin olunacağı təqdirdə Avropaya çatdırılması planlaşdırılır. “Türk axını”nın Qara dənizdən keçəcək hissəsi üzrə borular 2017-ci ilin ikinci yarısında çəkiləcək.“Gazprom” “Türk axını” layihəsinə bu il ərzində 42 milyard rubl (təxminən 704 milyon dollar) sərf etməyi nəzərdə tutur. Şirkət layihə üzrə keçən il 23,5 milyard rubl sərmayə qoyuluşu həyata keçirib.xeber100.com