05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Televizor ekranlarının istehsalı dayandırılacaq

Yaponiyanın “Sharp” şirkəti Cənubi Koreyanın “Samsung Electronics” istehsalçısı üçün maye-kristal televizor ekranlarının istehsalını dayandıracaq. “DailyComm” resursu xəbər verir ki, bu, dünyada 65 düymlü displeylərə tələbatın artmasına səbəb ola bilər.Məlumata görə, əvvəlcə “Samsung” 2017-ci ildə “Sharp”dan 4,5 milyon televizor paneli almağı planlaşdırıb və sifarişin əksər hissəsini diaqonal üzrə 40, 60 və 70 düym ölçülü panellər təşkil edib. Lakin yanvarda tədarükün dayandırılacağı gözlənilir.Bir müddət əvvəl “Samsung Electronics”in “Sharp”ın ona məxsus bütün səhmlərini Yaponiya şirkəti Tayvanın “Foxconn” elektronika istehsalçısı ilə birləşdikdən sonra satdığı bildirilib.Qeyd olunur ki, 2017-ci ilin əvvəlində iriölçülü “LCD” panellər arasında daha çox 65 düymlü modellər bahalaşıb (10 dollar). Bu seqmentin cari ildə əsas seqmentə çevrilməsi gözlənilir.2016-cı ildə dünyada 7,5 milyon 65 düymlü maye-kristal displey buraxılıb, 2017-ci ildə isə 10-12 milyon ədədədək artım proqnozlaşdırılır. Tələbatın artması “Samsung Display”, “LG Display”, “Innolux”, “AU Optronics” və “Nanjing CEC Panda LCD Technology” kimi istehsalçılara sərf edir.

Yanvar 18, 2017 2:55

İqtisadi tərəfdaşlıq razılaşması…

Yanvarın 17-də Brüsseldə Yaponiya və Avropa İttifaqı (Aİ) arasında iqtisadi tərəfdaşlıq razılaşması ilə əlaqədar danışıqlar bərpa olunub. Tərəflər 2016-cı ilin sonlarında bu barədə razılıq əldə etməyə ümid bəsləsələr də mövqeləri yaxınlaşdırmağa nail ola bilməyiblər. Belə ki, Yaponiya avtomobillərə tətbiq olunan rüsumları azaltmağa, Aİ isə rəsmi Tokionun bir neçə əmtəəyə, o cümlədən donuz əti və süd məhsullarına tarifləri ya azaltmasına, ya da tamamilə ləğv etməsinə çalışır.Yaponiya azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanın gələcəyi ilə bağlı şübhələr yarandıqdan sonra, Aİ ilə danışıqlara xüsusi maraq göstərməyə başlayıb.xeber100.com

Yanvar 18, 2017 2:50

Çin Zəlzələ Administrasiyasının məlumatı…

Çin zəlzələ barədə məlumat əldə etmək üçün kosmosa elektromaqnit monitorinq peyki göndərməyi planlaşdırır.Cari ilin ikinci yarısında kosmosa göndəriləcək peyk Çin hüdudlarında və ona bitişik ərazilərdə yer səthində baş verən dəyişikliklərin yaratdığı elektromaqnit şüalanmanı müşahidə edəcək. Toplanılan məlumatlar əsasında zəlzələ ehtimalına dair proqnoz veriləcək.Çin Zəlzələ Administrasiyasının rəsmisi Şen Suhuy bildirib ki, bu, Çinin kosmosda zəlzələ monitorinqi aparan ilk peyki olacaq. Beş il kosmosda qalması nəzərdə tutulan peykdən naviqasiya məqsədilə də istifadə olunması istisna edilmir.xeber100.com

Yanvar 18, 2017 2:47

“Baker Hughes” şirkətinin məlumatına görə…

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 6 ədəd azalaraq 659-a düşüb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 522, qaz quyularının sayı bir ədəd artaraq 136, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd, qaz quyularının sayı bir ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 9 ədəd artıb.xeber100.com

Yanvar 16, 2017 12:19

Çexiya hökumətinin qərarına əsasən…

Çexiyanın ədliyyə naziri Robert Pelikan ümid bəsləyir ki, Daxili İşlər Nazirliyinin vətəndaşların silah saxlamaq hüququnun Konstitusiyada təsbit olunması barədə təklifi hökumət tərəfindən qəbul edilməyəcək. Nazir qanuna bu düzəlişi olduqca qəribə hesab edir və təklifin nazirlər tərəfindən ciddi müzakirə oluna bilməsini qəbul etmir. Bu barədə R.Pelikan Çexiya televiziyasında diskussiya proqramında məlumat verib və qeyd edib ki, XXI əsrdə Mərkəzi Avropa reallığında sadə vətəndaşlara silah gəzdirməyə icazə verilməsi ideyasını absurd sayır.xeber100.com

Yanvar 16, 2017 12:15

Hindistan Meteoroloji Departamentinin məlumatı…

Hindistanda 2016-cı il ərzində sərt hava şəraiti və təbii fəlakətlər nəticəsində 1,6 min insan həyatını itirib. Bu barədə məlumat ölkənin Meteoroloji Departamentinin məruzəsində əksini tapıb.Xarici KİV-lər xəbər verir ki, ən çox insan tələfatı adətən aprel-iyun aylarına təsadüf edən istilər nəticəsində baş verib. Şiddətli istilər 700 nəfərə qədər insanın həyatına son qoyub. Həmin vaxt Racastan ştatının Pxalodi şəhərində müsbət 51 dərəcə istilik rekordu qeydə alınıb.İnsan ölümünə görə ikinci yeri yağışların səbəb olduğu daşqınlar tutub. Musson mövsümündə çayların məcrasından çıxması nəticəsində ölkədə ümumilikdə 475 insan həlak olub ki, onlardan 175 nəfəri Bihar ştatının payına düşüb.xeber100.com

Yanvar 16, 2017 12:11

“Manas” Beynəlxalq Aeroportu müvəqqəti olaraq bağlanıb

Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb. Ölənlərin 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində ciddi xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı hava limanı müvəqqəti olaraq bağlanıb.Qırğızıstan Baş nazirinin birinci müavini, qəza ilə bağlı yaradılan Hökumət Komissiyasının rəhbəri Muxammedkalıy Abulqaziyev deyib ki, ilkin məlumata görə, təyyarə hava şəraitinin pis olması və ekipajın vəziyyəti düzgün qiymətləndirə bilməməsi səbəbindən qəzaya uğrayıb.xeber100.com

Yanvar 16, 2017 12:05

ABŞ-da aksiyalar başlayıb

Yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə bir həftə qalmış Vaşinqtonda vətəndaş hüquqları hərəkatının fəalları etiraz aksiyasına başlayıblar.Nümayişçilər Donald Tramp hakimiyyətinin növbəti dörd ili ərzində bərabərlik və ədalət uğrunda mübarizəni etiraz aksiyaları ilə davam etdirəcəklərini bildirirlər. Nümayişçilərin şüarlarından biri “Ədalət yoxdursa, deməli, sülh yoxdur” olub. Bu yolla onlar azlıqların hüquqlarına və Donald Trampın prezidentliyi dövründə ləğv edəcəyini söz verdiyi “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanunun (Obamacare) qorunub saxlanmasına dəstəklərini ifadə ediblər.xeber100.com

Yanvar 15, 2017 2:15

“RİA Novosti” agentliyinin məlumatına görə…

Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi batıb.“RİA Novosti” agentliyi xəbər verir ki, onlardan 4-nü xilas etmək mümkün olub. Səkkiz nəfərin cəsədi tapılıb.Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib.Hadisə Liviya sahilindən 50 kilometr aralıda baş verib.xeber100.com

Yanvar 15, 2017 2:08

5,5 bal gücündə zəlzələ baş verib

Sakit okeanın cənubunda, Fici adaları sahillərində ardıcıl zəlzələlər baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 5,5 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 06:25 dəqiqədə qeydə alınıb. Yeraltı təkanların episentri Nandi şəhərindən 171 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.Şənbə günü səhər saatlarında 6,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Növbəti yeraltı təkanın episentri Nandi şəhərindən 185 kilometr cənub-qərbdə, ocağı 60 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Yanvar 15, 2017 2:04
    Page 209 of 299« First«...102030...207208209210211...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az