ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 6 ədəd azalaraq 659-a düşüb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 522, qaz quyularının sayı bir ədəd artaraq 136, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd, qaz quyularının sayı bir ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 9 ədəd artıb.xeber100.com