10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Heatrow” aeroportunda 37 reys təxirə salınıb

London aeroportlarında dumanlı hava səbəbindən yüzə yaxın təyyarə reysi təxirə salınıb. Təkcə “Heatrow” aeroportunda 37 reys təxirə salınıb.İngiltərənin cənub hissəsi tamamilə dumanla örtülüb. Reyslərin təxirə salınmasının bir müddət davam edəcəyi bildirilib. Britaniya Meteorologiya Departamentindən sərnişinlərə xəbərdarlıq edilib ki, səfərə çıxmazdan əvvəl reysləri haqqında mütəmadi olaraq məlumat alsınlar.xeber100.com

Yanvar 23, 2017 2:01

ABŞ-da etiraz aksiyası keçirilib

Vaşinqtonda qadınların yürüşü keçirilir. ABŞ-ın hər yerindən zərif cinsin minlərlə nümayəndəsi Donald Trampın prezidentliyinə etirazlarını bildirmək üçün yürüşə çıxıblar. Yürüş iştirakçıları qadınlar, homoseksualların hüquqları, immiqrantlar, qadınların abort hüququ, irqçilik barədə, habelə iqlim dəyişməsi məsələsində Donald Trampın mövqeyinə etiraz edirlər. “Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Donald Tramp seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən “Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib.xeber100.com

Yanvar 22, 2017 4:12

PTWC-dən sunami xəbərdarlığı…

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi (PTWC) Papua-Yeni Qvineya dövlətinə məxsus adalardan birində baş vermiş zəlzələdən sonra güclü sunaminin mümkünlüyü barədə xəbərdarlıq yayıb.Bundan bir qədər əvvəl ABŞ Geoloji Xidməti (USGS) həmin ərazidə 7,9 bal gücündə zəlzələ baş verdiyini bildirib. Yerli vaxtla saat 4:30 dəqiqədə baş verən yeraltı təkanlar Buqenvil Muxtar Regionunun Panquna şəhərindən 41 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 136 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Yanvar 22, 2017 4:07

Parlamentin qərarına əsasən…

Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyaya 60 hərbi qulluqçudan ibarət xüsusi təyinatlı qrup göndərəcək.Azərtac xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin bəyanatına istinadla yayıblar.Bu barədə qərar Danimarkanı İŞİD-ə qarşı mübarizə koalisiyasında öz iştirakını gücləndirməyə çağıran ABŞ-ın tələbinə cavab olaraq Krallığın parlamentində səsvermə yolu ilə qəbul edilib.Parlamentin qərarına əsasən, Danimarka genişləndirilmiş hərbi mandat çərçivəsində 60 xüsusi təyinatlı hərbi qulluqçudan ibarət qrupu, həmçinin ABŞ-ın təyyarədaşıyan gəmilərini müşayiət edəcək “Peter Willemoes” gəmisini İraq və Suriya regionuna göndərəcək. Qoşunların hərbi əməliyyatlar zonasına göndərilməsinin dəqiq vaxtı açıqlanmır.xeber100.com

Yanvar 21, 2017 3:14

Norveç mətbuatının məlumatına görə…

Norveçin “Storebrand” bankı müştərilərə test rejimində borc faizini qadağan edən şəriət normalarına uyğun kreditləşdirmə təklif etməyə başlayıb.Norveç KİV-lərinin yaydığı məlumata görə, bu yolla bank yeni müştərilər cəlb etmək istəyir.Artıq bank özünün maliyyə marağı olmadan evdə maliyyələşdirmə üçün “etik kreditlərin” təşviq edilməsindən ötrü yeni sayt yaradıb. Yeni sistem üzərində işə belə kreditləşdirmə sisteminin fəaliyyət göstərdiyi başqa ölkələrdən mütəxəssislər cəlb olunub. Bankın yeni saytında deyilir: “Biz gənclərə, ali məktəbləri yeni bitirmiş məzunlara, yaxud bank ilə dini problemlər səbəbindən mənzil üçün normal kredit ala bilməyən adamlara müraciət edirik”.“Storebrand” bankından bildiriblər ki, faizsiz kredit üçün çox vaxt mənzil almaq istəyən, amma öz etiqadına görə ənənəvi krediti qəbul edə bilməyən müsəlmanlar müraciət edirlər. Belə ki, İslam maliyyə kreditləri üzrə faiz və rüsum alınmasını qadağan edir.xeber100.com

Yanvar 21, 2017 2:22

“Türk axını” layihəsi üzrə hökumətlərarası saziş ratifikasiya edilib

Rusiya Dövlət Duması bu ölkənin təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan və iki boru xəttindən ibarət olan “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib.AZƏRTAC xəbər verir ki, Dumanın məlumatında layihənin Türkiyə və Avropaya təbii qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacağı deyilir. Bildirilir ki, qaz boru kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 milyon ABŞ dolları həcmində vəsait qazandıracaq.Xatırladaq ki, ötən il dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.xeber100.com

Yanvar 21, 2017 2:09

Qanun layihəsi referendum yolu ilə təsdiqlənəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təklifi ilə 18 maddədən ibarət Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu qanun layihəsi ölkə parlamentində təsdiq olunub.Yeni qanunda yalnız iki dəfə dalbadal seçilmək hüququ alan ölkə prezidentinin, o cümlədən Türkiyə Böyük Millət Məclisinin hər dəfə üçün fəaliyyət müddəti 5 il olacaq, parlamentdəki deputatların sayı 600 nəfərə çatacaq. Həmçinin millət vəkili seçilmək üçün aşağı yaş həddi 18-ə endiriləcək, dövlət başçısı statusu ilə fəaliyyət göstərəcək prezident mənsub olduğu partiyanın üzvü olmaqda davam edəcək, vitse-prezidentlər parlament qarşısında and içəcək, prezident Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olacaq, parlament deputatların beşdə üçünün səsi ilə ölkədə növbədənkənar seçkilər barədə qərar qəbul edə biləcək, 2019-cu il noyabrın 3-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək və s. kimi idarəetmə sistemində mühüm dəyişikliklər əksini tapıb.xeber100.com

Yanvar 21, 2017 2:06

“Schlumberger” 204 milyon dollar zərərə uğrayıb

Mərkəzi ABŞ-da yerləşən Fransa şirkəti “Schlumberger”in gəliri ötən ilin dördüncü rübündə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq 7,11 milyard ABŞ dolları olub. Şirkət 2015-ci ilin dördüncü rübündə 7,74 milyard dollar gəlir əldə etmişdi.Azərtac şirkətə istinadla xəbər verir ki, “Schlumberger” keçən ilin dördüncü rübündə 204 milyon dollar zərərə uğrayıb.xeber100com

Yanvar 21, 2017 1:18

CNN-nin məlumatına əsasən…

Avstraliyanın Melburn şəhərində naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, üç nəfər ölüb, 20 nəfər yaralanıb.CNN-nin məlumatına görə, hadisəni törədən şəxs polis tərəfindən həbs olunub. Onun polislərə atəş açdığı bildirilir.Şahidlər avtomobilin piyada səkisi ilə hərəkət edərək insanları vurduğunu deyiblər. Hələlik hadisənin motivləri məlum deyil.xeber100.com

Yanvar 20, 2017 3:31

“Reuters” agentliyinin məlumatına görə…

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) hərbçiləri Qambiyaya zərbələr endirməyə başlayıb.“Reuters” agentliyinin məlumatına görə, hərbi əməliyyat Qambiyada “Demokratiyanın bərpası” çərçivəsində həyata keçirilir. Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib. O, kontingentin quru, hava və dəniz qüvvələrindən ibarət olduğunu bildirib.BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə səlahiyyətlərinin təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" barədə Seneqalın təqdim etdiyi qətnaməni qəbul edib. Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində başlayıb.Qeyd edək ki, Qambiyada siyasi böhran 2016-cı ilin dekabrında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.xeber100.com

Yanvar 20, 2017 2:50
    Page 209 of 301« First«...102030...207208209210211...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az