ABŞ Konqresi işçi qrupu üzvlərinin rəyinə görə, əgər Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə müqavilə qüvvəyə minməsə və Asiyada azad ticarət barədə Çinin təklif etdiyi layihə həyata keçərsə, bu ölkənin iqtisadiyyatı sürətlə inkişaf edəcək.NHK televiziya kanalının yaydığı məlumata görə, ABŞ-Çin iqtisadi və təhlükəsizlik komissiyası noyabrın 16-da illik hesabatını dərc edib.Sənəddə deyilir ki, əgər TPP üzrə müqavilə imzalanmasa və Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq işə başlasa, Çin iqtisadiyyatı əlavə 88 milyard dollar qazanacaq.xeber100.com