10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiyada xeyriyyə yürüşü keçirilib

Yaponiyanın qərbində yerləşən Osaka şəhərində Santa Klaus paltarı geyinmiş təqribən altı min nəfər xeyriyyə qaçışında iştirak edib. Tədbirdən toplanan vəsaitin əsas hissəsi xəstə uşaqlar üçün Milad bayramı hədiyyələrinin alınmasına sərf olunacaq.iPS hüceyrələri üzrə tədqiqatçı, fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Sinya Yamanaka iştirakçılar qarşısında çıxış edib. O, ümid etdiyini bildirib ki, bu xeyirxah addım xəstə uşaqlara xoş təsir bağışlayacaq.xeber100.com

Noyabr 28, 2016 3:40

5,6 bal gücündə zəlzələ olub

Nepalın şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri paytaxt Katmandudan 120 kilometr aralıda yerləşib.Qeyd edək ki, ötən ilin aprelində Nepalda 7,9 və 7,3 bal gücündə baş verən iki dağıdıcı zəlzələ nəticəsində 9 minə yaxın insan ölmüş, 22 mindən çox insan xəsarət almışdı.xeber100.com

Noyabr 28, 2016 3:36

Hökumətlərarası sazişin imzalanacağı gözlənilir

Yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bundan əlavə, iki ölkənin işgüzar dairələrinə - hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İRİ Dövlət teleradio şirkətinə müsahibəsində bildirib.xeber100.com

Noyabr 28, 2016 3:33

Xeyriyyə aksiyasına start verilib

Finlandiyada “Gözəl Milad ovqatı” xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələr üçün vəsait toplanır. Milad ərəfəsində belə ailələrə hədiyyə olaraq 70 avroluq yemək çekləri veriləcək.Builki aksiya 20-ci dəfədir keçirilir.Aztəminatlı ailələr üçün vəsaitin toplanması Finlandiya Qızıl Xaç Cəmiyyəti, Manneqreyn adına Uşaqları Müdafiə İttifaqı və “Yle” informasiya agentliyi tərəfindən təşkil edilib. Kampaniyanın keçirildiyi illər ərzində 200 mindən çox ailə üçün 15 milyon avroyadək vəsait toplanıb.xeber100.com

Noyabr 27, 2016 6:30

Parlament hökumətin yeni tərkibini təsdiq edib

Gürcüstan parlamentinin noyabrın 26-da keçirilmiş iclasında yeni hökumətin tərkibi təsdiq edilib.Deputatların 110-u hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.Beləliklə, yeni hökumətin başçısı Georgi Kvirikaşvili olub. Baş nazirin birinci müavini maliyyə naziri Dmitri Kumsişvili, müavini isə energetika naziri Kaxa Kaladze təyin edilib.Əvvəlki hökumətdə təmsil olunanlardan yalnız üçü vəzifələrini itirib.İqtisadiyyat naziri vəzifəsinə Georgi Qaxariya, infrastruktur və regional inkişaf naziri vəzifəsinə isə Zurab Alavidze təyin olunublar.Avrointeqrasiya naziri vəzifəsinə Viktor Dolidze təyin edilib. Ondan əvvəlki nazir David Bakradze isə Gürcüstanı ABŞ-da səfir kimi təmsil edəcək.xeber100.com

Noyabr 27, 2016 5:36

Ekspertlər xəbərdarlıq edirlər…

Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz bilet vəd edərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir. “gazeta.ru” saytı xəbər verir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur. Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.xeber100.com

Noyabr 26, 2016 3:00

Ukraynaya qaz nəqlinə dair üçtərəfli görüş keçiriləcək

Rusiya və Avropa İttifaqı (Aİ) Ukraynaya təbii qaz nəqlinə dair üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər. “ria.ru” xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Moskvada Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə keçirdiyi görüşdən sonra deyib.Aleksandr Novak bildirib ki, Rusiya-Aİ və Ukrayna arasında dekabr ayında qaz tədarükü ilə bağlı üçtərəfli görüş keçirilməsi üzrə razılıq əldə olunub.Qış mövsümü üçün Rusiyadan Ukraynaya təbii qazın tərəflər arasındakı mövcud olan saziş əsasında göndəriləcəyini deyən nazir Ukraynadan lazımi ödənişlər alındıqdan sonra yenidən qaz nəqlinin həyata keçiriləcəyini bildirib.xeber100.com

Noyabr 26, 2016 2:51

“Sberbank” istiqraz buraxmağı düşünür

Rusiya Maliyyə Nazirliyi “Sberbank” ilə birlikdə əhali üçün federal borc istiqrazlarının konfiqurasiyası və yayılması sistemini hazırlayır. Bu barədə maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib.“lenta.ru” xəbər verir ki, nazir müavininin sözlərinə görə, bazara istiqraz çıxarılması prosesi “Sberbank”ın təklif etdiyi şərtlərdən asılı olacaq. Bu istiqrazların yayılmasında agent-bankın çox güman ki, müəyyən xərci çıxacaq. Onların necə kompensasiya olunması hələlik məlum deyil. İstiqrazların bu il və ya gələn il buraxılması barədə qərar hələ ki qəbul edilməyib. Yaxşı məhsul buraxmaq üçün çox ehtiyatla işləyirik”, - deyə nazir müavini qeyd edib.xeber100.com  

Noyabr 25, 2016 12:29

NTV telekanalının məlumatı…

İlin əvvəlindən bəri Avropa ölkələrinə 345 min nəfərə yaxın qaçqın gəlib. Bu barədə məlumat Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yayılıb.Rusiyanın NTV telekanalı xəbər verir ki, təşkilatın məlumatına görə, qeyri-leqal miqrantların 4500 nəfəri yolda həlak olub və ya itkin düşüb. Xüsusən daha çox insan Şimali Afrikadan İtaliyaya keçməyə cəhd edərkən həyatını itirib.Bu ərəfədə Siciliya limanına aralarında hamilə qadınların və azyaşlı uşaqların olduğu daha 600 qaçqın gəlib. Onların hamısı Aralıq dənizində İtaliya sahil mühafizə xidməti tərəfindən xilas edilmiş şəxslərdir. Həftənin əvvəlindən bəri dənizçilər fəlakətə uğramış gəmi və qayıqlardakı 1400 insanı ölümdən qurtarıblar.xeber100.com

Noyabr 25, 2016 12:26

Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşma…

Çin və İndoneziya Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmada ABŞ-ı əvəz edə bilər. Bu fikri noyabrın 25-də “BBC Radio 4”ə müsahibəsində Avstraliyanın ticarət və investisiyalar naziri Stiven Çobo səsləndirib.Verilişin aparıcısı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya mərasimindən dərhal sonra elə birinci iş günü Vaşinqtonun TPP-dən çıxması prosedurlarına başlanacağı barədə bəyanatını xatırladıb.S.Çobo bunun cavabında bildirib ki, Avstraliya hökuməti TPP-nin 12 iştirakçı dövlətin maraqlarına tam cavab verdiyinə əmindir. ABŞ-ın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, biz bu razılaşma barədə qətnaməni irəli aparmaq niyyətindəyik. Bununla yanaşı, biz razılaşmaya digər ölkələrin qoşulması imkanlarını da araşdıracağıq. Potensial olaraq bu məqsədlə Çin və İndoneziya götürülə bilər.xeber100.com

Noyabr 25, 2016 12:18
    Page 224 of 301« First«...102030...222223224225226...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az