10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rusiyanın neft hasilatı 30 faiz azalacaq

2040-cı ilə qədər Rusiyanın neft hasilatı 30 faiz azalaraq gündəlik 8,5 milyon barrelə düşəcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Qərbi Sibir və Volqa-Ural bölgəsindəki yeni neft yataqlarına, eləcə də şist nefti və Şimal Qütbündə neft axtarışı işləri kimi yeni layihələrin inkişaf etdirilməsinə baxmayaraq bu, uzun müddətdə Rusiyanın neft yataqlarındakı azalmanı kompensasiya etməyə yetməyəcək. Ölkənin neft hasilatı 2040-ci ilədək gündəlik 8,5 barrelə qədər geriləyəcək.Beynəlxalq Enerji Agentliyi 2020-ci ildə Rusiyanın gündəlik neft hasilatının 10,9 milyon barrel səviyyəsində olacağını, bu rəqəmin 2025-ci ildə 10,5 milyon barrelə, 2030–cu ildə 9,8 milyon barrelə, 2035-ci ildə isə 9,3 milyon barrelə düşəcəyini proqnozlaşdırır.xeber100.com

Noyabr 19, 2016 3:42

Niderland xüsusi xidmət orqanlarının məlumatı…

Niderlandın xüsusi xidmət orqanları İŞİD qruplaşmasının Avropada terror hücumları hazırladığı barədə məlumat yayıb. Məlumatda Avropa ölkələrində qruplaşmanın 60-80 yaraqlısının olduğu bildirilir.Xarici KİV-lər xəbər verir ki, terrorla mübarizə üzrə koordinator Dik Shoof İŞİD-in potensial tərəfdarlarının Suriya və İraqa getməyərək, Avropada hücum planları hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu səbəbdən son altı ay ərzində hər iki ölkədə döyüşən yaraqlıların sayında artım müşahidə olunmur. Lakin bu, potensial terror təhlükəsinin azalması demək deyil.Məlumatda, həmçinin qeyd olunur ki, Avropadan İraq və Suriyada döyüşən “xarici yaraqlıların” sayı təxminən 4-5 min nəfərdir.xeber100.com

Noyabr 19, 2016 3:36

Regional və beynəlxalq məsələlər müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.Səfər çərçivəsində R.T.Ərdoğan Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayevlə görüşüb.Görüşdə Özbəkistan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər müzakirə edilib.Türkiyə Prezidenti dekabrın 4-də Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyayevə uğurlar arzulayıb, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.R.T.Ərdoğan prezident seçiləcəyi təqdirdə Ş.Mirziyayevi Türkiyəyə səfərə dəvət edib.Səfər çərçivəsində Türkiyə dövlətinin başçısı Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarını ziyarət edib, onun xatirəsinə ehtiramını bildirib.xeber100.com

Noyabr 18, 2016 3:32

Rusiya hökuməti icazə kvotası müəyyən edib

Rusiya hökuməti 2017-ci il üçün əcnəbilərin ölkədə müvəqqəti yaşamasına icazə kvotasını müəyyən edib. Bu il kvotanın sayı ötən illə müqayisədə 11,9 faiz azalıb.Müvafiq sərəncama əsasən, gələn il əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyada müvəqqəti yaşaması üçün 110 min 880 icazə sənədi verilə bilər. Bu say ölkənin bütün subyektləri arasında bölünəcək.xeber100.com

Noyabr 18, 2016 3:26

Sloveniya parlamentinin qərarına əsasən…

Sloveniya Avropa İttifaqında ilk dövlət olaraq içməli sudan istifadə hüququnu konstitusiya ranqına qaldıraraq təməl hüquqlar sırasına daxil edib. Ölkə parlamentinin deputatları konstitusiyaya əlavə fəslin daxil edilməsinə dair qərarı yekdilliklə dəstəkləyiblər. Həmin fəsildə “hər bir şəxsin içməli sudan istifadə hüququ” olduğu göstərilib və içməli suyun “əmtəə olmadığı” qeyd edilib. Əhalinin içməli su ilə təchizatı dövlət tərəfindən bələdiyyələr vasitəsilə həyata keçirilməli və bu, “birbaşa və qeyri-kommersiya” formasında olmalıdır.Bununla da içməli su mənbələri və içməli su ilə təchizatın özəlləşdirilməsinə dair ölkədə uzun müddətdən bəri aparılan müzakirələrə son qoyulub. Müxtəlif cəmiyyətlər tərəfindən özəlləşdirməyə qarşı qaldırılan təşəbbüsə Baş nazir Miro Tserarın rəhbərlik etdiyi mərkəz-solçu hökumət də qoşulub.xeber100.com

Noyabr 18, 2016 3:22

22 milyon dollar kompensasiya ödəniləcək

Noyabrın 17-də Okinava dairə məhkəməsinin Naha bölməsi bu ərazidə yerləşən ABŞ hərbi bazasına məxsus aviasiyanın yaratdığı səs-küy nəticəsində dəyən zərərə görə mərkəzi hökumət orqanlarının yerli əhaliyə 22 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib.Bununla yanaşı, məhkəmə sakinlərin müəyyən edilmiş standartları aşan səs-küyün qarşısının alınması barədə tələbini rədd edib.ABŞ-ın Futemmada yerləşən dəniz piyadaları korpusunun aviapostu ətrafında yaşayan təqribən 3400 sakin 2012-ci ildə mərkəzi hökumətə qarşı iddia qaldırıb. Onlar hökumətdən aviasiyanın yaratdığı səs-küyü mövcud standartlar səviyyəsinə qədər azaltmaq üçün tədbirlər görməyi və əhalinin sağlamlığına dəyən zərərə görə kompensasiya ödəməyi tələb edirdilər.xeber100.com

Noyabr 18, 2016 3:16

ABŞ Konqresinin rəyinə görə…

ABŞ Konqresi işçi qrupu üzvlərinin rəyinə görə, əgər Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə müqavilə qüvvəyə minməsə və Asiyada azad ticarət barədə Çinin təklif etdiyi layihə həyata keçərsə, bu ölkənin iqtisadiyyatı sürətlə inkişaf edəcək.NHK televiziya kanalının yaydığı məlumata görə, ABŞ-Çin iqtisadi və təhlükəsizlik komissiyası noyabrın 16-da illik hesabatını dərc edib.Sənəddə deyilir ki, əgər TPP üzrə müqavilə imzalanmasa və Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq işə başlasa, Çin iqtisadiyyatı əlavə 88 milyard dollar qazanacaq.xeber100.com

Noyabr 18, 2016 3:09

Böyük Britaniya 60 milyard avro ödəməli olacaq

Böyük Britaniya Avropa İttifaqını tərk etmək üçün 40 milyard avrodan 60 milyard avroyadək ödəməli olacaq.“banks.eu” saytı xəbər verir ki, xüsusilə, London Aİ-nin büdcəsində “Brexit” nəticəsində meydana gələn maliyyə boşluğunu doldurmalı olacaq.“Financial Times”in məlumatına görə, bu məbləğə Böyük Britaniyada pensiya və büdcə öhdəlikləri, layihələrə zəmanət və kreditlər üzrə xərclər daxildir. Həmçinin əgər ölkə keçid dövrünü tələb etsə, uzun illər ərzində Aİ-də büdcə haqlarını ödəməli olacaq.xeber100.com  

Noyabr 18, 2016 3:05

“Riksbank” Mərkəzi Bankının məlumatına görə…

İsveç yaxın iki il ərzində "ekrona" adlı milli rəqəmsal valyutasını buraxmağı planlaşdırır.Bu barədə "banks.eu" saytı xəbər verir.İsveçin "Riksbank" Mərkəzi Bankının müdirinin müavini Sesiliya Skinqsley bildirib ki, İsveç ölkədə nağd vəsaitlərin istifadəsinin kəskin düşməsindən atılacaq addımları nəzərdən keçirir. Belə ki, 2009-cu ildən ölkədə dövriyyədə olan banknot və sikkələrin sayı 40 faiz düşüb.Bu ilin əvvəllərində Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rəqəmsal valyutanın ölkə üçün bir sıra üstünlüklərə malik olduğunu deyib.Qeyd edək ki, 1660-cı ildə İsveçin "Riksbank" bankı dünyada kağız əsginaslar buraxmağa başlayan ilk Mərkəzi Bank olub.xeber100.com

Noyabr 18, 2016 3:02

Hitachi” şirkəti kameranın hazırlanması texnologiyasını təqdim edib

Yaponiyanın elektron məhsullar istehsalı sahəsində tananmış “Hitachi” şirkəti çəkilişləri linzasız aparmağa qadir olan kameranın hazırlanması texnologiyasını təqdim edib. Şirkətin məlumatına görə, yeni texnologiya çox nazik korpusa malik daha ucuz kameraların hazırlnmasına imkan yaradacaq. Həmin kameralar avtomat idarə sisteminə malik avtomobillər və robotlar daxil olmaqla müxtəlif istiqamətlərdə istifadə ediləcək.Şirkətin tədqiqatçılarının bildirdiyinə görə, bu kameralarda linza əvəzinə sensordan daxil olan görüntünü çəkməyə qadir xüsusi qeydiyyat lenti yerləşdiriləcək. Bu texnologiyanın tətbiqi smartfonların qalınlığını 0,5 millimetrədək azaltmağa imkan verəcək ki, bu da hazırda istifadə edilənlərdən 10 dəfə nazikdir.xeber100.com

Noyabr 17, 2016 2:14
    Page 227 of 301« First«...102030...225226227228229...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az