10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə…

Noyabrın 22-də səhər saatlarında Fukusima prefekturasında baş vermiş güclü zəlzələdən sonra Yaponiyanın şimal-şərq rayonlarının əhalisi daha yüksək əraziyə təxliyyə olunur.Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, 7,4 bal gücündə zəlzələ səhər saat 5:58-də baş verib. Yeraltı təkanların ocağı təqribən 25 kilometr dərinlikdə yerləşib.Agentlik Fukusima və Miyaqi prefekturalarında sunami təhlükəsi barədə xəbərdarlıq yayıb. Sakit okean sahillərində yerləşən digər prefekturalara da sunami xəbərdarlığı göndərilib.NHK televiziya kanalının yaydığı məlumata görə, Miyaqi prefekturasının Senday limanında 1,4 metr hündürlükdə sunami dalğaları qeydə alınıb.Regionda yerləşən prefekturaların yerli hakimiyyət orqanları əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq göndərərək təxliyyə olunmağı tövsiyə ediblər.xeber100.com

Noyabr 22, 2016 2:57

6,3 bal gücündə zəlzələ baş verib

Noyabrın 22-də Yeni Zelandiyanın Şimal adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanlar Palmerston-Nort şəhərindən 138 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 37 kilometr dərinlikdə yerləşib.Xəbər verdiyimiz kimi, noyabrın 13-də Yeni Zelandiya sahillərində baş vermiş 7,9 bal gücündə zəlzələ sunami dalğalarının yaranmasına səbəb olmuşdu. Həmin vaxt daha iki güclü zəlzələ qeydə alınmışdı.xeber100.com

Noyabr 22, 2016 2:53

NATO təlimləri başlayıb…

Noyabrın 20-də Litvada Şimali Atlantika Alyansının (NATO) irimiqyaslı “Dəmir qılınc” (Iron Sword) manevrləri başlayıb. Manevrlərdə NATO-nun üzvü olan 11 ölkədən təqribən 4 min hərbi qulluqçu iştirak edir. Litva Müdafiə Nazirliyi xəbər verir ki, təlimlər Yonav rayonunun Qayjyunay poliqonunda və Şvençyonis rayonunun Pabrade poliqonunda keçirilir.Litva Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, briqada generalı Valdemaras Rupşis deyib: “Zaman silahlı qüvvələr qarşısına əvvəllər müşahidə olunmayan formalarda yeni-yeni çağırışlar çıxarır. Bölmələri və qərargahları bu çağırışlara səmərəli reaksiya verməyə hazırlamaq lazımdır”.General V.Rupşisin sözlərinə görə, təlimlərin əsas məqsədlərindən biri belə təhlükələri dəf etməkdir.xeber100.com

Noyabr 21, 2016 2:01

İqtisadi əməkdaşlıq proqramı hazırlanıb

Yaponiya və Rusiyanın rəsmi nümayəndələri iqtisadi əməkdaşlıq barədə proqramın detallarını hazırlayıblar. Həmin planda cari ildə Yaponiya tərəfindən Rusiyaya təqdim edilən səkkiz bənddən ibarət təkliflərlə bağlı konkret layihələr və onların icra cədvəli əksini tapıb.Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin beynəlxlaq məsələlər üzrə müavini Hirofumi Katase və Rusiya iqtisadi inkişaf nazirinin müavini Stanislav Voskresenski proqramı noyabrın 19-da Peruda keçirilən görüşləri zamanı razılaşdırıblar.Tərəflər Rusiya Prezidenti Vladimir Putinin gələn ay Yaponiyaya planlaşdırılan səfəri ilə bağlı tədbirlər barədə də razılığa gəliblər. Əməkdaşlıqla bağlı təqribən 30 layihə iki ölkənin şirkətləri tərəfindən prioritet istiqamət kimi müəyyən edilib.xeber100.com

Noyabr 20, 2016 8:52

RİA Novosti agentliyinin məlumatına görə…

Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.RİA Novosti agentliyi xəbər verir ki, qəzada 200-dən çox insan yaralanıb.Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.xeber100.com

Noyabr 20, 2016 8:47

İstintaqı aparılan cinayət işi çərçivəsində…

Misirin təhlükəsizlik qüvvələri ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.TASS agentliyi bildirir ki, bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.xeber100.com

Noyabr 20, 2016 8:42

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı…

2016-cı ilin ötən dövründə dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 4 min 621 mühacirin həyatını itirdiyi barədə məlumat verən Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bunu, əsil fəlakət adlandırıb. Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Leonard Doyle son üç gündə Aralıq dənizində daha 364 mühacirin boğularaq öldüyünü bildirib. Onun sözlərinə görə, bu il əksəriyyəti Yunanıstan və İtaliya olmaqla, Avropaya 343 min 589 mühacir gəlib. İndiyədək Yunanıstana 170 min 679, İtaliyaya isə 167 min 276 qaçqın daxil olub.Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü ötən ilin eyni dövründə Avropaya gedən mühacirlərin 729 min nəfərə yaxın olduğunu bildirərək, bu il artan ölüm hallarına diqqət çəkib.xeber100.com

Noyabr 19, 2016 4:01

ABŞ-da neft axtarışına qadağa…

Barak Obama ABŞ-ın enerji şirkətlərinin qütb bölgələrində neft axtarışı fəaliyyətini əngəlləyib.Azərtac xəbər verir ki, ABŞ Prezidenti Barak Obama vəzifə müddətinin bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillərində neft-qaz axtarışı və hasilatı fəaliyyətinə mane olub.Belə ki, Obama hökuməti neft-qaz axtarışı və hasilatı fəaliyyətləri üçün enerji şirkətlərinə verilən icarə haqlarını ləğv edib. Sözügedən qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək, Alyaska ştatının şimalındakı Bofort və Çukot dənizlərində işləyən şirkətləri əhatə edəcək.xeber100.com

Noyabr 19, 2016 3:58

5,4 bal gücündə zəlzələ baş verib

Noyabrın 19-da günorta saatlarında Yaponiyanın Mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:48-də Vakayama prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.Yeraltı təkanlar 23 prefekturada hiss olunub. Daha güclü təkanlar Osaka, Vakayama, Mie, Kioto, Nara və Siqa prefekturalarında qeydə alınıb.xeber100.com

Noyabr 19, 2016 3:52

Fox13 telekanalının məlumatına görə…

ABŞ-ın Nevada ştatında sanitar-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.Azərtac xəbər verir ki, Fox13 telekanalının məlumatına görə, insident noyabrın 18-də yerli vaxtla saat 20:30-da baş verib. Ürək xəstəliyindən əziyyət çəkən pasiyenti qonşu Yuta ştatına aparmalı olan “Piper PA 31” təyyarəsi havaya qalxdıqdan az sonra yerli aeroportun yaxınlığında avtomobil dayanacağına düşüb.Yerli hökumətin məlumatına əsasən, təyyarənin göyərtəsindəki 4 nəfər, o cümlədən iki ekipaj üzvü, tibb bacısı və pasiyent həlak olub. Hadisə nəticəsində dayanacaqdakı bir neçə avtomobil yararsız hala düşsə də, yerdə heç kimin xəsarət almadığı bildirilir.xeber100.com

Noyabr 19, 2016 3:49
    Page 226 of 301« First«...102030...224225226227228...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az